Icma.az
close
up
RU
Politoloq: Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına üzvlüyü strateji əhəmiyyət daşıyır

Politoloq: Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına üzvlüyü strateji əhəmiyyət daşıyır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ilə bağlı artıq kommunike xarakterli bir razılaşma əldə olunub və ümumi qərar qəbul edilib. Bu qərardan sonra Azərbaycan Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasında tamhüquqlu üzv kimi iştirak edəcək. Əslində, Azərbaycanın bu platformada yer alması son illər ölkəmizin həyata keçirdiyi fəal, çevik və açıq xarici siyasətin məntiqi nəticəsi kimi meydana çıxıb. Bu proses təsadüfi deyil. Azərbaycan uzun illərdir ki, həmin platformada təmsil olunan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanla dərin əməkdaşlıq əlaqələri qurub. Bu ölkələrlə artıq strateji tərəfdaşlıq müqavilələri imzalanıb və bu da göstərir ki, tərəfləri yalnız bir platforma çərçivəsində ümumi toplantılar deyil, həm də ikitərəfli münasibətlər sistemi birləşdirir. Bu əməkdaşlıq özünü siyasi, iqtisadi, təhlükəsizlik, mədəni və tarixi sahələrdə açıq şəkildə göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.

O bildirib ki, son 5 ildə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsinin dəfələrlə artması bunun bariz nümunəsidir. Eyni zamanda, Çin tərəfindən təşviq edilən “Bir kəmər, bir yol” təşəbbüsünün aparıcı iştirakçıları Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Azərbaycandır. Bu ölkələr təkcə siyasi platformada deyil, həm də böyük nəqliyyat-kommunikasiya layihələrinin icrasında bir masa arxasında fəaliyyət göstərirlər.

"Azərbaycanın bu platformada iştirakı yalnız Prezident İlham Əliyevin fəxri qonaq qismində dəvət olunması ilə məhdudlaşmır. Bundan sonra dövlət qurumlarımız, nazirliklər, komitələr, ictimai təşkilatlar və müxtəlif sahələr üzrə nümayəndələr də bu mexanizmdə birgə fəaliyyət göstərəcəklər. Bu isə əlaqələrin daha geniş istiqamətlərə doğru inkişaf etməsinə şərait yaradacaq.

Hazırda həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri zəngin təbii resurslara malikdir və bu, dünyanın diqqət mərkəzində olan məsələlərdən biridir. Eyni zamanda, qlobal səviyyədə təhlükəsizliklə bağlı ciddi narahatlıqların yaşandığı bir vaxtda Azərbaycanın İkinci Qarabağ müharibəsini uğurla başa çatdırması, suverenliyini tam bərpa etməsi və ardınca bu ölkələrlə əməkdaşlığı gücləndirməsi bölgədə təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə imkan verir", - deyə S.Hümbətov vurğulayıb.

Politoloq əlavə edib ki, Mərkəzi Asiya ölkələri arasında müəyyən problemlər mövcuddur. Xüsusilə Tacikistan və Qırğızıstan arasında su ehtiyatları və anklav ərazilərlə bağlı mübahisələr var. Lakin Azərbaycanın platformada iştirakı bu məsələlərin daha səmərəli şəkildə həllinə töhfə verə, dialoqa şərait yarada bilər.

Azərbaycanın bu birlikdə yer alması Cənubi Qafqazı inkar etməsi demək deyil. Əksinə, bu addım Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın siyasi, iqtisadi, hərbi, təhlükəsizlik, mədəni və nəqliyyat-coğrafi baxımdan birləşdiyini, inteqrasiya olunduğunu göstərir. Bu genişlənmiş coğrafi və strateji məkan həm Azərbaycan üçün, həm də bütün region dövlətləri üçün yeni imkanlar açır.

Bu baxımdan da Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına üzvlüyü həm ölkəmiz, həm Mərkəzi Asiya dövlətləri, həm də ümumi region üçün böyük strateji əhəmiyyət daşıyır və gələcəkdə daha faydalı nəticələr vəd edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri