Icma.az
close
up
RU
Amerikalı hərbçi: “İran Kaliforniyanı vura bilər”

Amerikalı hərbçi: “İran Kaliforniyanı vura bilər”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“İran qüvvələri Kaliforniyadakı hədəflərə ölümcül dron hücumları həyata keçirmək üçün texnologiyaya, imkanlara və motivasiyaya malikdir. 

O, İŞİD liderlərini və digər terrorçu qrupları “ovlamaq” üçün bir neçə il dronlardan istifadə edib”.

“Cebheinfo.az”-ın "The Post" qəzetinə istinadən məlumatına görə, bunu ABŞ ordusunun keçmiş kəşfiyyat və xüsusi təyinatlı zabiti Bret Velikoviç deyib. 

Velikoviçin sözlərinə görə, İran Kaliforniya sahillərinə dron hücumu planlaşdırmağa çalışır. Ekspertin qeyd etdiyi kimi, Federal Təqiqatlar Bürosunun (FTB) yerli hüquq-mühafizə orqanlarına verdiyi xəbərdarlıq təhlükənin ciddiliyini göstərir. Velikoviç deyib: "Biz dron hücumlarına qarşı son dərəcə həssasıq. Biz buna tamamilə hazır deyilik".

O iddia edir ki, İranın minlərlə mil məsafədən idarə oluna bilən və yüzlərlə mil məsafədə hədəfə uça bilən minlərlə silahlı dronu var:: 

"Bunlar inanılmaz dərəcədə təsirli olan və dəstə-dəstə yerləşdirilə bilən uzun mənzilli, birdəfəlik hücum dronlarıdır”.

O iddia edir ki, FTB-nin Kaliforniyada xəbərdarlıq etdiyi kimi, bu cür dronlar gəmilərdən buraxıla bilər. Hətta pilotsuz gəmilərdən də buraxılışlar mümkündür: 

"Yaxınlıqda insana ehtiyac yoxdur. “Starlink” vasitəsilə 1000 mil məsafədəki qayıqdan dronları buraxa bilərsiniz”.Ekspert potensial hədəflər kimi şəhər mərkəzlərini, limanları, infrastrukturu, idman tədbirlərini, otelləri, ofis binalarını, dövlət qurumlarını və hərbi bazaları göstərib:

“Kaliforniyaya qarşı istifadə edilə biləcək dronlar partlayıcı maddələrlə silahlanacaq və yalnız GPS koordinatlarından istifadə edərək hədəfləri yüksək dəqiqliklə vura biləcək.

Bu cür hücumlardan qorunmaq üçün çoxqatlı sistem lazımdır - dronları vura bilən raketlər, idarəetməni və naviqasiyanı pozmaq üçün alət, elektronikanı “kor” etmək və söndürmək üçün lazerlər. Dronlara qarşı vahid bir həll yolu yoxdur. Bəzən onları sözün əsl mənasında pulemyotlarla vurmağa çalışmaq lazımdır".

Ekspert FTB-nin ictimaiyyəti və yerli hüquq-mühafizə orqanlarını xəbərdar etmək səyləri ilə razıaşıb: "Əgər real təhlükə haqqında etibarlı məlumat varsa, onlar Amerika xalqını və yerli hakimiyyət orqanlarını xəbərdar etməyə borcludurlar".

Xatırladaq ki, Los-Anceles Polis Departamenti daha əvvəl xəbərdarlıq etmişdi:

"Yaxın Şərqdəki mövcud münaqişə zamanı bütün federal, ştat və yerli kəşfiyyat paylaşma tərəfdaşları ilə əlaqələndirməyə davam etdiyimizə hər bir Los-Anceles sakininə əmin olmaq istəyirik. 

Məlumatları real vaxt rejimində emal edirik, hər bir etibarlı məlumatı yoxlayırıq və lazım olduqda təhlükəsizlik tədbirlərini tənzimləyirik. Hazırda Los-Anceles üçün heç bir konkret təhdid müəyyən edilməyib. Los-Anceles Polis İdarəsi şəhərin təhlükəsizliyini hər hansı potensial təhdidlərdən qorumağa hazırdır."

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: İran Kaliforniya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Mart 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri