İnfantino gizli danışıqlar aparıb
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
FİFA prezidenti Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin satılması ilə bağlı amerikalı milyarder Kuşner ailəsi ilə aylarla gizli danışıqlar aparıb.
QOL.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, təxminən 15 milyard funt sterlinq (17,9 milyard avro) dəyərində qiymətləndirilən mümkün sövdələşmə ilə bağlı təmaslar ötən ilin sentyabrında Sürixdə başlayıb. Noyabrın 4-də İnfantino ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşüb.
Daha sonra FİFA rəhbəri onun qardaşı Coşua Kuşnerlə də danışıqları davam etdirib. Sonradan layihənin əsas investorlarından biri kimi təqdim olunan Coşua Kuşnerlə növbəti aylarda İnfantinonun və ailənin digər nümayəndələrinin iştirakı ilə azı 10 görüş keçirilib.
Qeyd edək ki, söhbət FİFA-nın “FIFA Forward Enterprise” adlı layihəsindən gedir. Təşəbbüs çərçivəsində dünya çempionatının kommersiya fəaliyyətində özəl investorların iştirakına imkan yaradılması nəzərdə tutulurdu. Lakin layihə beynəlxalq futbol ictimaiyyətinin ciddi tənqidindən sonra dayandırılıb. FİFA daha əvvəl təşəbbüsün artıq müzakirə olunmayacağını açıqlayıb. Canni İnfantino isə layihə ilə bağlı fikir ayrılıqlarının yarandığını və təklifin həyata keçirilməyəcəyini bildirib.
Baxış sayı:108
Bu xəbər 19 Noyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















