Amerikalı nazirdən açıqlama: İran tezliklə neft quyularını bağlaya bilər
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın maliyyə naziri Skott Bessent İranın neft anbarlarının sürətlə dolması səbəbindən yaxın vaxtlarda hasilat quyularını bağlamağa başlaya biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.
"Bu, bizim fikrimizcə, artıq gələn həftədən başlaya bilər", - nazir deyib.
Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi dəniz blokadası fonunda İran sürətlə anbarlarını doldurur və bu proses davam etdikcə quyuların konservasiyası qaçılmaz olacaq.
S.Bessent, həmçinin qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başa çatdıqdan sonra neft qiymətləri əvvəlkindən daha aşağı olacaq. Onun sözlərinə görə, bu, həm də Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxmaq qərarı ilə bağlıdır.
Qeyd edək ki, ABŞ aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadası tətbiq edib və ölkənin limanlarına yönələn, həmçinin sahillərindən çıxmağa çalışan gəmilərin hərəkətini məhdudlaşdırdığını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, blokada davam edərsə, İranın neft infrastrukturu ciddi risk altına düşə bilər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 03 May 2026 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















