Amerikalılar İngiltərənin daha bir klubunu ələ keçirdilər
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərənin daha bir klubu xarici investorların tabeçiliyinə keçdi. Bu dəfə söhbət çempionşip təmsilçisi ''Şeffild Yunayted''dən gedir.
Bilindiyi kimi türkiyəli Səlahəttin Baki də bu klubun rəsmisidi. 2020-ci ildən bu ilin yayına qədər ''Fənərbaxça''da çalışan Baki Şeffild klubunda idarə heyətinin üzvüdü. Bu klubun hissələri Amerikanın ''COH Sports'' şirkəti tərəfindən 135 milyon dollar qarşılığında ələ keçirilib. Son detalların yoluna qoyulması və rəsmi imzaların atılması üçün tərəflər Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda bu gün daha bir görüş keçirəcəklər.
Səlahəttin Baki də bu görüşdə iştirak edəcək. Ötən mövsümü premyer-liqada sonuncu pillədə başa vuraraq çempionşipə yuvarlanan ''Şeffild Yunayted'' hazırda 45 xalla liderdi və yenidən elitaya qayıtmağa əsas namizəd hesab olunur.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Dekabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















