“Porsche” əməkdaşlarının 25 faizini ixtisar edəcək
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Almaniyanın “Porsche” avtomobil istehsalçısı şirkəti yenilənmiş inkişaf strategiyası çərçivəsində orta müddətli dövrdə əməkdaşlarının ən azı 25 faizini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə qeyd olunub.
Şirkət çərşənbə günü keçirilən İnvestorlar Günü çərçivəsində orta müddətli hədəflərə çatmağa yönəlmiş “Sportwagenschmiede'35” adlı yeni strategiyasını təqdim edib.
Məlumata görə, birbaşa və dolayı funksiyalarda çalışan əməkdaşların ştat sayı orta müddətli dövrdə ümumilikdə 25 faiz azaldılacaq. Şirkət bu göstərici üzrə strateji hədəfin 30 faiz olduğunu bildirib.
“Porsche” həmçinin rəhbər vəzifələrin sayının eyni dövr ərzində 40 faiz azaldılacağını açıqlayıb.
Şirkət fərdiləşdirmə imkanlarını genişləndirmək və daha bahalı bazar seqmentlərində model çeşidini artırmaqla brendi daha yüksək səviyyəyə çıxarmağı planlaşdırır. Bunun sayəsində istehsalçı orta müddətli dövrdə premium avtomobillərin orta qiymətini 20 faiz artırmağı və eyni zamanda məhsulların müvafiq keyfiyyətini təmin etməyi hədəfləyir.
“Porsche” həmçinin model çeşidindəki variantların sayını 20 faiz azaldacaq. Şirkətin gözləntilərinə görə, bu addım orta müddətli dövrdə hər bir model variantı üzrə satış həcmini təxminən 30 faiz artırmağa imkan verəcək.
Qeyd edək ki, “Porsche AG” Almaniyanın “Volkswagen” şirkətinin törəmə müəssisəsidir.
Bu mövzuda digər xəbərlər:“Porsche” işçilərinin 25% ni ixtisar etməyi planlaşdırır
11 Dekabr 2025 16:06
“Microsoft” Fransada əməkdaşlarının 10 faizini ixtisar edir
03 Sentyabr 2025 11:27
FalconX kriptovalyuta bazarındakı enişə görə əməkdaşlarının 10 faizini ixtisar edib
05 Avqust 2026 09:41
“Porsche”dən kütləvi ixtisar qərarı
24 İyul 2026 12:19
“Porsche”də genişmiqyaslı ixtisar planı
19 Sentyabr 2026 23:27
Baxış sayı:75
Bu xəbər 07 Oktyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















