Icma.az
close
up
RU
“Amnistiya aktı dövlət siyasətində sosial ədalətin prioritetlərindəndir” ŞƏRH OLUNDU

“Amnistiya aktı dövlət siyasətində sosial ədalətin prioritetlərindəndir” ŞƏRH OLUNDU

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

”Cənab Prezidentin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya elan edilməsi ilə bağlı təşəbbüsü Azərbaycan dövlətinin humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti bariz nümunəsidir. Bu qərar təkcə hüquqi sənəd kimi deyil, eyni zamanda dövlətin insan amilinə, ictimai sabitliyə və sosial məsuliyyətə verdiyi yüksək dəyərin ifadəsi kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, amnistiya təşəbbüsü bir daha göstərir ki, müasir Azərbaycan dövlətçiliyi gücünü yalnız qanunlardan deyil, həm də humanist dəyərlərdən alır:

”Məlum olduğu kimi, müstəqil Azərbaycan dövlətinin ideoloji və hüquqi əsasları Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində formalaşdırılıb. 1995-ci ildə qəbul edilən Konstitusiya ölkənin suverenliyini təmin etməklə yanaşı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm bünövrəsini yaradıb. Bu əsaslar üzərində qurulan dövlətçilik siyasətinin ardıcıl və uğurlu davamı bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsünün irəli sürülməsi də məhz bu siyasi və hüquqi varisliyin məntiqi nəticəsidir.

Amnistiya aktı dövlət siyasətində humanizm və sosial ədalətin prioritet mövqeyə malik olduğunu açıq şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin fəaliyyətində insan amili əsas ideoloji sütunlardan biri kimi ön plana çıxır. Bu yanaşma cəza siyasətinin yalnız cəzalandırıcı deyil, eyni zamanda islahedici və tərbiyəvi mahiyyət daşımasını vacib amil kimi müəyyənləşdirir. Dövlət açıq mesaj verir ki, əsas məqsəd fərdləri cəzalandırmaq deyil, onların cəmiyyətə yenidən inteqrasiyasına şərait yaratmaq, səhvlərdən nəticə çıxarmalarına imkan verməkdir. Bu isə sosial tarazlığın qorunması və vətəndaşların dövlətə olan etimadının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Yeni amnistiya aktının mühüm xüsusiyyətlərindən biri də sosial baxımdan həssas kateqoriyalara aid şəxsləri əhatə etməsidir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin ailə üzvləri, Ermənistanın hərbi təxribatları nəticəsində sağlamlığını itirmiş mülki şəxslər, qadınlar, 60 yaşdan yuxarı şəxslər və yetkinlik yaşına çatmamış dövrdə cinayət törətmiş şəxslər bu humanist yanaşmadan yararlana biləcəklər. Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin cəzadan azad olunması və ya cəzalarının yüngülləşdirilməsi də nəzərdə tutulur. Bu, ədalət prinsipi ilə tərbiyəvi məqsədlərin uzlaşdırıldığı balanslı dövlət siyasətinin göstəricisidir.

İlkin hesablamalara görə, amnistiya 20 mindən artıq şəxsi əhatə edəcək ki, bu da müstəqil Azərbaycan tarixində ən genişmiqyaslı humanitar-hüquqi təşəbbüslərdən biri kimi qiymətləndirilir. Onlardan 5 mindən çox şəxsin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox şəxsin alternativ cəzalarla azad olunacağı, mindən artıq şəxsin isə cinayət məsuliyyətindən tam azad ediləcəyi gözlənilir. Bu rəqəmlər dövlətin humanizm prinsiplərinə formal deyil, real və praktik səviyyədə sadiqliyini aydın şəkildə ortaya qoyur.

Qeyd etmək olar ki, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətçiliyinin gücünün təkcə siyasi və hüquqi nailiyyətlərlə deyil, eyni zamanda humanist və sosial ədalət prinsiplərinə bağlılıqla ölçüldüyünü nümayiş etdirir. Bu addım dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsi, sosial harmoniyanın qorunması və idarəetmədə humanist dəyərlərin ön plana çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri