Amin Quliyev Cakartada Qran pri kəməri uğrunda döyüşəcək FOTO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Kikboksinq Federasiyasının milli komandasının üzvü Amin Quliyev dekabrın 12-də İndoneziyanın Cakarta şəhərində keçiriləcək “BYON World Grand Prix” turnirində iştirak edəcək.
İdman.Biz xəbər verir ki, WAKO üzrə böyüklər arasında dünya və ikiqat Avropa çempionu 67 kq çəki dərəcəsində səkkiz idmançının qatılacağı Qran-pridə mübarizə aparacaq.
“Indonesia Arena”da təşkil olunacaq yarışın rəsmi cədvəlinə əsasən, Quliyev 1/4 finalda Türkiyə təmsilçisi Yusuf Polatla qarşılaşacaq.
Qran-prinin qalibi olmaq üçün idmançı eyni gündə üç döyüşdə - 1/4 final, yarımfinal və finalda qələbə qazanmalıdır.
Qeyd edək ki, Amin Quliyev noyabrın 6-15-də Şimali Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanaraq ikinci dəfə qitə çempionu olub. O, həmçinin 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunlarına lisenziya əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 19 Noyabr 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















