Icma.az
close
up
RU
Amerikalı gənc pilot Antarktida adasında saxlanılıb

Amerikalı gənc pilot Antarktida adasında saxlanılıb

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Amerikalı 19 yaşlı gənc pilot İtan Qo, kiçik təyyarəsi ilə bütün qitələri dolaşmağa cəhd edərkən Antarktida adasında saxlanılıb. Bu hadisə, onun səyahətində ciddi ləngiməyə səbəb olub. Qonun dünya miqyasında bir milyondan çox izləyicisi onun bu qeyri-adi səyahətini onlayn şəkildə izləyir.

Bizimyol.info xəbər verir ki, "CBS News"un məlumatına görə, Çili hakimiyyət orqanları Qonu saxta uçuş planı təqdim etdiyinə görə saxlayıb.

Çili Mülki Aviasiya Baş İdarəsinin yaydığı açıqlamada bildirilir ki, havada planlaşdırılmamış istiqamət dəyişikliyi “xəbərdarlıq protokollarının” işə düşməsinə səbəb olub.

Qo Antarktida yaxınlığında yerləşən və bir sıra beynəlxalq elmi-tədqiqat stansiyalarına ev sahibliyi edən King George adasında eniş etdikdən sonra saxlanılıb. Adada iyul ayında temperatur adətən sıfırın çox altına düşür.

İtan Qonun "Cessna 182" tipli kiçik təyyarəsi Çilinin ən cənub nöqtəsinə yaxın yerləşən Punta Arenas şəhərindən havaya qalxıb və sonradan Antarktidanın Atlantik sahilində yerləşən King George adasına yönəlib. Ada adını Böyük Britaniyanın Kral III Georgeun şərəfinə daşıyır və Çili tərəfindən rəsmi olaraq iddia olunur.

Qo, adadakı Teniente R. Marsh hava limanında saxlanılıb.

Regional prokuror Kristian Kristoso Rifonun verdiyi məlumata əsasən, Qo uçuş planında yalnız Punta Arenas üzərində uçacağını bildirmiş, lakin daha uzağa getmişdir. Bu səbəbdən o, Çilinin aviasiya kodeksinin iki maddəsini pozmaqda ittiham olunur. Bu maddələrdən biri qısa müddətli həbs cəzası ilə nəticələnə bilər.

Çili Mülki Aviasiya Baş İdarəsi həmçinin qeyd edib ki, Qo Antarktida Müqaviləsini də pozmaqda şübhəli bilinir. Bu müqavilə Antarktida qitəsi ilə bağlı beynəlxalq münasibətləri tənzimləyir və burada ciddi qaydalar tətbiq olunur.

İtan Qo çərşənbə günü "X" sosial şəbəkəsində paylaşım edərək yazıb: “Salam, sağam. Tezliklə yenilikləri paylaşacam”.

Qonun sosial media hesabındakı paylaşımlara əsasən, o, Cessna təyyarəsi ilə artıq digər altı qitəni dolaşıb. 140 gündən çox davam edən bu səyahət zamanı onun məqsədi təkbaşına bütün yeddi qitəyə uçan ilk pilot olmaq və eyni zamanda St. Jude Uşaq Xəstəlikləri Araşdırma Xəstəxanası üçün xərçəng tədqiqatlarına 1 milyon dollar məbləğində vəsait toplamaqdır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyul 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri