Amin Quliyev Dünya Oyunlarının iştirakçıları arasında
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan kikboksçusu Amin Quliyev (63,5 kq) avqustun 7-17-də Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarının iştirakçılarının siyahısında yer alıb.
İdman.biz xəbər verir ki, o bu hüququ ötən ilin sonunda Afinada keçirilən Avropa çempionatında qazandığı qələbə sayəsində əldə edib.
Multiforumun Təşkilat Komitəsi kikboksinq yarışlarında iştirak edəcək idmançıların kateqoriyalar üzrə siyahısını dərc edib ki, burada döyüşçümüzün də adı var.
Hər çəki dərəcəsində səkkiz idmançı mübarizə aparacaq. Quliyevin kateqoriyasında Vinisius Oliveyra (Braziliya), Mostefa Nambininjanahari (Madaqaskar), Stanislav Renita (Moldova), Emmanuel Kardenas (İsveçrə), akrit Konqtok (Tailand), Qleb Mazur (Ukrayna) və Asilbek Sadıkov (Özbəkistan) da mübarizə aparacaqlar.
Amin Quliyev Çenqduda çıxış edəcək yeganə kikboksçumuz olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 04 Mart 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















