Icma.az
close
up
RU
Zatulin öz maraqları üçün çalışır, erməni diasporu isə... AÇIQLAMA

Zatulin öz maraqları üçün çalışır, erməni diasporu isə... AÇIQLAMA

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə də öz ermənipərəst mövqeyi ilə diqqət çəkir.”

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Onun sözlərinə görə, Zatulin İkinci Qarabağ müharibəsi zamanı etdiyi çıxışlar və Qarabağa qanunsuz səfərləri ilə yadda qalıb. Deputat daim Qarabağın separatçı rəhbərləri ilə əlaqələr saxlayıb və bu münasibətlərdən iqtisadi mənfəət əldə edib.

Arzu Nağıyev qeyd edib ki, Zatulin Soçidən seçildiyinə görə ermənilərin maraqlarını müdafiə edir:

 “Bu ərazidə ermənilərin çoxluğu və xüsusi xidmət orqanlarının təsiri nəzərə alınarsa, onun ermənipərəst mövqe sərgiləməsi təəccüblü deyil. Vaxtilə Qarabağda separatizmi dəstəkləyən şəxslərin yardımı ilə iqtisadi mənfəət əldə edən Zatulin kimi insanlar, talan edilmiş əraziləri və həmin şəxsləri müdafiə etməklə öz maraqlarını güdürlər".

Arzu Nağıyev: "Lazerevski klub erməni diasporasından maliyyələşir"

Deputat bildirib ki, Zatulin separatçı rəhbərlər Bako Saakyan və Arkadi Qukasyanı öz dostları kimi təqdim edərək onların cinayətlərini ört-basdır etməyə çalışır:

“Separatçı siyasətçiləri bir araya gətirən Lazarevski klub erməni diasporasından maliyyələşir. Lakin Azərbaycan tərəfindən məhkəmə qarşısına çıxarılan separatçıların cinayətləri artıq sübut olunmaqdadır. Buna baxmayaraq, Zatulin kimi siyasətçilər onları günahsız göstərməyə cəhd edirlər".

Komitə sədri vurğulayıb ki, Zatulinin məqsədi Azərbaycan və Ermənistan arasında sülh sazişinə mane olmaqdır:

 “Onun fəaliyyəti yalnız problemləri qabardaraq vəziyyəti mürəkkəbləşdirməkdən ibarətdir. Lakin həm Ermənistan rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət onun mövqeyinə lazımi cavabı verir. Əsas məsələ odur ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin apardığı müstəqil siyasət Zatulinin maraqlarına uyğun gəlmir və onun bu cəhdləri uğursuzluğa məhkumdur".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri