Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

ZAMAN YETİŞİR: Zəngəzur ədalətsizliyi ortadan qalxacaq

ZAMAN YETİŞİR: Zəngəzur ədalətsizliyi ortadan qalxacaq

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

107 il əvvəl, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanın deyil, bütün türk və müsəlman dünyasının tarixində mühüm dönüş nöqtəsi oldu. 

Azərbaycan Prezidenti İlham Əliyevin Laçında dediyi kimi:

"Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra - 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır". 

1918-ci il mayın 29-da, Cümhuriyyətin elanından cəmi bir gün sonra İrəvanın ermənilərə güzəştə gedilməsi Azərbaycan xalqının yaddaşına ağır tarixi zərbə oldu. Sənədlərə əsasən, Azərbaycanın İrəvanı güzəştə getməsinin qarşılığında Ermənistan tərəfindən bölgədə sülh və sakitlik təmin ediləcəyi vəd olunmuşdu. Lakin bu vədlər yerinə yetirilmədi. 

Əksinə, erməni silahlı birləşmələri Zəngəzurda, Qarabağda və digər bölgələrdə silahlı hücumlara başladı. 1918-ci il mayın 29-da alınmış bu qərar yalnız İrəvanın deyil, bütövlükdə Qərbi Azərbaycan torpaqlarının əlimizdən çıxmasının başlanğıcı olur. Üstəlik, bu güzəşt yeni yaranmış Ermənistan dövlətinə "paytaxt" qazandırmaqla onun siyasi əsasını möhkəmləndirdi. Zəngəzur bölgəsi Azərbaycanın digər bölgələrinin Naxçıvanla  quru bağlantısını təmin edən əsas ərazi idi. 

Lakin 1920-ci illərdə artıq sovetləşmə dövründə bu bölgə də mərhələli şəkildə Ermənistana verilir. Bu, Azərbaycanın coğrafi bütövlüyünü süni şəkildə parçalamaq, Naxçıvanı təcrid vəziyyətinə salmaq və gələcəkdə bölgədə süni münaqişə potensialı yaratmaq üçün planlı addım idi. 

1920-ci ilin noyabrında Qərbi Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsi, ardınca 1923-cü ildə Dağlıq Qarabağda muxtar vilayətin yaradılması Azərbaycanın tarixi torpaqları üzərində ardıcıl şəkildə həyata keçirilən geosiyasi manipulyasiyaların nümunəsidir. 

Tarix sübut edir ki, Ermənistan adlı dövlətin yaradılması heç də təbii proses deyildi. Bu, əsasən çoxmillətli Qafqazı etnik cəhətdən parçalamaq və bölgədə daimi münaqişə ocağı saxlamaq istəyən böyük güclərin – xüsusilə Rusiya və Qərb dövlətlərinin layihəsi idi. Erməni millətçiləri XIX əsrdən bəri "Böyük Ermənistan" ideyası ilə silahlanıblar. 

Onların bu ideoloji və hərbi hərəkatları əsasən Osmanlı və Azərbaycan torpaqlarına yönəlib. 1918–1920-ci illər arasında erməni dəstələri tərəfindən Qarabağda, Zəngəzurda, Naxçıvanda və Şərurda yüzlərlə kənd məhv edildi, minlərlə azərbaycanlı soyqırıma məruz qaldı və deportasiya olundu. 

Bu prosesin sonunda isə İrəvan paytaxt olmaqla Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan adlı dövlət formalaşmağa başladı. Bu tarixi faktlar onu göstərir ki, Azərbaycanın dövlətçilik mübarizəsi xarici güclərin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi mühitin içində formalaşıb. 

Bugünkü Azərbaycanın strateji mövqeyi, regional layihələrdə iştirakı və hərbi-siyasi uğurları da birbaşa olaraq həmin tarixi ədalətsizliklərin kompensasiyası, milli suverenliyin bərpası və dövlətçilik iradəsinin davamıdır. 

Qarabağ Zəfəri və işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri, beynəlxalq aeroportların tikintisi, müttəfiq dövlətlərlə strateji əməkdaşlıq formatları da bu kontekstdə dəyərləndirilməlidir. Bu, yalnız iqtisadi və logistik məsələ deyil, həm də siyasi suverenliyin və tarixi ədalətin bərpası istiqamətində atılan simvolik və real addımlardır. 

