Icma.az
close
up
RU
Rüfət Quliyev: İnanıram ki, Sabah Selye ni keçəcək Müsahibə

Rüfət Quliyev: İnanıram ki, Sabah Selye ni keçəcək Müsahibə

Apasport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan milli komandasının, "Esteqlal" və "Sanat-Neft" komandalarının sabiq üzvü Rüfət Quliyev apasport.az saytına müsahibə verib.

- "Sabah" Avropa Liqasında "Selye" ilə qarşılaşacaq. Səncə, püşkatmada "Sabah"ın bəxti gətirdi?
- "Selye" çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında 1/4 finala qədər irəliləyiblər. İndi də Avropa Liqasında mübarizə aparacaqlar. Püşkatmada bəxti gətirdi deyəndə ki, avrokuboklara vəsiqə qazanmısansa, orada yaxşı futbol göstərib, nəticələr əldə etməlisən. 

- Düşə biləcək rəqiblər arasında "Şaxtyor", "Şerif "və "Spartak" var idi. Yəqin ki, onların düşməməsi daha yaxşı oldu?
- Bu komandaların olduğu yerdə, demək ki, heç bir rəqib zəif deyildi. Asan oyun, zəif rəqib olmur. Üstəlik, bu komandalar öz ölkələrinin liqalarında yuxarı yerlər tutublar, avrokuboklara vəsiqə qazanıblar. Demək ki, güclü komandalardır.  

- "Sabah" "Selye"ni necə keçə bilər? Onlar Konfrans Liqasında 1/4 finala qədər irəliləmişdi...
- Təbii ki, yeni transferlərlə olmalıdır, komanda güclənməlidir. Çox güman ki, "Sabah"ın buna gücü çatacaq, yeni transferlər gələcək. Nə qədər güclü olacaq, nə qədər düzgün transferlər edəcəklər, bu, klubun öz işidir, zaman göstərəcək. "Sabah" Azərbaycanı təmsil edir. Onun uğurları Azərbaycanın uğuru deməkdir. 

- "Sabah" Vasili Berezutski ilə yollarını ayırdı. Necə düşünürsən, Berezutskini necə olursa-olsun saxlamaq lazım idi, yoxsa getməyi qərarlaşdıran məşqçini saxlamaq çətin olardı?
- Buna qiymət verə bilmərəm. Klub rəhbərliyinin öz işidir. Məncə, Berezutski qənaətbəxş nəticə əldə etmədi. Ola bilər ki, kuboku qazandılar. Amma yenə də qənaətbəxş deyildi. Çünki çempionatda nümayiş etdirdikləri oyun mənim üçün yüksək yerlərə iddia edən komandaya uyğunoyun deyildi. 

- Səncə, "Sabah"a hansı tip məşqçi lazımdır? Murad Musayevdən sonra Krunoslav Renduliç və Vasili Berezutskinin oynadığı futbol komandaya uyğun idi?
- Renduliçlə Berezutskinin oynatdığı futbol... Düzdür, onlar çox güman ki, bəhanə tapıblar ki, komandanı biz yığmamışıq, filankəs yığıb, filankəs oynadıb... Bunlar hamısı bəhanələrdir, vaxt uzadırlar. Gah futbolçulardan narazılıq edirlər, gah da şəraitdən. "Sabah"ın imkanı elədir ki, heç kimin ixtiyarı yoxdur ki, futbolçulardan və şəraitdən narazılıq etsin. Sadəcə düzgün məşq prosesi qurub, rəqibi düzgün təhlil edib, düzgün futbol oynamaq lazımdır. Onun üçün ilk növbədə məşqçi öz işini bilməlidir. Öz işini bilib, futbolçularına onu çatdırmalıdır. Oyunda da onlardan bunu tələb etməlidir. Görünür ki, məşqçi kifayət qədər o bacarığa malik deyil. Ona görə də nəticələr olmayıb. "Sabah" oynadı, demək olmaz ki, oynamadı. Avropa Liqasına vəsiqə qazandı. Ancaq istədiyimiz futbolu oynamadı. Avrokuboklarda oynadığı oyunlarla çox şey bilinəcək, çox şey görünəcək. Baxmayaraq ki, orada azərbaycanlı futbolçular azdır, yenə də onlara uğurlar arzulayıram. İstənilən halda, Azərbaycanı təmsil edirlər. Güman edirəm ki, "Selye"ni keçəcəklər.

Osimhen, Çalhanoğlu transferləri: "Qalatasaray"dan açıqlamalar "Fənərbaxça"da xaos bitmir: Futbol direktoruna "Beşiktaş"lı köməkçi “Arsenal” onu da göndərir "Fənərbaxça" "Real"la rəsmi danışıqlara başlayıb Arda Turan getdi, dostu da "Eyüpspor"da qalmadı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 İyun 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri