Icma.az
close
up
RU
Hacıyev: “İndidən nəsə demək çətindir”

Hacıyev: “İndidən nəsə demək çətindir”

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə “Neftçi”ylə 1:1 hesablı bərabərliklə razılaşdı.

Tovuz təmsilçisinin müdafiəçisi Faiq Hacıyev oyundan sonra fikirlərini “FutbolPress”lə bölüşdü:

– İlk 20 dəqiqə istədiyimiz kimi keçmədi. Daha sonra “qırmızı” alaraq, azlıqda qaldıq. Buna görə də planlarımız alınmadı. Amma komanda olaraq xarakter göstərdik. Uşaqların hər birinə təşəkkür edirəm. İnşallah ki, gələn oyunların hər birində belə əzmkarlıq nümayiş etdirib qələbə qazanacağıq.

– “Neftçi” son dəqiqələrdə qolu vurduqdan sonra sizdə ümid qalmışdı yoxsa oyundan əlinizi üzmüşdüz?
– Oyun 90 dəqiqə deyil, artırmalarla daha çox olur. 9 və ya 10 nəfərlə də oynaya bilərsən. Son dəqiqəyə qədər vuruşmaq lazımdır. Oyunun hesabından asılı olmayaraq. Lap 2:0 geridə olsaq belə vuruşmalıydıq.

– Gedişata uyğun demək olarmı ki, “Turan Tovuz” 2 xal itirmədi, 1 xal qazandı?
– Bəli, demək olar. 10 nəfərlə “Neftçi” kimi komandaya qarşı mübarizə apardıq. Demək olar ki, topla “Neftçi” oynadı. Biz sadəcə öz vaxtımızı gözlədik. Məncə 1:1 yaxşı nəticədir.

– “Araz-Naxçıvan”ın bu turda uduzması sizin motivasiyanızı artırırdı?
– Biz öz qarşımıza hədəflər qoymuşuq ki, oyunları udaq. Cədvələ baxmırıq. Qələbələr qazandıqca, inanırıq ki, daha yaxşı yerlərdə olacayıq.

– Komanda avrokuboklarda çıxış etməyə hazırdır?
– Bunu zaman göstərəcək. Onun üçün çalışırıq. İndidən nəsə demək çətindir.

– Bu nəticəni qələbəyə bərabər saymaq olar?
– Doğrudur, 10 nəfərlə mübarizə apardıq. Qələbəyə bərabər deməzdim. Amma 1 xal qazandıq.

– Bu gün komandanın oyununda çatışmayan cəhətlər nə idi?
– Məncə, komanda şəklində yaxşı oynadıq. 10 nəfərlə bundan artıq nə edə bilərdik ki? Yəni mübarizə apardıq və xalımızı qazandıq.

– Havanın dumanlı olması problem yaradırdı?
– Xeyr, elə də problem olmadı.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Mart 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri