Icma.az
close
up
RU
“Amma “Sabah” “Selye”ni keçmək iqtidarındadı” bəs niyə amma?

“Amma “Sabah” “Selye”ni keçmək iqtidarındadı” bəs niyə amma?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Sabah” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq. “Selye”ni qəbul edəcək Masazır təmsilçisi bu turnirin debütantıdı.

Ötən mövsüm Konfrans Liqasının 1/4 finalına qədər irəliləyən “Selye”nin “Sabah”la oyundakı şansı nə qədərdi? Bu oyunda nəyə ümid edə bilərik? “Sabah”da heyətlə bağlı dəyişikliklərin az, “Selye”də çox olması hansı tərəf üçün üstünlükdü? Bütün bu sualları Arif Əsədova ünvanladıq:

“Ölkə kubokunu qazanan “Sabah”da əhval-ruhiyyə yaxşıdı, yeni baş məşqçinin gəlişi isə komanda üçün əlavə motivasiyadı. Amma oyun baxımdan hansı səviyyədə olduğunu demək çətin məsələdi. Baş məşqçi yeni gəlib, hazırlıq dönəmindən yeni çıxıblar. Dambrauskasın oyun fəlsəfini komandaya tam aşılaması çətin məsələdi. Mümkünsüzdü. Amma “Sabah” “Selye”ni keçmək iqtidarındadı. Baxmayaraq ki, rəqib adlı-sanlı deyil, ötən il uğurlu olub. Bəli, rəqibdən gedənlər çoxdu. Aparıcı futbbolçunun gedişi komandaya mənfi təsir göstərir. Əvəzində yeni futbolçuların uyğunlaşması vaxt alır. Amma “Sabah”da da gedənlər və gələnlər var. O baxımdan vəziyyət aşağı-yuxarı eynidi. Bu amillər hansısa komandanın zəifləməsinə, yaxud gücləndiyinə əsas vermir. Azarkeş amili də “Sabah”a təsir edəcək. Uzun müddətli futbol yoxdu, bu da həm futbol ictimaiyyəti, həm də azarkeşlər üçün maraqlı məqamlardan olacaq. “Selye”nin çempionatda “Olimpiya”dan 13 xal geri qalması və “Kayrat”ı məğlub edə bilməməsi nəyəsə əsas vermir. Çempionlar Liqasının öz səviyyəsi var, Avropa Liqasınən öz səviyyəsi var, Konfrans Liqasının da öz səviyyəsi. “Olimpiya”nın qalib gələ bilməməsi “Selye”nin zəif rəqib olması anlamına gəlmir”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyul 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri