Icma.az
close
up
RU
“N” saylı qəhrəmanlıq” və “Azərbaycançılıq məfkurəsi” kitablarının təqdimatı

“N” saylı qəhrəmanlıq” və “Azərbaycançılıq məfkurəsi” kitablarının təqdimatı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AMEA-nın Əsas binasında Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin “N” saylı qəhrəmanlıq” və “Azərbaycançılıq məfkurəsi” kitablarının təqdimatı keçirilib.

Mərasimdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb və bu qələbəni bizlərə yaşadan qəhrəman şəhidlərimizin xatirələrinin daim uca tutulacağını bildirib.

Zəfər Günü ərəfəsində ictimaiyyətə təqdim olunan kitabların əhəmiyyətini qeyd edən Eynulla Mədətli bildirib ki, yazıçı Sadıq Qarayevin “N” saylı qəhrəmanlıq” romanı elmi-fəlsəfi, yarımsənədli-publisistik, tarixi-bədii əsərdir. Üç fəsildən ibarət olan romanda hadisələr “Müharibə tumurcuqları”, “N” saylı qəhrəmanlıq” və “Mövcudluğun səpələnməsi” fəsilləri üzrə inkişaf etdirilir. Yazıçının altı fəsildən ibarət “Azərbaycançılıq məfkurəsi” kitabı isə müxtəlif janrlarda yazılmış əsərlərdən ibarətdir. Nəşrdə əldə olunan tarixi zəfərlərimizin Azərbaycançılıq məfkurəsi, milli dövlətçilik və qarşıdakı hədəflərimizə çatmaq üçün hərəkətverici qüvvə olduğunu sübut edən əsaslı fikirlər, elmi-fəlsəfi, bədii yazılar yer alıb.

Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov çıxış edərək Zəfər Gününün Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib, torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin xalqımızın iftixar və qürur mənbəyi olduğunu bildirib. Vurğulayıb ki, 2020-ci ildə əldə edilmiş möhtəşəm Qələbə və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edilib, Azərbaycan bayrağı digər ərazilərimizdə olduğu kimi, Xankəndidə də ucaldılıb.

O, ulu öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmləndiyini deyib, eyni zamanda ölkə başçımızın beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunduğunu vurğulayıb.

Şəhidlər haqqında yazılan hər bir kitabın onların adlarının əbədiləşdirilməsi, xatirələrdə yaşaması baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyən akademik Arif Həşimov bildirib ki, bu kitablar vasitəsilə oxucular 44 günlük Vətən müharibəsinin müqəddəs qəhrəmanları haqqında ətraflı məlumatları, Qələbə tarixinin bütün təfərrüatlarını öyrənə biləcəklər. Çıxışının sonunda akademik-katib Vətən müharibəsində qazanılan şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacaq nəşrlərin hazırlanmasında zəhməti olanlara təşəkkür edib.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi olduğunu qeyd edib, güclü dövlət ideyasının reallığa çevrilməsi prosesində ideologiyanın rolundan danışıb.

“İkinci Qarabağ müharibəsi Böyük Qələbə ilə yanaşı, həm də böyük təcrübə deməkdir. Qələbə isə yalnız keçmişlə deyil, həm də gələcəklə də bağlıdır. Eyni zamanda, Qələbə bizə həmrəyliyimizi öz aramızda və dünya ilə reallaşdırmağa imkan yaradır”, - deyə professor İlham Məmmədzadə bildirib.

Azərbaycanın mötəbər COP29 tədbirinə ciddi şəkildə hazırlaşdığını söyləyən alim qeyd edib ki, ekoloji mühit, ekoloji şüur və ekoloji etikanın formalaşması dövrün tələbinə çevrilmişdir. O, COP29 tədbirində iqlim dəyişikliyinə qarşı mübarizə, bərpa olunan enerji potensialından səmərəli istifadə, su təhlükəsizliyi, iqlim maliyyələşdirməsi, təbiətin və biomüxtəlifliyin rifahı kimi mühüm məsələlərin müzakirə olunacağını bildirib.

İctimaiyyətə təqdim edilən “Azərbaycançılıq məfkurəsi” kitabından bəhs edən professor İlham Məmmədzadə nəşrdə müəllifin müxtəlif elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən müxtəlif janrlı yazıların yer aldığını söyləyib. Bildirib ki, bu yazıların mahiyyətində milli və bəşəri dəyərlərin, problemlərin mahiyyətinə baxış, Azərbaycan xalqının milli dövlətçilik idealları, azərbaycançılıq məfkurəsinin mahiyyət elementləri, hər bir vətəndaşın dövlətçilik, vətən qarşısında müqəddəs hüquq və vəzifələrinə işıq salmaq dayanır.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli xalqımızın igid övladlarının qəhrəmanlığının heç vaxt unudulmayacağını və onların xatirəsinin Azərbaycanda həmişə ən yüksək səviyyədə yad ediləcəyini vurğulayıb. O, yazıçı Sadıq Qarayevin “N” saylı qəhrəmanlıq” romanının möhtəşəm Zəfərimizi özündə ehtiva edən dəyərli nəsr nümunələrindən biri olduğunu söyləyib. Qeyd edib ki, tarixi sənədli nəsr kimi qələmə alınan bu roman nəsrlə poeziyanın birgə, həmahəng nümunəsidir, fəsillərin vəhdətini yaradır və mahiyyətini işıqlandırır.

Mehman Həsənli əlavə edib ki, romanda bədii nəsrimizdə ilk dəfə olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, eləcə də qəhrəman generallarımızın, əsgər və zabitlərimizin bədii obrazı canlandırılıb, dövlətimizin rəhbərininin müharibədən əvvəl və müharibə dövründəki düşüncələri, ideyaları və fəaliyyəti gerçəklik əsasında işıqlandırılıb. Əsərdə, eyni zamanda məhz bu fonda “Müharibə tumurcuqları”nın yaranması, böyüməsi obrazlaşdırılıb.

Tədbirdə millət vəkili Razi Nurullayev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Bahar Bərdəli, həmin institutun baş elmi işçisi, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, şəhid Kamil Şirinovun atası Əliş Şirinov, şəhid Təbriz Cüməzadənin anası Ülviyyə Əbdürrəhimova,  eləcə də Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Şəkixanova və həmin institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli çıxış edərək kitablar haqqında fikirlərini bölüşüb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Çıxışlarda qeyd olunub ki, nəşrlərin məramı tariximizi, Vətənimizin şərəfini, Birinci Qarabağ müharibəsindən başlanan və 44 günlük Vətən müharibəsində Zəfərlə bitən qəhrəmanlıq salnaməsini, öz canlarından keçən igidlərimizi tanıtmaqdır. Kitablarda müəllif II Qarabağ müharibəsi haqqında dünya xalqlarında, gələcək nəsillərdə geniş və əhatəli təsəvvür yaratmağı qarşıya əsas məqsəd kimi qoymuşdur.

Sonda “N” saylı qəhrəmanlıq” və “Azərbaycançılıq məfkurəsi” kitablarının müəllifi dosent Sadıq Qarayev çıxış edərək nəşrlərin yazılması tarixindən danışıb. O, təqdimat mərasiminin təşkilinə göstərdiyi dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib, həmçinin tədbirin iştirakçılarına təşəkkür edib.

Sadıq Qarayev kitablarını imzalayaraq oxuculara təqdim edib.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see206

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see185

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see161

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see160

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see147

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see146

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see145

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see132

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see131

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see131

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see131

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see131

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see126

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see126

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see125

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see125

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri