Icma.az
close
up
RU
“Amnesty İnternational” təşkilatının gerçək üzü

“Amnesty İnternational” təşkilatının gerçək üzü

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təşkilat  erməniəsilli müharibə canilərinin “vəkili” rolunda çıxış edir

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan güclü, nüfuzlu ölkə kimi tanınır. Şübhəsiz ki, ölkəmizin dinamik tərəqqisinin və  ictimai-siyasi sabitliyin əsasında müvəffəqiyyətlə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi və institusional islahatların uğurla həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.

Saxta təşkilatın saxta ittihamları

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra isə Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin və onun lideri- Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Lakin bəzi qərəzli dairələr Azərbaycanın uğurlarını, xüsusilə qələbəsini həzm edə bilmirlər. Bunun üçün də ölkəmizin müsbət beynəlxalq imicinə xələl gətirmək üçün “qara piar” kampaniyası aparır, reallıqlara uyğun olmayan məlumatlar yayırlar. “Amnesty İnternational” təşkilatı da məhz belələrindəndir.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunana qədər bu təşkilat ölkəmizdə demokratiya və insan haqları bağlı saxta məlumatlar yayırdı. Lakin hər dəfə qurumun cavabı arqumentlər əsasında verilirdi. Onun diqqətinə çatdırılırdı ki, Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. İnkişafın milli modelini formalaşdıran Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən mühüm uğurlardan biridir.

Təşkilat erməni lobbisinin girovuna çevrilib

Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə “Amnesty İnternational” bu işğal siyasətinə görə rəsmi İrəvanı heç vaxt tənqid etmədi, yüzminlərlə azərbaycanlının doğma yurdlarından didərgin düşməsini səssizliklə qarşıladı. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başladıqda isə təşkilat yenidən “fəallaşaraq” Ermənistanın vəkili rolunda çıxış etdi. Belə ki, “Amnesty İnternational” Vətən müharibəsi zamanı, eləcə də Qarabağda keçirilən antiterror tədbirlərindən sonra bir neçə dəfə ölkəmizə qarşı bəyanatlar səsləndirib. Fevralın 17-də isə bu təşkilat Azərbaycan məhkəməsinin müharibə cinayətləri törətmiş erməniəsilli şəxslər barədə çıxardığı hökm barədə tamamilə əsassız, böhtan xarakterli açıqlama yayıb. Əlbəttə, sözügedən açıqlama reallığı əks etdirmir.

Həmin dairələr nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə, heç bir yerdən yardım almadan bərpa edib. Eyni zamanda,  müharibə cinayətkarlarını həbs edərək ədalət mühakiməsinə çıxardı. Məqsəd isə ədalətin və beynəlxalq hüququn təmin edilməsi idi. Dövlətimiz buna da nail oldu. Belə ki, Qarabağda antiterror tədbirlərindən sonra separatçı rejimin rəhbərliyində olmuş ermənilər, torpaqlarımızın işğalında iştirak edən yüksək rütbəli hərbçilər həbs olunaraq ədalət mühakiməsinə çıxarıldılar.  Məhkəmə tərəfindən onlara hökm oxunub. Sonuncu hökm isə fevralın 17-də Ruben Vardanyan haqqında verilib.

Cinayətkarlar həm həbs olunanda, həm də məhkəmələri keçiriləndə müxtəlif qurumlar, o cümlədən Avropa Parlamenti, AŞPA, eləcə də müxtəlif ölkələrin parlamentlərində erməni lobbisinin təsiri ilə bir sıra “sənədlər” qəbul edilib.  Lakin bütün bunlar dövlətimizin qətiyyətli mövqeyinə heç bir təsir göstərmək iqtidarında olmadı. Bu baxımdan, “Amnesty İnternational”ın da açıqlaması “sabun köpüyündən” başqa bir şey deyil.

İcma: “Amnesty İnternational” Qərbi azərbaycanlıların qayıdışını dəstəkləməkdən boyun  qaçırıb

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması bəyanat yayaraq “Amnesty İnternational” təşkilatının fevralın 17-dəki açıqlmasını pisləyib. Qeyd olunub ki, Qərbi Azərbaycan İcması müxtəlif vaxtlarda “Amnesty İnternational” təşkilatına Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına kömək etməsi üçün müraciət etmişdi. Lakin təşkilat olduqca mücərrəd cavab verərək ədaləti dəstəkləməkdən boyun qaçırmışdı. Bəyanatda, həmçinin bildirilib: “Amnesty İnternational” bu mücərrəd cavabın səbəblərini bir daha göstərib. Təşkilat özünün kağız üstündə bəyan etdiyi nəcib dəyərlərə xəyanət edərək işğalçının - etnik təmizləmə, bir həftə sonra 34-cü ildönümü anılacaq Xocalı soyqırımını törədən canilərin yanında olduğunu, insan haqlarına, insan iztirablarına, humanitar fəlakətlərə yalnız siyasi prizmadan yanaşdığını nümayiş etdirib. “Amnesty İnternational” belə saxtakar mövqeyi ilə bu gün dünyada beynəlxalq təsisatlara etibarın kəskin şəkildə zədələnməsinə öz “töhfəsi”ni verməkdədir”.

Həqiqətən də, bu təşkilat ədalət və hüququn tərəfdarıdırsa Ermənistandan deportasiya olunmuş azərbaycanlıların tarixi yurdlarına qayıdışına dəstək verməlidir. Nəzərə alaq ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb.

Bütövlükdə,  “Amnesty İnternational”ın fəaliyyətinə gəldikdə, bu təşkilatın mənfi imicə malik olması sirr deyil. Bəhs olunan təşkilat korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb, ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Təbii ki, belə çirkli reputasiyaya malik bir təşkilatın kimisə ittiham etməyə haqqı yoxdur.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Fevral 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri