Siyasi şərhçi: Amnistiya aktı ictimai barışın və sosial ədalətin möhkəmləndirilməsinə xidmət edir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 23 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünün Milli Məclis tərəfindən qəbulu təkcə hüquqi qərar deyil, eyni zamanda, dövlət–vətəndaş münasibətlərinin mahiyyətini əks etdirən strateji və humanist addımdır. Suverenliyimizin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin edildiyi bir mərhələdə bu təşəbbüs ictimai barışın və sosial ədalətin möhkəmləndirilməsinə xidmət edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Azərbaycanın müstəqillik tarixində dəfələrlə əfv və amnistiya aktlarının qəbul edilməsi göstərir ki, dövlət cəzanı məqsəd deyil, vasitə kimi dəyərləndirir. Prezident İlham Əliyevin yanaşmasında əsas xətt insanın islah olunmasına, cəmiyyətə yenidən inteqrasiyasına və sağlam sosial mühitin formalaşdırılmasına hesablanıb. Bu baxımdan, amnistiya aktının 20 mindən çox şəxsi əhatə etməsi miqyasına görə də xüsusi əhəmiyyət daşıyır. Amnistiyanın Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, şəhid və itkin düşmüşlərin yaxınlarına, qadınlara, ahıl və yetkinlik yaşına çatmayanlara şamil olunması dövlətin sosial həssaslıq və milli həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir. Eyni zamanda, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə cəza çəkən şəxslərin azadlığa buraxılması cəmiyyət üçün risk deyil, əksinə, düzgün idarə olunan humanist siyasətin nəticəsidir.
Siyasi şərhçi qeyd edib ki, bu siyasi xəttin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə əvvəlki illərdə qəbul olunmuş amnistiya aktları da bu humanist modelin davamlı xarakter daşıdığını sübut edir. Prezident İlham Əliyevin amnistiya təşəbbüsü göstərir ki, Azərbaycan dövləti gücünü yalnız suverenlik və təhlükəsizliklə deyil, eyni zamanda, mərhəmət, məsuliyyət və vətəndaşına sahib çıxmaq bacarığı ilə təsdiqləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 23 Dekabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















