Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

“Amnesty International” və erməni avantürizminə xidmət

“Amnesty International” və erməni avantürizminə xidmət

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxud insan hüquqları ilə alverin primitivliyi

“Amnesty International” hüquq müdafiə təşkilatı yenə Azərbaycana qarşı qərəz püskürüb. Bəri başdan deyək ki, qərəz ermənipərəstlikdən qaynaqlanır. Ancaq təşkilatın hazırkı anti-Azərbaycan “fəallığı” ümumi oyunun tərkib hissəsidir. Oyunda məqsəd Ermənistana Azərbaycanla sülhə gəlməmək üçün bəhanələr verməkdən, İrəvanın mövqeyinə haqq qazandıracaq beynəlxalq ictimai rəy formalaşdırmaqdan ibarətdir. Təxminən belə: insan hüquqlarını heçə sayan Azərbaycanla keçinmək mümkünsüzdür, habelə Bakı sülh müqaviləsinin imzalanmasını istəmir.

Ölkəmiz barış mühitinin təminatlı olmasında israrlıdır. Bu təminatda ərazi iddiası motivinə fürsət verilməməlidir. Ermənistanın isə çalışdığı budur ki, barış sazişi həmin motiv saxlanılmaqla imzalansın. Ona görə rəsmi İrəvan Bakının şərtlərini qəbul etmir. Söhbət hansı şərtlərdən gedir, onların da üzərində dayanacağıq. İndi isə onu bildirək ki, Ermənistan rəhbərliyi vaxt uzadır, üstəlik, ölkə sürətli silahlanma yolunu tutub. Mövcud durumda “Amnesty International”ın ermənipərəst dəst-xətti rəsmi İrəvanın bu mövqeyini də müdafiə etməkdir. Ancaq təşkilat tək deyil. Azərbaycana qarşı qurulmuş oyunun başqa fiqurları da var, böyük məqsədi də. Ən böyük məqsədi sonda diqqətə çatdıracağıq.

***

Bəli, başlıca predmeti insan hüquqları olan oyun çox sadə konfiqurasiyaya malikdir. Sual yaranır: Necə olur ki, “Amnesty International” hüquq müdafiə təşkilatı ilə eyni vaxtda ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında dinləmələr keçirilir, iclas zamanı vurğulanır ki, Azərbaycan, guya, insan hüquqlarının pozulmasına görə məsuliyyətdən yayınır və bunun üçün Ermənistanla sülh prosesindən istifadə edir. Fikri bildirən Demokratiyanın İnkişafı üzrə Milli Fond deyilən təşkilatın Rusiya və Avrasiya proqramının direktoru Miriam Lanskayadır. O Miriam Lanskaya ki, vaxtilə Ermənistanın geosiyasi vəziyyəti, həmçinin Qərblə münasibətləri barədə fikirlərini bölüşmüş, ölkənin Avropa İttifaqı və ABŞ ilə əlaqələrini gücləndirməsinin vacibliyini vurğulamış, aşkar ermənipərəstliyini pərdələmək üçün Cənubi Qafqazda güc balansının dəyişməsinin potensial təhlükələrinə diqqət yönəltmişdi. Yəni o, faktiki olaraq, Bakının hərbi baxımdan İrəvanı üstələməsinin yolverilməzliyini əsaslandırmağa çalışmışdı. İndi isə bu xanımın sözlərindən belə çıxır ki, COP29 ölkəmiz üçün lütf imiş, lakin Azərbaycan durumu düzgün qiymətləndirmədi və Ermənistanla sülh müqaviləsini imzalamadı.

Xatırladaq ki, COP29 zamanı da hazırda bütün müddəaları üzrə ortaq məxrəcə gəlinmiş barış sazişinin bəndləri razılaşdırılmamışdı. Deməli, prinsip etibarilə, COP-la sülhü əlaqələndirmək düzgün deyil. Amma M.Lanskaya bunu edir və bildirdikləri ilə kifayətlənməyərək vurğulayır ki, Bakını İrəvanla sülhə gətirmək ABŞ-ın sabiq administrasiyasının Azərbaycana münasibətini müəyyən edən əsas amil olub və guya, bunun nəticəsində Birləşmiş Ştatlar rəhbərliyi ölkəmizdə insan hüquqları və demokratiya məsələlərinə qarşı yumşaq yanaşma ortaya qoyub. “Təəssüf ki, indiyədək gördüklərimiz əsasında bu yanaşmanın nə məhbusların azad edilməsinə, nə məhdudlaşdırıcı qanunların islahına, nə də sülh sazişinin bağlanmasına səbəb olduğunu demək mümkündür. Əksinə, biz jurnalistlərin, alimlərin və fəalların yeni həbslərinin şahidiyik. Görürük ki, sülh danışıqları sadəcə olaraq uzadılır”, – deyən M.Lanskayanın Birləşmiş Ştatların sabiq rəhbərliyinə ünvanlanmış nankorluğu heyrət doğurur. Məsələ ondadır ki, ABŞ tarixində Ermənistanın müdafiəsini başlıca hədəfə çevirmiş, bu məqsədlə ən primitiv üsullardan belə çəkinməyən ikinci iqtidar komandası olmayıb. Belə getsə, lanskayalar Bayden – Blinken tandeminin haylara zərər vurduğunu da deyə bilərlər. Onlardan hər cür həyasızlıq gözləmək olar.

