Icma.az
close
up
RU
Amerika Ukraynanı öz maraqları üçün istismar etməyə çalışır Türkiyəli politoloq

Amerika Ukraynanı öz maraqları üçün istismar etməyə çalışır Türkiyəli politoloq

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə gələrək Amerika Birləşmiş Ştatlarının xüsusi nümayəndəsi Stiv Vitkonla görüş keçirəcək. Zelenskinin burada, ehtimal ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşərək Ukrayna-Rusiya müharibəsinin həlli ilə bağlı təklifləri müzakirə etməsi də mümkündür. Bu görüşün nəticəsi olaraq, Zelenski və Stiv Vitkonun görüşü, həmçinin Prezident Ərdoğanın bu görüşdə iştirak edərək inkişaflarla bağlı Rusiya Prezidenti Vladimir Putinlə fikir mübadiləsi aparması və həll yollarını müzakirə etməsi gözlənilir".

Bu fikirləri Redaktor.az-a türkiyəli politoloq İsmail Cingöz Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyə səfərindən olan gözləntilərindən danışarkən bildirdi:

"Vəziyyətdən belə bir nəticəyə gəlmək olar ki, Stiv Vitkon Türkiyəyə gələrək burada Zelenski ilə görüşəcək və Ərdoğanın Putinlə olan dialoqundan istifadə edərək müharibənin həlli ilə bağlı yeni təkliflər irəli sürəcək. Bu, Türkiyənin beynəlxalq məsələlərdə tərəfsiz və etibarlı bir vasitəçi kimi mühüm rol oynadığını və regionda problemlərin həllində əsas tərəfdaş ola biləcəyini göstərir. Rusiya-Ukrayna müharibəsi başladığı gündən etibarən Türkiyə müharibənin ilk həftələrində Ukrayna və Rusiya xarici işlər nazirlərini Antalyada görüşdürərək həll təşəbbüslərinə başlayıb. Nəticədə, Ərdoğan həm Ukrayna Prezidenti Zelenski, həm də Rusiya Prezidenti Putinlə müzakirələr aparan yeganə lider olaraq, Türkiyənin Rusiya-Ukrayna müharibəsinin həlli və sülhün bərpası sahəsində açar ölkə olduğunu ortaya qoyub".

Politoloq qeyd etdi ki, ABŞ Prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün bir neçə dəfə cəhd etsə də, Zelenski və Putinlə görüşlər keçirərək bu məsələnin həllinə nail ola bilməyib:

"Tramp Rusiyanın işğal etdiyi ərazilərin böyük bir qisminin Rusiya tərəfindən saxlanılması və Ukraynanın yeraltı və yerüstü təbii resurslarının istismarında imtiyaz əldə etməsi mövzusunda Rusiyanı dəstəklədiyi üçün bu məsələni həll edə bilmədi. Bu vəziyyət ABŞ-ni etibarsız və yalnız öz maraqlarını düşünən bir ölkə vəziyyətinə salıb. Buna görə də, Türkiyə tərəfsiz və etibarlı bir ölkə olaraq, həmçinin yaxşı qonşuluq münasibətləri ilə, bu prosesin izlənməsində və həlli istiqamətində mühüm rol oynayır. Türkiyəsiz bu münaqişənin həlli mümkün olmayacaqdır. Bu səbəbdən, Stiv Vitkonun Türkiyəyə gələrək, burada Zelenski ilə görüşməsi və Prezident Ərdoğanla bir araya gələrək Putini razı salmağa çalışması, həmçinin Zelenskiyə torpaq itkisinə razı olma məsələsini izah etməsi məsələlərinin Türkiyə vasitəsilə həyata keçirilən danışıqlar kimi anlaşılması vacibdir. Çünki Rusiyanın işğal etdiyi ərazilərdən çıxmayacağı artıq aydındır, Zelenski də torpaq itkisinə razı olmağa məcbur olduğunu başa düşüb. Amerika isə Ukraynanı öz maraqları üçün istismar etməyə çalışır. Burada tərəfsiz, imperialist məqsədləri olmayan və yaxşı qonşuluq əlaqələrinə sahib olan ölkə Türkiyədir".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri