Icma.az
close
up
RU
Amerikalı analitik : Azərbaycanın artan tranzit və enerji rolu ABŞ siyasətində strateji əhəmiyyət daşıyır

Amerikalı analitik : Azərbaycanın artan tranzit və enerji rolu ABŞ siyasətində strateji əhəmiyyət daşıyır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz siyasəti çərçivəsində Azərbaycanın artan tranzit və enerji platforması kimi rolu Vaşinqtonun regiona yenilənmiş diqqətini və praqmatik xarakter daşıyan yeni yanaşmasını nümayiş etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında amerikalı politoloq və beynəlxalq təhlükəsizlik məsələləri üzrə analitik İrina Tsukerman deyib.

Onun sözlərinə görə, hazırda nəqliyyat dəhlizləri və enerji layihələri artıq təkcə iqtisadi təşəbbüs deyil, həm də geosiyasi alət kimi qiymətləndirilir. “Enerji resursları və yük axınları bu gün həm siyasi mövqeləri formalaşdıran, həm də dayanıqlılıq və təsir imkanlarını müəyyən edən əsas vasitələrə çevrilib. Azərbaycanın yerləşdiyi strateji mövqe Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə, dəmir yolu və boru kəmərləri vasitəsilə Türkiyə ilə, “Cənub Qaz Dəhlizi” vasitəsilə isə Avropa ilə birləşməsi ölkəni ABŞ siyasətinin mərkəzinə çevirir”, - deyə Tsukerman qeyd edib.

Analitik vurğulayıb ki, Azərbaycan bu mənada Vaşinqtonun iki əsas məqsədinin qovuşduğu nöqtədə dayanır: “Bir tərəfdən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, digər tərəfdən isə Mərkəzi Asiya üçün alternativ, qeyri-zorakı nəqliyyat və əlaqələndirmə strategiyasının formalaşdırılması ABŞ siyasətinin əsas prioritetlərindəndir. ABŞ TRIPP kimi intermodal təşəbbüslərə diqqət yönəldərək, rəqabətədavamlı və dayanıqlı marşrutlar üzərində qurulan iqtisadi əməkdaşlıq modelini ön plana çəkir”.

İrina Tsukerman enerji sahəsində Azərbaycanın rolunu xüsusilə qeyd edərək bildirib: “Cənub Qaz Dəhlizi” artıq Avropanın enerji təchizatında şaxələndirmə siyasətinin əsas dayağına çevrilib. Mövcud infrastrukturun gücləndirilməsi, sıxma və xətt tutumunun artırılması kimi texniki yeniliklər ixrac həcmlərinin genişlənməsinə imkan yaradır. Bu isə ABŞ üçün iqlim məqsədləri ilə enerji təhlükəsizliyi arasında tarazlığı təmin edən strateji üstünlükdür”.

O bildirib ki, tranzit siyasəti enerji sektorundan kənarda da geniş perspektivlər açır. ABŞ bu gün kritik mineralların hasilatı və emalı sahəsində Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Xəzər dənizi üzərindən daşınan mədən məhsullarının Azərbaycanda emalı və Qərb standartlarına uyğun müəssisələrə ötürülməsi bu istiqamətdə mühüm mərhələdir. TRIPP təşəbbüsünün sənədləşmə, sığorta və maliyyələşdirmə mexanizmlərini vahid sistemdə standartlaşdırması halında Azərbaycan yalnız tranzit nöqtəsi deyil, həm də əlavə dəyər yaradan regional platforma kimi çıxış edəcək.

İrina Tsukerman, həmçinin Xəzər üzərindən həyata keçirilən dəniz-logistika əməliyyatlarının ABŞ-ın regional məqsədlərinə uyğun gəldiyini bildirib: “Donanmanın müasirləşdirilməsi, Ələt limanında port idarəetmə sistemlərinin təkmilləşdirilməsi və reys cədvəllərinin optimallaşdırılması regionda daşımaların etibarlılığını artıracaq. Bu, Bakının siyasi etimadı davamlı iqtisadi əməkdaşlığa çevirməsinin göstəricisidir. ABŞ logistika idarəçiliyini və gömrük sistemlərinin rəqəmsallaşdırılmasını milli təhlükəsizlik alətləri kimi görür”.

