Amorim Fernandeşin MY dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi
Fanat saytına istinadən Icma.az xəbər verir.
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim kapitan Brunu Fernandeşin komandanı tərk edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin həmyerlisi barədə sözlərini "TNT Sports" belə çatdırıb:
"Brunu üçün bizim klubda çox şeyi dəyişdiyimizi görmək vacibdir. Davranış, gündəlik təşkilatçılıq işləri, məşqlərin tempi də dəyişir. O, bizim etdiklərimizi görürsə, qalmaq istəyəcək. Bu klub onun xoşuna gəlir.
Ən vacibi Çempionlar Liqası yox, budur. O, "Mançester Yunayted"lə qələbə qazanmaq istəyir. Fernandeşin davranışı və məşqləri yüksək səviyyədədir. Buradakıların hamısı belə etməlidirlər".
Daha öncə mətbuatda sözügedən futbolçunun Səudiyyə Ərəbistanından təklif aldığı, bu ölkənin "Əl-Hilal" klubunun Brunuya həftədə 833 min avro maaş verməyə hazır olduğu haqda məlumatlar dərc edilib.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 56 matça çıxan Fernandeş 19 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçunun MY ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 May 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