***

Əlqərəz, hazırda M.Lanskaya və “Amnesty International” eyni hədəfə vurmaqla məşğuldur. İkinci bir qədər də “irəli” gedir və hesabatında bildirir ki, Azərbaycan Qarabağın erməni əhalisinə qarşı insan hüquqlarını pozduğuna görə məsuliyyətə cəlb olunmalı imiş, ancaq bu baş verməyib. “Hələ də Dağlıq Qarabağ bölgəsi ətrafındakı münaqişə zamanı yol verilmiş hüquq pozuntularına görə cəzasızlıq hökm sürür” kimi fikirlərin yer aldığı hesabatda vurğu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı səs hüququndan məhrum edilməsi üzərinə qoyulur. Yəni, “Amnesty International”ın qabartdığı başlıca məqam budur: Azərbaycan AŞPA-da səs hüququndan ölkədə insan hüquq və azadlıqlarına etinasız yanaşdığı üçün məhrum edilib. Etinasız yanaşmanın isə Qarabağ erməniləri təmayülü mövcuddur.

“Amnesty International” hesabatında bildirib ki, “AŞPA 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi hərbi əməliyyatı yenidən pislədi”. Söhbət ölkəmizin reallaşdırdığı və öz konstitusion quruluşunu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi lokal xarakterli antiterror tədbirlərindən gedir: “Bu əməliyyat nəticəsində Dağlıq Qarabağın 100 mindən çox olan bütün etnik erməni əhalisi Ermənistana köçmək məcburiyyətində qaldı. Onların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququ isə nəzərə alınmadı”.

***

Göründüyü kimi, insan hüquqları ilə manipulyasiya Qərbin müxtəlif dairələrinin ermənipərətliyində yenə xüsusi çəkiyə malikdir. Elə rəsmi İrəvanın özü də dəfələrlə belə manipulyasiyalara əl ataraq reallıqdan uzaqlaşmaq istəyib. Yeri gəlmişkən, bu meyil 44 günlük müharibədən əvvəl də nəzərə çarpıb. Həmin vaxt özünü dünyaya demokrat kimi göstərən baş nazir Nikol Paşinyan və onun komandasının üzvləri ölkəmizin, guya, anti-demokratik yolda olduğunu qabardıblar. Bu sərsəm ritorika sözügedən komandanın 2018-ci ilə qədərki sülh danışıqlarını pozması üçün başlıca istinadgaha çevrilib.

O zaman N.Paşinyanın səsləndirdiyi fikirlərdən belə nəticə hasil olmuşdu ki, sanki demokratik qlamurlaşma dövrünü yaşayan Ermənistanın “avtoritar Azərbaycanla” müzakirəsini aparacağı heç nə olmamalıdır. Ardınca Nikolun “Qarabağ Ermənistandır və nöqtə!” bəyanatını, onun komandasındakı müdafiə nazirinin “Yeni ərazilər uğrunda yeni müharibə!” şüarını, 44 günlük müharibədə isə hayların qışqır-bağırlarını eşitdik. Savaş günlərində erməni iqtidar düşərgəsinin, ümumən siyasi sisteminin başını itirməsinə də şahidlik etdik.

***

Bəli, İkinci Qarabağ müharibəsi Ermənistan üçün fəlakətli durum formalaşdırsa da, rəsmi İrəvan bundan nəticə çıxarmadı. Paşinyan administrasiyasının yaratdığı fon Azərbaycanı qeyri-demokratik ölkə kimi göstərməyə hesablandı. Müvafiq olaraq, rəsmi İrəvan xarici aləmdən Qarabağ erməniləri üçün beynəlxalq təminat istəməyə girişdi. Nikol və komandasının üzvləri müharibədən əvvəl Ermənistanın işğalçılıq siyasətini demokratiya pərdəsi altında gizlətməyə çalışdıqları kimi, savaşdan sonra da eyni yolu tutdular. Bu dəfə məqsəd Qarabağ amili ilə ölkəmizin yurisdiksiyasını heçə saymaq oldu.

