Amnistiyaya düşən kişi arvadını döydü
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Bakıda amnistiya tətbiq edilən kişi həyat yoldaşını döyüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
1983-cü il təvəllüdlü Rəfail İbrahimov 15 il əvvəl ailə qurub. O, 2024-cü ildə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilib. 2025-ci ildə o, həyat yoldaşı ilə boşanıb. 2026-cı ildə Rəfail Milli Məclisin amnistiya qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunub. O, azadlığa çıxandan sonra yenidən həyat yoldaşı ilə barışıb və birgə yaşamağa qərar veriblər. Bir müddət sonra Rəfail yenidən həyat yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində o, həyat yoldaşını döyərək ona bədən xəsarətləri yetirib. pizza
Hadisə yerinə polis əməkdaşları gəliblər, Rəfail saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.İbrahimova 6 ay azadlığın məhdudlaşdırlması cəzası verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 22 Oktyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















