Amerikada məktəbdə faciə: uşaqlar həlak olub
Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
İbtidai məktəbdə baş verən atışmada üçü uşaq olmaqla dörd nəfər həlak olub: silahlı şəxs də ölüb
ABŞ-ın Oreqon ştatının Bend şəhərindəki ibtidai məktəbdə baş verən atışmada üçü uşaq olmaqla dörd nəfər həlak olub. Silahlı şəxs də ölüb.
AYNA.AZ-ın “Fox News”a istinadən verdiyi məlumata görə, kanalın federal hüquq-mühafizə orqanlarındakı mənbələri dörd ölüm hadisəsini təsdiqləyib.
Atışma Silver Rail İbtidai Məktəbində baş verib. Polisin məlumatına görə, əvvəlcə məktəbin yaxınlığındakı avtomobilə atəş açılıb, daha sonra naməlum hücumçu binaya daxil olaraq atəş açıb.
Gələn polislər silahlı şəxsin ölü olduğunu aşkar ediblər. Hüquq-mühafizə orqanları onu kimin vurduğunu araşdırır. Yaxınlıqdakı şəxslərdən birinin hücumçuya atəş açması mümkündür.
İki nəfər də xəstəxanaya aparılıb. Onların vəziyyəti hələlik açıqlanmayıb.
Federal Təhqiqat Bürosu (FTB) istintaqa qoşulub.
Baxış sayı:82
Bu xəbər 16 Oktyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