Bu gün həmin tarixi  prosesin geridönüşü hüquqi və siyasi baxımdan mümkün görünürmü? 

"Cebheinfo.az"-a açıqlamasında tarixçi, siyasi analitik Rizvan Hüseynov bildirib ki, əslində tarixə nəzər saldıqda Azərbaycan xalqının iradəsinin proseslər  zamanı nəzərə alınmadığı görünür: 

“Zəngəzur və digər ərazilər bolşeviklərin və daha sonra Sovet rejiminin dönəmində Azərbaycanın tərkibindən qoparılaraq Ermənistana verilib. Bu, tamamilə haqsız və beynəlxalq hüquqazidd addımlar idi. Bir məsələni xüsusi qeyd etmək lazımdır: 

1920-ci il aprelin 28-də Azərbaycan işğal olunub. Bu, açıq hərbi təcavüz idi. Sonradan qurulan Sovet Azərbaycanı isə legitim deyildi, çünki güc və terror əsasında yaradılmışdı. Həmin dönəmdə torpaqlarımız da bir-bir qoparılıb Rusiyaya daim yaxın olan, ona müttəfiq və köməkçi mövqe tutan Ermənistana verilirdi. 1921–1923-cü illərdə imzalanmış Moskva və Qars müqavilələri nəticəsində SSRİ-Türkiyə sərhədləri müəyyən edildi. 

Bu sənədlər eyni zamanda, Naxçıvanın statusunu və Azərbaycan, Gürcüstan, Ermənistan SSRİ-nin sərhədlərini də rəsmiləşdirdi. Lakin tarix göstərdi ki, beynəlxalq siyasətin əsası hüquq deyil, gücdür. Güc zəiflədikcə, hüquq da dəyişir. Bu gün də dünyanın yeni siyasi düzəni formalaşır, köhnə nizam dağılır, onu yaradan güclər – Amerika, Rusiya, digər böyük dövlətlər bir-biri ilə çəkişməyə başlayır və beynəlxalq hüququ özləri pozurlar”.

 Rizvan Hüseynov qeyd edib ki, Azərbaycan bu yeni vəziyyəti düzgün dəyərləndirərək, öz müttəfiqləri və tərəfdaşları ilə birlikdə yeni dünya düzənində öz yerini tutmaq niyyətindədir: 

"Bu yer haqqa, ədalətə və xalqımızın iradəsinə əsaslanan mövqedir. Azərbaycan Respublikasının tərkibindən qoparılmış bütün torpaqlar gec-tez geri qaytarılmalıdır. Bu, uzunmüddətli və böyük bir hədəfdir. Beynəlxalq hüququn dəyişkən olduğunu nəzərə alaraq, biz bu prosesi diqqətlə izləyib ona uyğun addımlar atacağıq. 1918-ci il mayın 29-da İrəvanın Ermənistana verilməsi isə o dövrün çətinlikləri ilə bağlı məcburi addım idi. Azərbaycan Xalq Cümhuriyyətini elan edən bir qrup gənc adam Tiflisdə ordusuz, silahsız, pulsuz və hərbi-siyasi dəstəksiz bir şəraitdə bu böyük tarixi qərarı qəbul etmişdi. 

Ciddi beynəlxalq təzyiqlər – Avropa, Antanta, Amerika və Osmanlı tərəfindən edilən "məsləhətlər" altında Milli Şuranın bir hissəsi bu razılığı verməyə məcbur oldu. Əksəriyyət bu qərara qarşı çıxsa da, alternativ qoyulmuşdu: 

ya İrəvan verilir, ya da Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq səviyyədə tanınmır. Bizə vəd edilmişdi ki, əgər İrəvan güzəştə gedilərsə, erməni təcavüzü Zəngəzurda və Qarabağda dayandırılacaq. Lakin bu vəd yerinə yetirilmədi. Bu gün, 107 il sonra həmin tarixi səhifələrə baxdıqda görürük ki, biz artıq əvvəlki kimi deyilik. Haqsızlıqların qarşısı alınır, düşmənlərimiz hər şeyin əvəzini ödəyəcək”. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Zəngəzur Rizvan Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri