Icma.az
close
up
RU
Amerikalı məmur Kreml ilə gizli danışıqlar aparıb (TƏFƏRRÜAT)

Amerikalı məmur Kreml ilə gizli danışıqlar aparıb (TƏFƏRRÜAT)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

ABŞ-ın İncəsənət Komissiyasının rəhbəri Rodni Mims Kuk bu yay Rusiyaya gizli səfər edərək Kreml nümayəndələri ilə danışıqlar aparıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, səfər Rusiyanın iyun ayında Sankt-Peterburqda keçirilən iqtisadi forumundan əvvəl baş tutub. “Rusiya mədəniyyətinin həvəskarı” kimi tanınan Kuk səfəri Rusiyaya “mədəniyyət səfəri” kimi təqdim edib.

Nəşrin məlumatına görə, ABŞ-da bu cür səfərlərin Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranmış diplomatik dalandan çıxmağa kömək edə biləcəyinə ümid edirlər.

Kuk 2018-ci ildən bəri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edən ilk amerikalı məmur olub. ABŞ tanınmış amerikalı iş adamının həbsinə etiraz olaraq tədbiri boykot etmiş, həmçinin Ukraynaya müdaxilədən sonra forumda iştirakdan çəkinmişdi.

Jurnalistlərin bildirdiyinə görə, Rusiya forum zamanı həyatın normal davam etdiyini göstərməyə çalışsa da, Ukraynanın zərbələri müharibəni tədbirin gündəminə çıxarıb. Kukun özü səhər yeməyi zamanı Ukraynaya məxsus pilotsuz uçuş aparatının Neva çayı üzərində yerləşən Rusiya neft emalı zavoduna zərbəsinin şahidi olub.

Kuk Rusiyaya səfərinin təfərrüatlarını şərh etməkdən imtina edib. O, gələcəkdə Moskvaya qayıdaraq danışıqları davam etdirib-etdirməyəcəyi ilə bağlı suala da cavab verməyib.

Bununla yanaşı, amerikalı məmur bildirib ki, ABŞ “müharibəyə son qoymaq üçün hər iki tərəflə işləyərək danışıqlarda konstruktiv rol oynamağa davam edir”. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp sülh razılaşmasına nail olunacağına “nikbin yanaşır”.

Jurnalistlərin məlumatına görə, görüşlər zamanı Kuk əsasən ABŞ və Rusiya arasında mədəniyyət məsələlərindən danışıb. Təqdimat zamanı isə Ukraynadakı müharibənin adını çəkməkdən yayınıb. O, yalnız çıxışının sonunda ölkələrin “bu məqsədlərə çatmaq üçün sülh şəraitində yaşamalı olduğunu” deyib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Avqust 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri