“American Express” əməkdaşlarının 5 faizini ixtisar edir
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“American Express” əməkdaşlarının 5 faizini ixtisar edir.
Banco.az xəbər verir ki, “American Express” şirkətin artan xərclərini nəzarətdə saxlamaq məqsədilə baş direktor Stiv Squerinin rəhbərliyi altında dünya üzrə işçi sayını 5 faiz azaldır.
Stiv Squeri “Bloomberg TV”yə açıqlamasında şirkətin 78 min əməkdaşının olduğunu bildirib. O, ixtisarların təxminən 3 min 500 nəfəri əhatə edəcəyini qeyd edib.
Maliyyə şirkətləri son aylarda işçi ixtisarlarını davam etdirirlər. Bəzi şirkətlər bu qərarlarını süni intellektdən istifadənin genişlənməsi ilə əlaqələndirirlər. Bu həftə “Barclays” 5 min nəfəri işdən çıxaracağını açıqlayıb. “Bloomberg News”un bu ayın əvvəlində yaydığı məlumata görə, “HSBC” Böyük Britaniyadakı aktivlərin idarə edilməsi bölməsində ixtisarlar planlaşdırır, “Citigroup” isə işçi sayını azaldır.
Squeri analitiklərlə görüşündə bildirib ki, ixtisarlar şirkəti daha çevik və səmərəli etmək, idarəetmə pillələrinin sayını azaltmaq və qərarların qəbulunu sürətləndirmək məqsədi daşıyır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Oktyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