Ekspert qeyd edib ki, Xəzərdən Qara dənizə və Aralıq dənizinə uzanan dəmir yolu körpüsü ABŞ-ın Mərkəzi Asiyadakı maraqlarını Avropanın iqtisadi bərpası ilə birləşdirir. Hər bir yeni konteyner qatarı mübahisəli coğrafiyalardan yan keçərək, siyasi təzyiq vasitələrinə çevrilə bilən “dar boğaz”lardan asılılığı azaldır. Bu, Vaşinqton üçün hərbi iştirak tələb etməyən strateji dividendlər yaradır, Bakı üçün isə coğrafi üstünlüklərin iqtisadi dəyərə çevrilməsi deməkdir.

“Maliyyə arxitekturasının inkişafı Azərbaycanın tranzit platforması kimi mövqeyini gücləndirən mühüm istiqamətdir. Qərb maliyyə institutlarının inkişaf layihələrinə yatırımları bank sektorunun sabitliyini möhkəmləndirəcək, kredit zəmanətləri isə əməliyyat şirkətləri üçün kapital xərclərini azaldacaq. Sabit tariflər və şəffaf keçid rejimi Azərbaycana qlobal daşımalar normallaşsa belə, tranzit axınlarını cəlb etmək imkanı verəcək”, - deyə Tsukerman bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın Qazaxıstan, Gürcüstan və Türkiyə ilə dəhlizlərin idarə edilməsi sahəsində yaratdığı işçi mexanizmlər ölkənin regional koordinasiya gücünü artırır. Bu, diplomatik baxımdan da üstünlük yaradır. Çünki Vaşinqton tərəfdaş ölkələrin fikir ayrılıqlarını siyasi bəyanatlarla deyil, texniki komitələr vasitəsilə həll etməsini səmərəli əməkdaşlığın göstəricisi kimi qiymətləndirir.

Risklərin də real olduğunu qeyd edən analitik deyib: “Yük axınlarının dəyişməsi fonunda rəqiblər qiymət oyunları, qeyri-tarif maneələri və ya informasiya kampaniyaları vasitəsilə sistemin dayanıqlığını sınaqdan keçirə bilərlər. Buna görə Azərbaycan sığorta, kibertəhlükəsizlik və beynəlxalq uyğunluq nəzarəti kimi məsələlərə diqqəti daha da artırmalıdır”.

Tsukerman əlavə edib ki, Azərbaycanın artan rolu ilə bağlı makroiqtisadi gözləntilər də yüksəlir: “Avropa tərəfdaşları dekarbonizasiya prosesini sürətləndirmək, Mərkəzi Asiya ölkələri isə tarif sabitliyi və buraxılış qabiliyyəti təminatları tələb edəcək. Yerli ictimaiyyət də bu prosesdən sosial-iqtisadi faydalar gözləyəcək. Bu tələblərin balanslaşdırılması peşəkar və şəffaf idarəetmə mexanizmləri tələb edir”.

Sonda amerikalı analitik vurğulayıb: “Azərbaycanın tranzit və enerji siyasətində uğurlarının davamlılığı şəffaf qaydalar, etibarlı mübahisə həlli mexanizmləri, peşəkar dövlət strukturları və cədvəllərə riayət edən idarəçilik mədəniyyətindən asılıdır. Bu, ölkəni regionda etibarlı tərəfdaş və Avrasiyanın strateji mərkəzi kimi fərqləndirən əsas amildir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see286

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see227

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see160

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see146

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see142

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see140

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see136

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see130

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see127

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see127

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see127

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see127

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see126

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see126

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see125

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see124

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see124

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri