Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Amil Xəlil kimləri və niyə “damğalayır”?

Amil Xəlil kimləri və niyə “damğalayır”?

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Sevinc Mürvətqızının “Köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahürü” yazısını təqdim edir.

Hərdən bəzi mətbuat nümayəndələri qarşılarına qoyulan mikrofondan təyinatı üzrə istifadəni – onun informasiya, maarifləndirmə və əyləndirmə funksiyasını unudurlar. Elə bilirlər ki, efir vaxtı ağzı köpüklənə-köpüklənə “əxlaq polisliyi” etmək üçündür.
Elə cümlələr səsləndirirlər ki, görürsən, mənanın alt qatında bütöv bir dünyagörüşü, travmatik qorxu, qarşısıalınmaz aqressiya yatır.
Son günlərdə “Space TV”nin efirində səslənən fikirlər də məhz bu aspektdə idi. Aparıcı Amil Xəlil Bakıda gördüyü “biabırçı mənzərələri” əsas gətirərək, xüsusilə regionlardan gələn qız tələbələri hədəfə alaraq valideynlərə “qızlarınızı Bakıya göndərməyin” çağırışı edib.
Bu çağırış ilk baxışda cəmiyyətə “əxlaq” və “narahatlıq” pərdəsi altında təqdim edilən bir tövsiyə kimi görünə bilər. Amma məsələnin bir az dərininə baxanda bunun ədalətsiz və təhrifedici olduğu qədər, həm də təhlükəli tendensiya olduğu aydın olur. Çünki burada söhbət tək-tük fərdi hallardan yox, bütöv bir sosial qrupun – minlərlə gənc qızın şübhə altına salınmasından gedir.
Aparıcı efir üçün yolverilməz olan məxsusi aqressiya ilə vurğulayır ki, gördüyü biabırçılıqları edənlərin “99 faizi tələbələrdir”. Bu rəqəm haradandır? Hansı araşdırmaya, hansı hüquq-mühafizə orqanının statistikasına, hansı sosial tədqiqata əsaslanır, görəsən? Yoxsa sadəcə küçədə, hansısa məkanda gördüyü bir neçə mənzərədən çıxarılan, amma minlərlə gənc qızın həyatına kölgə sala, şübhə yarada biləcək subyektiv və məsuliyyətsiz bir nəticədir?
Jurnalistika fərdi müşahidəni, subyektiv fikrini ictimai hökmə çevirmək sənəti deyil. Jurnalist məhdud misalla bütöv bir qrupu mühakimə edə bilməz.
Üstəlik, burada söhbət cəmiyyətin ən həssas və ən asan hədəfə çevrilən təbəqəsindən – gənc qız tələbələrdən gedirsə, məsuliyyət daha da ağırdır. Haralardasa rastlaşdığı fərdlərin davranışını bir nəslin üzərinə yıxmaq informasiya yox, stiqmalaşdırmaqdır. Həm də süni şəkildə.
Və bu stiqmatizasiya açıq-aşkar gender xarakterlidir. Aparıcının dilində problem sadəcə “tələbələr” deyil, “qız tələbələr”dir. Bakıya oxumağa gələn oğlanlar problem sayılmır, amma qızlar avtomatik risk qrupuna salınır.
Sən demə, şəhər oğlan üçün inkişaf, qız üçün isə “pozulma” məkanı imiş və yaxşı ki, efir vasitəsilə cümleyi-aləm bu “ilahi həqiqət”ə vaxtında vaqif oldu!..
Bu düşüncələrin nə milli dəyərdir, nə də əxlaqi çərçivələrə aidiyyatı yoxdur.
Bu, qadının ictimai məkandakı varlığını təhlükə kimi görən, onu daim nəzarət altında saxlamaq istəyən köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahüründən başqa bir şey deyil.
Hələ məsələnin diqqət yetirilməyən başqa tərəfi də var. Bu yanaşmanın içində bir də bölgəyə, əyalətə və kənd insanına qarşı açıqca bir yuxarıdan aşağı baxış var. “Valideynlər mal-qara saxlayıb zülm çəkirlər” kimi ifadələr sadəcə təsvir deyil. Bu, kəndlinin, bölgə insanının əslində, “canıyananlıq” pərdəsi altında alçaldılmasıdır. Bu cümlənin altında gizlənən şüuraltı fikir belədir: guya kəndli geridəqalmışdır, savadsızdır, övladını qoruya bilmir, başı zülm çəkməyə qarışıb və buna görə də qızını böyük şəhərə göndərməməlidir. Bu, əxlaqın müdafiəsi yox, sosial və regional ayrı-seçkiliyin dilidir.

Regionlardan Bakıya, yaxud digər böyük şəhərlərə övladlarını oxumağa göndərən ailələrin çox böyük əksəriyyəti savadlı, özünü də , övladının da haqqını-hüququnu, təhsilin, xüsusilə də qız uşaqlarına təhsilin verilməsinin əhəmiyyətini bilir. Yəni, “mal-qarasını da saxlayır”, eyni zamanda övladına da normal tərbiyə verib evdən çıxardığını bildiyi üçün arxayınlıqla nəinki Bakıya, xarici ölkələrə də oxumağa göndərirlər.
Audiovizual Şura məlum çıxışdan sonra sözügedən televiziyanın efir vaxtını 3 saat məhdudlaşdırmışdı. “Media haqqında” Qanunun 14.1.4-cü maddəsi irqi, dini , mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyi qadağan edir. Aparıcı isə konkret sosial qrupu (regiondan gələn qız tələbələri) fakt olmadan ümumiləşdirərək assosiasiya edib.
Bu nifrət yaradan, təhlükəli diskursun jurnalistikaya dəxli yoxdur və bundan sonra da olmamalıdır. Belə jurnalistika olmur, bunun adı düppədüz sosial damğalamadır.
Məsələnin digər bir absurd tərəfi budur ki, bu qərarı “senzura” kimi təqdim etmək niyyətində manipulyasiya etmək istəyənlər var. Burada söhbət ondan gedir ki, sənə verilən efirdən istifadə edərək konkret bir sosial qrupu – regiondan gələn qız tələbələri – sübutsuz şəkildə əxlaqsızlıqla əlaqələndirmək cəmiyyətdə nifrət, qorxu və linç atmosferi yaradır. Dövlət qurumunun yerli müdaxiləsi məhz buna görə idi: bu ictimai təhlükəli diskursun qarşısını almaq üçün.
Açığı, millət vəkili Fazil Mustafanın bu məsələdə tutduğu mövqe, konkret bir hadisəyə verdiyi yanlış hüquqi və etik qiymətləndirmə də məni ayrıca məyus elədi. O, məsələnin mahiyyətini “söyüş söyüldü ya söyülmədi”, “təhqir olundumu, ya yox” müstəvisinə endirir.

Halbuki mübahisə aparıcının üslubu ilə deyil, onun efirdən istifadə edərək bütöv bir sosial qrupu - xüsusilə regiondan gələn qız tələbələri sübutsuz şəkildə əxlaqsızlıqla assosiasiya etməsi ilə bağlıdır. Nifrət doğuran və ictimai təhlükə yaradan çıxışlar çox vaxt məhz bu cür aparılır. Sakit, “mədəni” dildə demək istəyirəm, amma məlum çıxış nəinki sakit, qəbuledilməz dərəcədə aqressiv idi.
Deputatın bu çıxışı “cəsarətli fikir” adlandırması da problemin mahiyyətini dəyişmir. Cəsarət öz mövqeyindən və efir tribunasından istifadə edərək hədəfə almaq deyil. Təhsillə bağlı köklü problemlər qalıb bir tərəfdə, efirdə tələbə qızlar “günah keçisi” elan edilir.
Bu səbəbdən də, bu məsələdə TV məsələsi ifadə azadlığı ilə yox, jurnalist məsuliyyəti və cəmiyyətin qorunması ilə ölçülməlidir. Millət vəkilinin mövqeyi isə bu incə, amma həlledici fərqi nəzərdən qaçırır.
Və son olaraq: Axı bu ölkənin gəncliyi təkcə aparıcının gördüyü küçələrdə hansısa fərdi davranış sərgiləyən gənclərdən ibarət deyil. Ataların yaxşı bir sözü var, insan çox vaxt nəyi axtarırsa, onu da görür, kimin fikri nədirsə, zikri də odur.
Mən aparıcıdan fərqli olaraq metroda, avtobusda dəstə-dəstə dərsə gedən, kitabxanaya tələsən, elmi tədbirlərə, debatlara, forumlara qatılan oğlanlı-qızlı tələbələr görürəm. Gecəyarısı imtahanlara hazırlaşan, gündüz könüllü proqramlarda çalışan gəncləri, min bir ümidlə paytaxtdan da, bölgələrdən də xaricə təhsil almağa gedən, bu ölkənin adını dünyada ləyaqətlə daşımağa çalışan tələbələri görürəm.
Bəlkə də problemi gənclərdə yox, öz baxış bucağında axtarmaq lazımdır. Mahiyyət pəncərəni (üstəlik, o pəncərə çirklidirsə) hansı küçəyə açdığındadır. Və belə bir pəncərədən baxıb bütöv bir gənc nəsli mühakimə etmək heç bir insani anlayışa sığmır.

İngiltərə sahillərindən olan polyak dahisi - O, niyə dənizçiliyi seçmişdi? Milix Yevdayev: "Azərbaycan biz yəhudilərin doğma vətənidir..." - Müsahibə Dilqəm Əhməd: "Evdə mənimlə bərabər 20–30 mühacir yaşayır..." - Müsahibə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri