Icma.az
close
up
RU
Amnistiya aktı humanist dövlət siyasətinin bariz nümunəsidir

Amnistiya aktı humanist dövlət siyasətinin bariz nümunəsidir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kökləri qədimlərə dayanan dövlətçilik ənənələri cəmiyyətimizin dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir. Ümummilli Lider Heydər Əliyevin siyasi dəst-xəttinin mərkəzində məhz vətəndaş amili dayanırdı. Məhz bu yanaşma sayəsində Ulu Öndər xalqı “Azərbaycançılıq məfkurəsi” ətrafında birləşdirməyə nail oldu.

Cəmiyyətin səmərəli idarə olunması üçün möhkəm hüquqi bazanın formalaşdırılması zəruri idi. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması Ulu Öndərin rəhbərliyi və şəxsi nəzarəti ilə həyata keçirildi, dövlət idarəçiliyi üçün sağlam, etibarlı təməl yaradıldı. Lider amili və Konstitusiyanın mövcudluğu xalqın birliyini daha da möhkəmləndirdi, gələcək inkişaf üçün möhkəm əsaslar formalaşdırdı. Ümummilli Lider tərəfindən əsası qoyulan bu ardıcıl və məqsədyönlü siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Humanizm prinsipi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri kimi çıxış edir. Dövlətimizin başçısının qəbul etdiyi hər bir qərarda xalqın milli maraqlarını əsas götürür, vətəndaşların rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Sosial ədalətin təmin olunması mühüm önəm kəsb edən bir məsələdir. Məhz bu yanaşma nəticəsində ölkə rəhbərliyinin nüfuzu getdikcə daha da artır.
Dövlət suverenliyinin bərpasından sonra Konstitusiya ölkəmizin bütün ərazilərdə ali hüquqi qüvvə qazandı. Böyük Zəfərdən sonra ardıcıl uğurlar əldə edilir, genişmiqyaslı və strateji addımlar atılır. Bu addımların hər biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə, milli kimliyin qorunmasına və dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qəbul edilən hər bir qərarda Azərbaycan xalqı dövlətin diqqət və qayğısını aydın şəkildə hiss edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Amnistiya aktı”nın bu dəfə şamil ediləcəyi şəxslər sırasında Vətən müharibəsi iştirakçılarının, antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının yer alması bunu bir daha təsdiqləyir. Eyni zamanda 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər kateqoriyadan olan şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Bu yanaşma dövlət başçısının humanist mövqeyindən, vətəndaşlara verilən yüksək dəyərdən və sosial ədalət prinsipinə olan həssas münasibətindən irəli gəlir.
Müstəqil Azərbaycanın tarixinin ən böyük “Amnistiya aktı” olan bu layihə 20 mindən çox şəxsə şamil ediləcəkdir. Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Milli Məclisin deputatı olarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Bütün bu amillər bir daha ondan xəbər verir ki, heç bir insan dövlətin diqqətindən kənarda qala bilməz və dövlət başçımızın, siyasətinin əsas hədəfi vətəndaşları düşünməkdir.

Azər Badamov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri