Icma.az
close
up
RU
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş, inkişaf və sabitlik yolu tutmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi-siyasi əsaslarını formalaşdırmış, suverenliyin, hüququn aliliyinin və insan hüquqlarının təmin edilməsi dövlət siyasətinin mərkəzi prinsipləri olaraq bu əsas qanunda öz əksini tapmışdır. Məhz bu möhkəm təməl üzərində qurulan dövlətçilik modeli bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, qətiyyətli və uğurla davam etdirilir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Bu yanaşma ölkənin cinayət-hüquq siyasətində də öz aydın ifadəsini tapmış, humanizm dövlətin əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü də məhz bu humanist və sosial yönümlü dövlət siyasətinin bariz nümunəsidir.

Suverenliyimizin tam bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunması Azərbaycan xalqının ən böyük tarixi qələbəsidir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq və cəmiyyətdə reinteqrasiyanın gücləndirilməsini hədəfləyərək 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Müstəqil Azərbaycan tarixində amnistiya və əfv institutları humanizm siyasətinin mühüm alətlərindən biri olmuşdur. 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, həmin dövrdə 7 amnistiya aktı qəbul edilmişdir. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanmış, 5 amnistiya aktı həyata keçirilmişdir. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunmuş, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar 7 060 nəfərə şamil edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı isə 17 mindən artıq şəxsi əhatə etməklə xüsusi əhəmiyyət kəsb etmişdir.

Humanist dəyərlərə əsaslanan təşəbbüslərin ardıcıl və sistemli xarakter daşıması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyətində də aydın şəkildə özünü göstərir. Onun hər zaman cəmiyyətin sosial həssas təbəqələrinə xüsusi diqqətlə yanaşması, mərhəmət, ədalət və insan ləyaqətinin qorunması prinsiplərini ön plana çəkməsi dövlətin humanizm siyasətinə mühüm töhfə vermişdir. Milli Məclisin deputatı olduğu dövrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə qəbul edilmiş amnistiya aktları minlərlə insana yeni həyat mərhələsi başlamaq imkanı yaratmış, onların cəmiyyətə yenidən inteqrasiyasına şərait formalaşdırmışdır. Bu qərarlar yalnız hüquqi mexanizm kimi deyil, eyni zamanda sosial ədalətin və mərhəmətə söykənən dövlət idarəçiliyinin təzahürü kimi qiymətləndirilmiş, Azərbaycan cəmiyyətində humanizm ənənələrinin möhkəmlənməsində mühüm rol oynamışdır.

Hazırda təklif olunan amnistiya aktı tətbiq ediləcəyi şəxslərin sayına görə müstəqil Azərbaycan tarixində ən genişmiqyaslı amnistiya olacağı gözlənilir. Proqnozlara əsasən, bu akt ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən artıq məhkum azadlıqdan məhrum etmə cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan və ya şərti tətbiq edilmiş cəzalardan azad olunacaq. Eyni zamanda mindən artıq şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində əlil olmuş mülki şəxslər xüsusi diqqət mərkəzində saxlanılır. Habelə qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər həssas kateqoriyalara aid şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Eyni zamanda böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması planlaşdırılır. Bu yanaşma cəmiyyətin təhlükəsizliyi ilə humanizm prinsipləri arasında tarazlığın qorunmasına xidmət edir.

Bu yanaşma bir daha göstərir ki, Azərbaycan dövlətinin dayanıqlılığı yalnız hüquqi çərçivələrə və siyasi mexanizmlərə deyil, eyni zamanda humanist dəyərlər üzərində qurulan, ədalət və mərhəməti prioritet sayan idarəçilik fəlsəfəsinə əsaslanır. Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü Konstitusion prinsiplərə və milli suverenlik anlayışına bağlılığın, insan faktoruna verilən xüsusi önəmin açıq ifadəsi olmaqla bərabər, cəmiyyətdə sosial birliyin möhkəmlənməsinə, hüquq mədəniyyətinin dərinləşməsinə və ictimai etibar mühitinin güclənməsinə mühüm töhfələr verir.
Zaur Şükürov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri