Icma.az
close
up
RU
AMEAda “N Saylı Qəhrəmanlıq” kitabnın təqdimatı olub

AMEAda “N Saylı Qəhrəmanlıq” kitabnın təqdimatı olub

Icma.az, Azpost portalına istinadən məlumat verir.

6 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında bioloq alim və yazıçı Sadiq Qarayevin yeni əsərləri – “N” Saylı Qəhrəmanlıq” romanı və “Azərbaycançılıq məfkurəsi” kitabının təqdimatı keçirilib. Tədbirə çoxsaylı kitabsevərlər və ziyalılar qatılıb. Təqdimatın başlanğıcında şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru və fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli açıb. O, hər iki əsərin son iki ilin məhsulu olduğunu və Azərbaycan zəfəri ilə bağlı mühüm tarixi məqamları əhatə etdiyini vurğulayıb. Tədbirdə AMEA-nın rəhbərliyi və digər tanınmış ziyalılar, o cümlədən Milli Cəbhə Partiyasının sədri və deputat Razi Nurullayev, AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Mehman Həsənli və filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımbəyli iştirak ediblər.

Təqdimatda Sadiq Qarayev öz əsərlərinin məzmununu təqdim edib. O qeyd edib ki, “N” Saylı Qəhrəmanlıq” romanı, Azərbaycançılıq məfkurəsinin 200 illik ermənilik şovinizmi və havadarları üzərində tarixi həlledici zəfərinə, Vətən müharibəsi şəhidlərinin və qəhrəmanlarının əziz xatirəsinə ithaf olunub. “Müharibədəki qələbələr N sayda qəhrəmanlıqların cəmidir. Döyüşün həlledici anı sirli, N sayda qəhrəmanlıqlardan asılıdır”, – deyə yazıçı vurğulayıb.

Sadiq Qarayevin digər əsəri “Azərbaycançılıq məfkurəsi” isə Azərbaycançılıq yolunun müqəddəs, çətin və şərəfli olduğunu, bu yolu gedənlərin isə şəhidlər, dövlətçilik quran və qoruyan azərbaycanlılar olduğunu qeyd edir. Kitab həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Eynulla Mədətli bu əsərdən bir hissəni səsləndirərək, “Ey Azərbaycanlı! Dünyanın harasında doğulsan, yaşasan da sən, Azərbaycanı vətən bilməlisən! Şərqin, Qərbin, keçmiş və indinin, həm də gələcəyin qovşağındasan, doqquz iqlimli, nurlu gecəli, qızmar günəşli, üç rəngli dünyadansan, Azərbaycandansan!” deyə qeyd edib.

Təqdimatda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Gənc Alimlər və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli “Azərbaycançılıq məfkurəsi” kitabından canlı olaraq “Aləmlərin söhbəti”, “Zəfər günü söhbəti” başlıqlı yazılarını səsləndirib. Təqdimatın sonunda isə yazıçı Sadiq Qarayev iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri