Icma.az
close
up
RU
Ana bətnində uşağı necə tərbiyə etməli? PSİXOLOQUN TÖVSİYƏLƏRİ

Ana bətnində uşağı necə tərbiyə etməli? PSİXOLOQUN TÖVSİYƏLƏRİ

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ümumiyyətlə, ilk anda qəribə gələn bu anlamı gəlin bir az sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. "Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər.

Peyğəmbərimiz isə "aparın bu uşağı artıq onun üçün gecdi" demişdi.

Çox vaxt biz bu hekayəni eşidəndə düşünürük ki, uşağı ilk doğulduğu andan etibarən tərbiyə etməliyik. Əslində dövrünün filosofu olan Məhəmməd Peyğəmbər burda uşağın ana bətnində olan tərbiyəsini nəzərdə tutmuşdu. Hətta dində də Allah uşağa ana bətnində 2 ay yarımında ruh verir. Tibbi olaraq artıq uşağın 3 ayında əsas struktur orqanları tam yaranır. Deməli, artıq uşağı tərbiyə eləmək vaxtı başlayır. Düşünün, doğulanda belə, dilsiz-ağızsız körpəyə nəsə öyrətmək çətin olur. Dili olmasa belə, öz münasibətini ən azı ağlamaqla göstərir. Amma ana bətnində tam rahat və ən uğurlu tərbiyə etmək mümkündür. Körpə tam sizin istədiklərinizi qəbul edir və bu cür inkişaf edir.

ABŞ-da "baby shine" adı altında maraqlı bir terapevtik üsul var ki, uşağın embrional inkişafına birbaşa təsir edir və psixoloji mərkəzlərdə, klinikalarda belə uğurla istifadə olunur. Bu, ananın körpəylə danışması adlanır. Ana gün ərzində nələr edirsə, özünü necə hiss edirsə, bu barədə körpəsinə raport verir: "Ana indi ataya yemək verməyə mətbəxə gedir", "bir az darıxdıq, gəl, gedək televizora baxaq", "Ata əsəbidi, gəl, onu güldürək". Bu metod uşaqlarda intellektual səviyyəni artırır, buna görə də uşaq daha tez dil açır, səlist və aydın ünsiyyət qurur.

Çox yaxşı olardı anamız özünə hamiləlik boyu qeyd edə biləcəyi bir dəftər ayırsın. Ora övladından nələr görmək istədiyini qeyd etsin: "1.Sarışın, göy göz olsun. 2. Hamıyla ünsiyyətə girən, ağlamayan uşaq olsun. 3. Burnu balaca olsun. 4. Saçları buruq olsun və s."

Mümkün olsa, göz qabağında ola biləcəyi yerə yapışdırsın və üstündə ayın tarixini qeyd etsin. Məsələn, soyuducunun, yataq otağında şifonerin üstünə və hər dəfə yanından keçəndə oxusun, yadına düşdükcə əlavə etmək istədiyi şeyləri yazsın. Ayın sonunda yeni boş vərəqə əvvəlki vərəqdəki istəklərdən ən çox istədiyi 5 dənəsini əlavə edərək yapışdırsın. Bu, hamiləliyin sonuna qədər belə davam eləsin. Övladı dünyaya gələndə ana özünü rəssam kimi hiss edəcək.

Ümumiyyətlə, ananın hamiləlik boyu dinlədiyi musiqilər çox önəmlidir. Bəzən biz Şopen, Motsart kimi dünya klassiklərinin musiqisini dinləyirək uşağımızın daha "mədəni" olmasını istəyirik. Əslində isə bu, tam belə deyil. Psixologiyada etnopsixologiya deyilən bir elm var ki, burada hər bir millətin fərqli zövlərə, iqlimə, yaşayış tərzinə bir sözlə, bütün ekoloji və sosial faktorların təsiri ilə insanların psixologiyası öyrənilir. Yəni Azərbaycanlı ananın və körpənin öz etnosundan olmayan musiqi dinləməsi elə də effekt vermir. Analar çalışmalıdır ki, Azərbaycan mənşəli musiqiyə (sözsüz mahnı) qulaq assınlar. Bu, övladlarını vətənpərvər və anaya bağlı, özgüvəni yüksək, kommunikativ uşaq edəcək. Məsələn, elə bizim əksəriyyətimiz himnimiz və ya "Sarı gəlin"imizi dinləyəndə çox həssaslaşır, qəribə hisslər keçiririk, el dili ilə desək, "tüklərimiz biz-biz olur". Bu da bizim genetik yaddaşımızı göstərir.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz analar, bəzən övladlarımızı hansısa formada görmək istəyirik, bəzən buna zorlayırıq, sonda isə çox vaxt məyus oluruq, daxili istəyimizə görə göstərdiyimiz təzyiqlər bəzən uşaqlarımız tərəfindən üsyanla qarşılanır. Ondansa bunu zamanında sizin tam nəzarətiniz altında etsəz, nə siz inciməzsiniz, nə də övladınız.

Narınc Rüstəmova

"NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq

Ailem.az

/

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri