AMİNA prezidenti: “Hakimlərin ədalətsizliyi komandamızı arxa plana atdı”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan idmançılarının Hindistanın Nyu-Dehli şəhərində keçirilmiş zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda daha uğurlu nəticə göstərmələrinə hakimlərin ədalətsiz qərarları mane olub.
İdman.Biz bildirir ki, bunu Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov deyib.
O, Report-a açıqlamasında 2025-ci ildə qatıldıqları sonuncu beynəlxalq yarışları ilə bağlı fikirlərini bölüşüb:
“Komandamız, idmançılarımız Dünya Kubokunda yaxşı nəticələr əldə ediblər. Amma bundan da uğurlu nəticə gözləyirdim. Çünki idmançılarımız perspektivlidirlər və turnirə çox yaxşı hazırlaşmışdılar. Avropa və dünya çempionlarımız da yarışa qatılmışdı. Hədəfimiz ilk iki pillədən biri idi. Amma İran komandası çox güclüdür. Birinci yeri onlar əldə edirlər. Ən azından ikinci olmaq niyyətində idik. Bir az hakimlərin ədalətsizliyi komandamızı arxa plana atdı”.
AMİNA rəhbəri 2026-cı ildə də böyük hədəflərinin olduğunu vurğulayıb:
“Zorxana növünü ölkəmizdə daha da inkişaf etdirməliyik. Koronavirus pandemiyası bu və ya digər idman növlərimizi bir az sıxmışdı. Amma sonradan yarışların sayı artdı. 2026-cı ildə zorxana və pəhləvan güləşində mötəbər turnirlər gözlənilir. İdmançılarımız hazırlaşırlar, təlim-məşq toplanışlarına qatılırlar. Ölkə rəhbərliyinin, Gənclər və İdman Nazirliyinin hər zaman milli idman növlərinə diqqət və qayğısı var”.
Qeyd edək ki, Azərbaycan millisi sözügedən turnirdə zorxana üzrə komanda yarışında 3-cü yerə çıxıb. Fərdi mübarizədə Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsov Səfərov 3 bürünc, Nihat Qasımov 3 bürünc, Tural Allahverdiyev 1 bürünc medal qazanıblar.
Pəhləvan güləşi üzrə yarışda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş mükafata yiyələniblər. Ümumi medal sıralamasında Azərbaycan yığması Dünya Kubokunu 3-cü pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 26 Dekabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