Başqa sözlə desək, rəsmi İrəvan Azərbaycana ünvanlanmış avtoritar ölkə “təqdimatları” ilə Qarabağ erməniləri üçün elə bir beynəlxalq təminatı əldə etməyə çalışdı ki, həmin təminatın köməyi ilə bölgə təxminən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bənzəsin, obrazlı ifadə etsək, ölkəmizin içinə qoyulmuş bomba saxlanılsın.

***

Əslində, indi də Ermənistan rəhbərliyinin və onun xaricdəki havadarlarının baxışlarında dəyişən heç nə yoxdur. Azərbaycan isə əvvəldə də vurğuladığımız kimi, sülh üçün təminat istəyir və bu baxımdan iki şərt irəli sürür. Məlum olduğu kimi, bu şərtlərdən birincisi referendum yolu ilə Ermənistan konstitusiyasının işğalçı mahiyyət daşıyan İstiqlaliyyət bəyannaməsinə istinaddan qurtulması, ikincisi isə ATƏT-in canını tapşırmış Minsk qrupuna, belə demək mümkünsə, “ölüm şəhadətnaməsinin” alınmasıdır.

Rəsmi Bakı sözügedən təsisatın Qarabağ münaqişəsinin tənzimlənməsi, əslində, işğalı leqallaşdırmaq xəttinin mövcudluğunu və bu xəttin gələcəkdə konflikti alovlandırmaq üçün mexanizm rolu oynaya biləcəyi ehtimalını dərk etdiyindən, onun rəsmən ləğvi tələbini irəli sürür və bildirir ki, Ermənistan Azərbaycanla birlikdə bunun üçün müvafiq müraciət ünvanlamalıdır. Lakin qarşı tərəf məsələnin belə qoyuluşu ilə razı deyil və hazırda lanskayaların, habelə, “Amnesty International” kimi insan hüquqları ilə möhtəkirlik yolu tutan qurumların ortaya düşmələri məhz İrəvanın maraq və mənafelərini qorumağa hesablanıb. Bu qütb var gücü ilə Azərbaycanın Ermənistanla, guya, sülhdən yayındığını vurğulamağa girişib.

Tam əminliklə deyə bilərik ki, Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıdışı və bu məsələdə ölkəmizin qeyri-demokratik ölkə kimi təqdimatı sözügedən təminatın beynəlxalq mexanizm obrazını vurğulamağa hesablanıb. Mövcud xəttin Ermənistan rəhbərliyinin patronajlığı altında həyata keçirilməsi şübhəsizdir. Əslində, rəsmi İrəvanın sülhdən yayınması da elə budur. Bu, həmçinin Paşinyan administrasiyasının Azərbaycanın irəli sürdüyü iki şərti yerinə yetirməmək naminə göstərdiyi “fəaliyyətin” tərkib hissəsidir. Bu “fəaliyyətdən” məqsəd ölkəmizi ərazi iddiası məsələsinin açıq qalacağı sülh müqaviləsinə razı salmaqdır. Yəni mahiyyətcə, Qarabağ ermənilərinin bölgəyə qayıdış məsələsini aktuallaşdırmaq “tutar qatıq, tutmaz ayran” məntiqindən qaynaqlanmır.

Nikol və tərəfdarları, eləcə də onların xaricdəki havadarları hesab edirlər ki, Azərbaycanı sülh gündəminə qayıdış məsələsinin daxil oluna bilinəcəyi ilə şantaj etmək və beləliklə ölkəmizi prinsiplərindən döndərmək mümkündür. Nəzərə alaq ki, hazırkı durumda sülh müqaviləsinin imzalanması baxımından Azərbaycanın iki şərtini kənara qoymaq, Qarabağ ermənilərinin geri qayıdışı ritorikasını da aktiv saxlamaq, bu ritorikaya perspektiv qazandırmaq, böyük anlamda isə Qarabağ avantürasını diri tutmaq deməkdir.

***

Sonda onu da bildirək ki, rəsmi İrəvanın və dəstəkçilərinin qurduqları oyun məhvə məhkumdur. Çünki Azərbaycan primitv gedişləri görür və həmişəki kimi, mövqeyində israrlıdır. Ölkəmizin şərtlərini yerinə yetirməmək, habelə sürətli silahlanma xətti tutmaq və sərhəd insidentləri yaratmaq, o cümlədən, lanskayaları, “Amnesty International” kimi qərəz platformalarını meydana atmaq isə Ermənistan üçün son dərəcə zərərlidir. Zərərin müxtəlif aspektləri üzərində dayanmaq mümkündür. Ancaq buna ehtiyac duymuruq. Təkcə onu bildirək ki, Paşinyan administrasiyası rəsmi Bakının İrəvana münasibətdə hiss etmədiyi etimadı bir qədər də dərinləşdirdiyinin fərqinə varmalıdır. Əlbəttə, lanskayaların və Azərbaycana qarşı qərəz püsgürən qurumların hesablatlarından həvəslənib illüziyaya qapılmasa.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri