Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının tətbiqi nəticəsində 1537 nəfərin cəzası 6 ay azaldılıb.
APA xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasınında “Açıq qapı günü” tədbirində Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev deyib.
Bildirilib ki, həmin şəxslərdən 1361 nəfəri az ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olanlar, 166 nəfər ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə 5 ildən artıq müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad olunan şəxslərdir.
Amnsitiya aktına əsasən, 1087 nəfər cinayət məsuliyyətindən azad edilib.
Bundan başqa, ibtidai istintaq və təhqiqat orqanları tərəfindən 795, məhkəmələr tərəfindən 292 şəxsə Amnistiya aktı şamil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 24 Fevral 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















