Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Amorim axır ki MY dən qovuldu

Amorim axır ki MY dən qovuldu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Mançester Yunayted” azarkeşlərinin çoxdan gözlədiyi hadisə baza ertəsi baş verdi: klub rəhbərliyi 2024-cü ilin noyabrından iş başında olan portuqaliyalı Ruben Amorimi baş məşqçi vəzifəsindən qovdu.

"Football-plus.az" xəbər verir ki, baş məşqçilərin istefası haqda olan bütün açıqlamalar bir-birinə bənzəyir: adətən, əməkdaşlığa görə adama minnətdarlıq elan olunur və sonrakı karyerasında uğur arzulanır. Tərəflər qarşılıqlı razılıqla ayrılanda mətn məşqçinin şəkli ilə müşayiət olunur, yox, belə olmursa, onda, sadəcə, stadionun şəklini qoyurlar. Klub açıqlamada qovulan məşqçiyə münasibətini ifadə etmir, ancaq bunu göstərməyə çalışır ki, daha bu məşqçi ilə onu heç nə bağlamır.
“Könülsüz” qərar nə deməkdi?
MY-nin açıqlaması lap qəribə yazılıb. Fikir verin:

“Klub rəhbərliyi könülsüz qərar verdi ki, indi dəyişikliklər üçün münasib zamandı”.


Siz nə vaxtsa belə bəyanatlarda “könülsüz” sözünü görübsüzmü? Sanki rəhbərlik bizə nəsə eyham vurmağa çalışır, amma yenə də birbaşa deyə bilmir.
40 yaşlı Amorimin qovulması qəfil baş verdi. “Yunayted” bazar günü “Lids”lə heç-heçə etdi, bazar ertəsi səhər saatlarında isə portuqaliyalı istefaya göndərildi. Qovulma ərəfəsində media məkanında heç bir insayd, heç bir şayiə yayılmadı ki, bu da İngiltərə üçün presedenti olmayan hadisədi. Xüsusən də söhbətin daim jurnalistlərin diqqət mərkəzində olan klubdan getdiyini nəzərə alsaq, təəccübün dozası bir qədər də artır.
Hadisələrin belə axarı Amorimin qovulmasıyla bağlı qərarın impulsiv şəkildə verildiyini, nəticələrlə bağlı olmadığını açıq-aşkar göstərir. Axı MY ötən mövsüm finişə 15-ci yerdə çatdı, Avropa Liqasının finalında “Tottenhem”ə uduzdu, ümumiyyətlə, avrokuboklara vəsiqə qazana bilmədi – yəni yayda klubun portuqaliyalını istefaya göndərmək üçün əsası daha çox idi. İndi isə “Yunayted” 7-ci pillədə qərarlaşıb, “ÇL zonası”na çox yaxındı. Düzdü, son üç turda komanda autsayderlərlə heç-heçə edib, ancaq ötən mövsümdəku nəticələrin fonunda buna heç diqqət yetirməyə dəyməz. Özü də Bruno Fernandeş zədəlidi, Brian Mbembo, Amad Diallo və Nussir Mazraui Afrika Millətlər Kubokuna yollanıb.
Yox, məsələ başqadı. Amorim “Lids”lə oyundan sonra keçirilən mətbuat konfransında belə bir söz dedi: “Mən MY-yə menecer kimi işləməyə gəlmişəm, məşqçi kimi yox”. Portuqaliyalı daha bir neçə dəfə “menecer” sözünü təkrarladı, sanki bu mantradı. O, bu yolla klubun transfer siyasətindən narazılığını və özünün həmin prosesdə minimal rolunu vurğulamaq istədi.
Mətbuat konfransından dərhal sonra İngiltərə mediasında “Yunayted”in direktoru Ceyson Uilkoksun Amorimin taktiki çevikliyinin yetərincə olmamasından narazı qaldığı, portuqaliyalının isə rəhbərliyin qışda komandanı gücləndirmək həvəsində olmamasından məyusluq duyduğu haqda insaydlar yayıldı. Nəticə isə budu: “könülsüz” qovulma. Hər şeydən belə görünür ki, hətta bazar günü səhər saatlarında klubun portuqaliyalı ilə vidalaşmaq niyyəti olmayıb, ancaq o, daxili münaqişəni faktiki publika önündə açıqladı. Bu da impulsiv qərar üçün əsas oldu.
Amorimə ünvanlanası sual çoxdu. Baş məşqçi “Sportinq”də ona uğur gətirən, amma MY-də əlinin altında olan oyunçulara uyğun gəlməyən 3-4-3 sxeminin üzərində inadla dayandı. Hərçənd dekabrın sonunda gözlənilmədən 4-2-3-1-ə keçdi. “Lids”lə son oyunda isə yenidən sevimli taktikasına meyilləndi və cəmi bir dəyişiklik etdi. Ehtiyat oyunçular skamyasında olanlar ancaq gənclər idi.
Retkliff üç ay əvvəl başqa söz demişdi
Portuqaliyalı jurnalistlər önündə heç də ilk dəfə coşmadı, əvvəldən də qəzəbi aşıb-daşırdı. Ancaq məgər bu mətbuat konfransı qovulmaq üçün əsasdımı? Formal baxımdan yanaşsaq, rəhbərliyin qərarı MY-nin sahibi Cim Retkliffin üç ay əvvəl dediyi sözlərlə ziddi:

“Ruben üç il ərzində əla məşqçi olduğunu sübut etməlidi. Mikel Artetanın “Arsenal”da gördüyü işə baxın: biz də dözüm göstərməliyik”.


Göstərməliydilər, ancaq göstərmədilər. Və indi “Yunayted” heç bir ciddi məşqçi təcrübəsi olmayan Darren Fletçerin sərəncamına keçir. MY-nin iştirak ərizəsində onun iki oğlu da var. “The Athletic” artıq xəbər yayıb ki, klub yaya qədər baş məşqçi axtarmaq niyyətindən uzaqdı. Bu da Amorimlə bağlı qərarın spontan verildiyini göstərən əlamətdi.
“Yunayted” artıq 13 ildi premyer-liqada çempionluğa həsrətdi. Rəhbərlik bütün bu müddət ərzində yeni ser Aleks Ferqyuson axtarır. Ancaq sabitlik əvəzinə yetərincə şübhəli və yersiz qərarlar görürük ki, bunlar da yalnız klubdakı staqnasiyanı gücləndirir.
Azarkeşlər üçün ən məyusedici məqamlardan biri də odu ki, hətta formal hakimiyyət dəyişikliyi və Cim Retkliffin gəlişi də heç bir tərəqqiyə səbəb olmadı. Erik ten Haqın istefası heç də yerində atılan addım deyildi, indi də eyni sözləri demək olar. Ferqyusonun gedişindən sonra daim aktual olan “MY-nin böyüklüyünü kim qaytaracaq” sualı hələ də açıq qalıb.
Namizədlərin sayı çıxdu
Bir qədər əvvəl “The Athletic”in klubun yaya qədər baş məşqçi axtarmaq istəməməsi haqda xəbərini vurğuladıq. Düzünə qalsa, İngiltərədən bu yöndə fərqli xəbərlər gəlir. Daha dəqiqi, baş məşqçi postuna namizədlərin siyahısının artıq formalaşdığı bildirilir.
Bəli, Mançesterdə heç bir titul qazanmayan Amorimin boşaltdığı post hələlik Fletçerə tapşırılıb. Bu komandada 300-dən artıq oyun keçirən, 14 titul qazanan sabiq yarımmüdafiəçi 2021-ci ildən bəri klub strukturunda təmsil olunur. Son vaxtlar U-18 komandasını çalışdırdığını da nəzərə alsaq, məhz onun təyinatı məntiqli görünür.
Klubun rəsmi açıqlamasında Darrenin nə vaxta qədər bu vəzifəni daşıyacağı göstərilməyib. Yalnız o bildirilib ki, Fletçer yanvarın 7-də keçiriləcək (artıq keçirilib – red.) “Bernli” ilə oyunda “qırmızı şeytanlar”a rəhbərlik edəcək. İnsayder Devid Ornşteynin xəbərinə inansaq, Fletçer mövsümün sonuna qədər postuna qala bilər, daimi baş məşqçi axtarışının fəal mərhələsi isə yayda başlayacaq.
Amma alternativ versiya da var. BBC xəbər verir ki, MY bir başqa müvəqqəti çalışdırıcı variantını da nəzərdən keçirir. 2021-ci ildə artıq belə ssenari həyata keçirilib: onda Ule Qunnar Sulşer istefaya göndəriləndən sonra komandanı üç oyuna Maykl Kerrik çıxardı, ardından Ralf Ranqnik mövsümün sonuna qədər baş məşqçi vəzifəsini tutdu. Bu qərarla razılaşmayan Kerrik alman mütəxəssisin təyinatından dərhal sonra klubdan ayrıldı.
Hələ ki insayder xəbərləri bir-biri ilə ziddiyyət təşkil edir. Ancaq bukmekerlər Fletçeri MY-nin baş məşqçi postunu tutmaq üçün əsas favorit sayırlar: bu variant üçün əmsal 1,66-dı, yəni hər hansı başqa namizədlə müqayisədə iki dəfə az.
Elə həmin Orşteyn iddia edir ki, MY yayda hazırda İngiltərə yığmasını çalışdıran Tomax Tuxelin namizədliyinə dönə, həmçinin “Marsel”dən Roberto De Zerbiyə üz tuta bilər. Amma bütün bunlar daha çox ekspert fikirlərinə bənzəyir, nəinki təsdiqlənən insayda. Həmkarımız qeyd edir ki, klub Amorimin təyinatına qədər artıq bu mütəxəssislərin namizədliyini gözdən keçirib və nəzəri cəhətdən bunu yenidən edə bilər.
Belə variant məntiqli görünür: hər iki məşqçi 2024-cü ilin payızından bəri mövqeyini möhkəmləndirib. Tuxel seçmə mərhələnin bütün oyunlarında qələbə qazanan, hətta bir top da buraxmayan İngiltərə yığmasını inamla dünya çempionatının final mərhələsinə çıxarıb. Bu mənada De Zerbinin nəticələri bir qədər “təvazökar” görünür: “Marsel” sabit, amma möhtəşəm olmayan oyun göstərir. İtaliyalının imici onun indiki nəticələrin bir qədər öndədi.
Ornşteyn “Sky Sports”un efirində belə deyib:

“Tuxel əla menecerdi, qalibdi, oyunçular arasında çox populyardı, gənc futbolçuların inkişafı ilə məşğul olur, onların potensialından yararlanır. De Zerbi isə... Bilirsizmi, Pep Qvardiola publika önündə onun dünya futbolundakı ən yaxşı məşqçilərdən biri olduğunu deyib. Hə, çoxlarının bununla bağlı öz fikri var, ancaq mənim üçün çox maraqlıdı ki, De Zerbi Avropa futbolunun ən yüksək səviyyəsində nəyə qadirdi?”


MY-nin baş məşqçi postuna namizədlərin sayı yetərincə çoxdu. “Independent”ə inansaq, klub “Kristal Pelas”dan Oliver Qlasnerin, “İpsviç”dən Kiran Makkennanın, həmçinin bir neçə gün əvvəl “Çelsi”dən qovulan Entso Mareskanın namizədliyinə baxa bilər. Mümkün variantlar arasında Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann da var.
Gözlənilməz namizədlərin siyahısında isə Ule Qunnar Sulşer qərarlaşıb. Bir neçə nüfuzlu qaynaq (Fabritsio Romano, The Athletic) “qırmızı şeytanlar”ın sabiq çalışdırıcısının komandaya müvəqqəti rəhbərlik etməyə hazır olduğunu iddia edir. Xatırladaq ki, norveçli 2018-21 aralığında MY-nin “sükanı arxasında” olub, iki dəfə ilk “3-lük”də yer alıb, Avropa Liqasında finala çıxıb.
Yeri gəlmişkən...
“Daily Mail” qəzetinin məlumatına görə, yarımmüdafiəçilər Kobbi Maynu və Manuel Uqarte, eləcə də hücumçu Coşua Zirkzee Amorim klubda qalacağı təqdirdə MY-dən ayrılmağa hazır imişlər...
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see375

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see292

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see284

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see270

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see245

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see234

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see223

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see222

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see216

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see216

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see211

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see211

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see210

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see204

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see202

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see202

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see182

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see178

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri