Icma.az
close
up
RU
Köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahürü Amil Xəlil kimləri və niyə “damğalayır”?

Köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahürü Amil Xəlil kimləri və niyə “damğalayır”?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Sevinc Mürvətqızının “Köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahürü” yazısını təqdim edir.

Hərdən bəzi mətbuat nümayəndələri qarşılarına qoyulan mikrofondan təyinatı üzrə istifadəni – onun informasiya, maarifləndirmə və əyləndirmə funksiyasını unudurlar. Elə bilirlər ki, efir vaxtı ağzı köpüklənə-köpüklənə “əxlaq polisliyi” etmək üçündür.
Elə cümlələr səsləndirirlər ki, görürsən, mənanın alt qatında bütöv bir dünyagörüşü, travmatik qorxu, qarşısıalınmaz aqressiya yatır.
Son günlərdə “Space TV”nin efirində səslənən fikirlər də məhz bu aspektdə idi. Aparıcı Amil Xəlil Bakıda gördüyü “biabırçı mənzərələri” əsas gətirərək, xüsusilə regionlardan gələn qız tələbələri hədəfə alaraq valideynlərə “qızlarınızı Bakıya göndərməyin” çağırışı edib.
Bu çağırış ilk baxışda cəmiyyətə “əxlaq” və “narahatlıq” pərdəsi altında təqdim edilən bir tövsiyə kimi görünə bilər. Amma məsələnin bir az dərininə baxanda bunun ədalətsiz və təhrifedici olduğu qədər həm də təhlükəli tendensiya olduğu aydın olur. Çünki burada söhbət tək-tük fərdi hallardan yox, bütöv bir sosial qrupun – minlərlə gənc qızın – şübhə altına salınmasından gedir.
Aparıcı efir üçün yolverilməz olan məxsusi aqressiya ilə vurğulayır ki, gördüyü biabırçılıqları edənlərin “99 faizi tələbələrdir”. Bu rəqəm haradandır? Hansı araşdırmaya, hansı hüquq-mühafizə orqanının statistikasına, hansı sosial tədqiqata əsaslanır, görəsən? Yoxsa sadəcə küçədə, hansısa məkanda gördüyü bir neçə mənzərədən çıxarılan, amma minlərlə gənc qızın həyatına kölgə sala, şübhə yarada biləcək subyektiv və məsuliyyətsiz bir nəticədir?
Jurnalistika fərdi müşahidəni, subyektiv fikrini ictimai hökmə çevirmək sənəti deyil. Jurnalist məhdud misalla bütöv bir qrupu mühakimə edə bilməz.
Üstəlik, burada söhbət cəmiyyətin ən həssas və ən asan hədəfə çevrilən təbəqəsindən – gənc qız tələbələrdən gedirsə, məsuliyyət daha da ağırdır. Haralardasa rastlaşdığı fərdlərin davranışını bir nəslin üzərinə yıxmaq informasiya yox, stiqmalaşdırmaqdır. Həm də süni şəkildə.
Və bu stiqmatizasiya açıq-aşkar gender xarakterlidir. Aparıcının dilində problem sadəcə “tələbələr” deyil, “qız tələbələr”dir. Bakıya oxumağa gələn oğlanlar problem sayılmır, amma qızlar avtomatik risk qrupuna salınır.
Sən demə, şəhər oğlan üçün inkişaf, qız üçün isə “pozulma” məkanı imiş və yaxşı ki, efir vasitəsilə cümleyi-aləm bu “ilahi həqiqət”ə vaxtında vaqif oldu!..
Bu düşüncələrin nə milli dəyərdir, nə də əxlaqi çərçivələrə aidiyyatı yoxdur.
Bu, qadının ictimai məkandakı varlığını təhlükə kimi görən, onu daim nəzarət altında saxlamaq istəyən köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahüründən başqa bir şey deyil.
Hələ məsələnin diqqət yetirilməyən başqa tərəfi də var. Bu yanaşmanın içində bir də bölgəyə, əyalətə və kənd insanına qarşı açıqca bir yuxarıdan aşağı baxış var. “Valideynlər mal-qara saxlayıb zülm çəkirlər” kimi ifadələr sadəcə təsvir deyil. Bu, kəndlinin, bölgə insanının əslində, “canıyananlıq” pərdəsi altında alçaldılmasıdır. Bu cümlənin altında gizlənən şüuraltı fikir belədir: guya kəndli geridəqalmışdır, savadsızdır, övladını qoruya bilmir, başı zülm çəkməyə qarışıb və buna görə də qızını böyük şəhərə göndərməməlidir. Bu, əxlaqın müdafiəsi yox, sosial və regional ayrı-seçkiliyin dilidir.

Regionlardan Bakıya, yaxud digər böyük şəhərlərə övladlarını oxumağa göndərən ailələrin çox böyük əksəriyyəti savadlı, özünü də , övaldının da haqqını-hüququnu, təhsilin, xüsusilə də qız uşaqlarına təhsilin verilməsinin əhəmiyyətini bilir. Yəni, “mal-qarasını da saxlayır”, eyni zamanda övladına da normal tərbiyə verib evdən çıxardığını bildiyi üçün arxayınlıqla nəinki Bakıya, xarici ölkələrə də oxumağa göndərirlər.
Audiovizual Şura məlum çıxışdan sonra sözügedən televiziyanın efir vaxtını 3 saat məhdudlaşdırmışdı. “Media haqqında” Qanunun 14.1.4-cü maddəsi nifrət, ayrı-seçkilik və sosial qrupların alçaldılmasını qadağan edir. Aparıcı isə konkret sosial qrupu (regiondan gələn qız tələbələri) fakt olmadan ümumiləşdirərək assosiasiya edib.
Bu nifrət yaradan, təhlükəli diskursun jurnalistikaya dəxli yoxdur və bundan sonra da olmamalıdır. Belə jurnalistika olmur, bunun adı düppədüz sosial damğalamadır.
Məsələnin digər bir absurd tərəfi budur ki, bu qərarı “senzura” kimi təqdim etmək niyyətində manipulyasiya etmək istəyənlər var. Burada söhbət ondan gedir ki, sənə verilən efirdən istifadə edərək konkret bir sosial qrupu – regiondan gələn qız tələbələri – sübutsuz şəkildə əxlaqsızlıqla əlaqələndirmək cəmiyyətdə nifrət, qorxu və linç atmosferi yaradır. Dövlət qurumunun yerli müdaxiləsi məhz buna görə idi: bu ictimai təhlükəli diskursun qarşısını almaq üçün.
Açığı, millət vəkili Fazil Mustafanın bu məsələdə tutduğu mövqe, konkret bir hadisəyə verdiyi yanlış hüquqi və etik qiymətləndirmə də məni ayrıca məyus elədi. O, məsələnin mahiyyətini “söyüş söyüldü ya söyülmədi”, “təhqir olundumu, ya yox” müstəvisinə endirir.

Halbuki mübahisə aparıcının üslubu ilə deyil, onun efirdən istifadə edərək bütöv bir sosial qrupu - xüsusilə regiondan gələn qız tələbələri sübutsuz şəkildə əxlaqsızlıqla assosiasiya etməsi ilə bağlıdır. Nifrət doğuran və ictimai təhlükə yaradan çıxışlar çox vaxt məhz bu cür aparılır. Sakit, “mədəni” dildə demək istəyirəm, amma məlum çıxış nəniki sakit, qəbuledilməz dərəcədə aqressiv idi.
Deputatın bu çıxışı “cəsarətli fikir” adlandırması da problemin mahiyyətini dəyişmir. Cəsarət öz mövqeyindən və efir tribunasından istifadə edərək hədəfə almaq deyil. Təhsillə bağlı köklü problemlər qalıb bir tərəfdə, efirdə tələbə qızlar “günah keçisi” elan edilir.
Bu səbəbdən də, bu məsələdə TV məsələsi ifadə azadlığı ilə yox, jurnalist məsuliyyəti və cəmiyyətin qorunması ilə ölçülməlidir. Millət vəkilinin mövqeyi isə bu incə, amma həlledici fərqi nəzərdən qaçırır.
Və son olaraq: Axı bu ölkənin gəncliyi təkcə aparıcının gördüyü küçələrdə hansısa fərdi davranış sərgiləyən gənclərdən ibarət deyil. Ataların yaxşı bir sözü var, insan çox vaxt nəyi axtarırsa, onu da görür, kimin fikri nədirsə, zikri də odur.
Mən aparıcıdan fərqli olaraq metroda, avtobusda dəstə-dəstə dərsə gedən, kitabxanaya tələsən, elmi tədbirlərə, debatlara, forumlara qatılan oğlanlı-qızlı tələbələr görürəm. Gecəyarısı imtahanlara hazırlaşan, gündüz könüllü proqramlarda çalışan gənclər, min bir ümidlə paytaxtdan da, bölgələrdən də xaricə təhsil almağa gedən, bu ölkənin adını dünyada ləyaqətlə daşımağa çalışan tələbələr görürəm.
Bəlkə də problemi gənclərdə yox, öz baxış bucağında axtarmaq lazımdır. Mahiyyət pəncərəni (üstəlik, o pəncərə çirklidirsə) hansı küçəyə açdığındadır. Və belə bir pəncərədən baxıb bütöv bir gənc nəsli mühakimə etmək heç bir insani anlayışa sığmır.

Dünyanın ən maraqlı Yeni il adətləri Qoxular - Günel Mehrinin hekayəsi Mədəniyyət Nazirliyinin satın aldığı kitabların tam siyahısı açıqlandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri