Icma.az
close
up
RU
Antarktida getdikcə yaşıllaşır

Antarktida getdikcə yaşıllaşır

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Alimlər son 35 ilin peyk məlumatlarını təhlil edərək belə qənaətə gəliblər ki, Antarktida daha da yaşıllaşır.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri barədə "Universe Today" (UT) portalı məlumat yayıb.

Antarktika yarımadasının bitki örtüyünün əsasını mamırlar təşkil edir. Bu orqanizmlər sərt şəraitə uyğunlaşaraq, sərt süxurlarda böyüyərək torpaq əmələ gəlməsinə zəmin yaradırlar.

Məlum olub ki, bitki örtüyü 10 dəfədən çox artıb: 1986-cı ildəki 0,86 kvadrat kilometrdən 2021-ci ildə 11,95 kvadrat kilometrə qədər.

Peyk məlumatları elm adamlarının yosunlardan nümunələr götürdüyü sahə tədqiqatları ilə tamamlanır. Təhlil göstərir ki, yaşıllıq son 50 ildə xeyli sürətlə artıb və bu, çox güman ki, buzlaqların istiləşməsi və əriməsi ilə bağlıdır.

Tədqiqatın müəlliflərindən biri Tomas Roland deyib ki, bu, iqlim dəyişikliyinin buzlu yerləri bitkilərin böyüməsi üçün yeni ərazilərə çevirməsinin nəticəsidir.

Lakin bu cür dəyişikliklər narahatlıq doğurur. Soyuq şəraitə uyğunlaşan bitkilər, insanlar tərəfindən gətirilən və ya küləklə daşınan yeni, daha invaziv növlər təhlükəsi ilə üzləşə bilər. Tədqiqatın nəticələri iqlim dəyişikliyinin miqyasını, onun dünyanın ən sərt və ən ucqar guşələrinə təsirini göstərir.

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see468

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see450

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see290

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see271

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see249

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see232

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see209

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see207

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see191

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see186

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see182

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see178

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see173

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see170

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see164

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see157

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see153

Azərbaycan və Türkiyə polisinin birgə əməliyyatı: cinayətkar şəbəkə üzvü həbs edildi VİDEO

17 Avqust 2026 11:43see150

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see150

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri