Icma.az
close
up
RU
Amnistiya aktı nədir? Amnistiya aktı kimlərə şamil olunur? Əfv sərəncamından fərqi nədir? Şərh

Amnistiya aktı nədir? Amnistiya aktı kimlərə şamil olunur? Əfv sərəncamından fərqi nədir? Şərh

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Bu gün ölkəmizdə bir Amnistiya Aktına ehtiyac var. Bu barədə Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, bu günə qədər Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub. Siyavuş Novruzov qeyd edib ki, ən böyük Amnistiya Aktı Birinci Vitse-prezident deputat olarkən onun təşəbbüsü ilə qəbul edilmişdi və 5000 insan azadlığa qovuşmuşdu.Amnistiya aktı nədir? Amnistiya aktı ilə əfv sərəncamının fərqi nədir?

Hüquqşünas Əliməmməd Nuriyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Siyavuş Novruzovun bu gün Amnistiya aktı ilə bağlı təklifi ölkədə hüquq-mühafizə və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində müzakirələri yenidən aktuallaşdırıb.

Əliməmməd Nuriyev

“Son zamanlar Amnistiya Aktının imzalanması məsələsi gündəmə gəlir. Son Amnistiya aktı 2021-ci il noyabr ayında imzalanıb. Artıq 4 il keçib. Bu il cənab prezident tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilb. Belə bir ildə Amnistiya aktının qəbul edilməsi məqsədəuyğun olardı”-deyən hüquqşünas bildirib ki, Amnistiya Aktı cəmiyyətdə daha az təhlükəli şəxslərin azadlığa buraxılması və cəza yükünün yüngülləşdirilməsini nəzərdə tutur. Azərbaycanda qəbul ediləcək yeni Amnistiya Aktına az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum edilmiş şəxslər - məsələn; yol nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan ölüm və ya xəsarət yetirmə ilə bağlı məsələlər, eyni zamanda azadlığının məhdudlaşdırılması ilə bağlı cəza almış şəxslər, qadın məhkumlar və yetkinlik yaşına çatmayanlar, yaşlı və ağır xəstə məhkumlar, sağlıq vəziyyəti ciddi risk altında olan məhkumlara Amnistiya Aktı şamil edilə bilər.

Əliməmməd Nuriyev vurğulayıb ki, dünyada əfv və amnistiyanın tətbiqi ilə bağlı müxtəlif nümunələr var: “Rusiyada, Avropada amnistiya aktları tətbiq edilir”.

Azərbaycanda amnistiya təcrübəsin haqda hüquqşünas qeyd edib ki, Amnistiya Novruz bayramı, Müstəqillik günü və Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində qəbul olunur, 1995-ci ildən bu günə qədər 13 amnistiya aktı qəbul edilib və 150 mindən artıq şəxs faydalanıb.

Əliməmməd Nuriyevin fikrincə, belə bir aktın qəbul edilməsi Azərbaycan dövlətinin və prezidentinin apardığı humanizm siyasətinin məqsədlərinə uyğundur.

“Nəzərə alaq ki, son dəfə amnistiya aktı 4 il əvvəl qəbul edilib və üzərindən xeyli zaman keçib. Amnistiya aktı Milli Məclis tərəfindən qəbul edilir və qeyri-müəyyən dairəyə aiddir. Əfv sərəncamı prezidentin müstəsna konstitusiya səlahiyyətidir. Amnistiya Milli Məclisin konstitusiya səlahiyyətidir. Amnistiya aktında konkret şəxslər deyil, ayrı-ayrı kateqoriyalarda cinayətlərlə bağlı parametrlər nəzərə alınır. Əfv sərəncamı konkret şəxslərin, onların vəkillərinin, yaxınlarının müraciətləri, QHT-lərin və Milli Məclisin deputatlarının vəsasəti ilə bağlı, ombudsmanın vəsatəti əsasında verilə bilər. Bu günə qədər 70 əfv sərəncamı verilib və 10000 artıq şəxsə şamil edilib. Bəzilərinin cəzası azaldılıb, bəziləri cəzadan azad edilib”-deyə Əliməmməd Nuriyev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:378
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Fevral 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri