Icma.az
close
up
RU
“Amma burda deməyim düzgün olmaz” Qurban Qurbanov

“Amma burda deməyim düzgün olmaz” Qurban Qurbanov

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” 15-ci turda evdə “Araz-Naxçıvan”ı darmadağın etdi – 5:1. “Football-plus.az” xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlər önünə çıxıb.
- Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Vacib olan o idi ki, oyunçular intizamlı oynasınlar. Sona yaxın bir-iki boşluq oldu, ümumən çox diqqətli və intizamlı oyun göstərdilər. Baxmayaraq ki, qarşımızda topla yaxşı davranan komanda var idi. Yaxşı hücumlarımız oldu, yaxşı qollar vurduq. Rəqibə və komandamıza uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm".
- Yankoviçin yoxluğunda həmin mövqeədə Montiel, daha sonra Addai oynadı. Yankoviç hazır deyildi?
- Yankoviçə istirahət vermişdik. Xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq. Çünki əvvəlki matç gərgin və sürətli keçmişdi. Son vaxtların ən sürətli keçən oyunu idi. Hər oyunçunun göstəriciləri yüksək idi.
- "Sabah" - "Qarabağ" matçından gözləntiniz nədi?
- Həqiqətən də bugünkü nəticələri "Sabah"ın oyununa görədi. Oyundan-oyuna daha təhlükəli "Sabah" gəlir, yaxşı kollektiv formalaşıb. Yaxşı oyun intizamları var. Çox ciddi rəqibə qarşı oynayırıq. Sadəcə, bu gün və sabah oyunçulara istirahət verəcəyik. Futbolçularda istər-istəməz yorğunluq artır. Düzü, rəqibi yaxından təhlil etməmişik hələ. Amma oyunlarına baxmışıq, "Neftçi" və "Turan Tovuz" ilə oyunlarına baxmışıq.
- Kadi sıradan çıxandan sonra onun mövqeyində oynayan futbolçularda həmin performansı görə bilirsiz?
- Hər oyunçunun uyğun mövqeyi var. Kadinin sıradan çıxması başqa mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orda oynayanda digər sıxıntılarımz da olur. Bu da qaçılmazdı. Dünya futbolunda da var. Amma futbolçularım sağ olsunlar, nəticə üçün əlindən gələni edir. Hər kollektiv bir oyunçunun üzərində qurulmur. Kadı pleymeyker zonasında oynayır, onu bəzən dayaq yarımmüdafiəçisi kimi də oynatmışıq. Rəqibdən də asılıdı. Kadi kimi qabiliyyətli, təcrübəli oyunçuların meydanda olması kollektiv, oyunumuzun qurulması üçün əlavə üstünlükdü. Çox istəyərəm ki, oyunçularım həmişə sağlam olsunlar.
- Qış fasiləsinə iki oyun qalıb. Futbolçular mövsümün əvvəlində güman etdiyinizdən daha çoxunu verə biliblər meydançada, yoxsa necə? Futbolçuların göstəriciləri necədi?
- Gözləntim olan futbolçulardan gözlədiyimi ala bilmişəm. Daha çox gözlədiyimdən elələri olub ki, ala bilməmişəm. Amma burda deməyim düzgün olmaz. Özləri bunu bilirlər və özləri də doğru-düzgün qəbul ediblər.
- "Sabah”la matçda mümkün məğlubiyyət çempionluq yarışına təsir edəcək?
- Hələ qarşıda xeyli oyun var. Mövsüm başlayanda neçənci yerdə idik, xeyli sonra pillə-pillə qalxmağa başladıq. “Sabah” da belə idi. İndi daha yaxşı yerlərə yüksəliblər. Düzdür, vacib oyundu. Qalib gəlsək, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq. Həmin oyunun nəticəsindən asılı olmayaraq, mübarizə davam edir. "Sabah" da bütün fikrini çempionata yönəldib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Dekabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri