Icma.az
close
up
RU
Ana dili bizi birləşdirən güclü mənəvi bağ, müqəddəs dəyərdir

Ana dili bizi birləşdirən güclü mənəvi bağ, müqəddəs dəyərdir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların ana dilini bilməsi, ana dilində sərbəst danışması istiqamətində səsləndirdiyi fikirlər soydaşlarımız üçün mühüm çağırışdır və onların fəaliyyətində yeni prioritetlər müəyyən edir. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü münasibətilə baş tutan geniş videokonfrans bu çağırışlarla bağlı effektiv müzakirə imkanı yaradıb və xaricdəki Azərbaycan icmalarının milli məsuliyyətini özündə ehtiva edib.

DİDK-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanla yanaşı, dünyanın ABŞ, Almaniya, Avstraliya, Avstriya, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Estoniya, Fransa, Gürcüstan, İordaniya, İsveç, İsveçrə, Kanada, Kipr, Koreya, Küveyt, Litva, Qazaxıstan, Qətər, Qırğızıstan, Macarıstan, Misir, Moldova, Norveç, Oman, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna kimi 33 ölkəsindən 100-dən artıq soydaşımızın, o cümlədən xarici ölkələrdəki həftəsonu Azərbaycan məktəblərinin müəllimlərinin iştirak etdiyi konfransda ölkə başçısının çıxışlarının yer aldığı videomaterial nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək bildirib ki, Azərbaycan dili aramızdakı mənəvi bağları, milli birliyi daha da gücləndirir.

“Unutmamalıyıq ki, yeni nəsil diasporun ana dilini öyrənməsi milli birliyimizin davamlılığı üçün vacibdir. Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə açılan onlarla həftəsonu məktəbi soydaşlarımızın ana dilini mükəmməl bilməsi üçün böyük fürsətlər yaradır və birliyimizə töhfələr verir”, - deyə komitə sədri vurğulayıb.

Konfrans iştirakçılarına xaricdəki həftəsonu məktəbləri, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” məktəbləri barədə məlumat verilib, “Milli Dilli” onlayn təhsil platformasının geniş təqdimatı keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Sevinc Əliyeva layihənin tətbiqi imkanlarından danışıb, davamlılığının əhəmiyyətini qeyd edib.

Konfrans xaricdəki Azərbaycan icmaları üzvlərinin, xüsusilə 3-cü, 4-cü nəsil diasporun ana dilini bilməsi, bu işdə “Milli Dilli” onlayn təhsil platformasının rolu, məsafədən təhsil imkanları barədə geniş fikir mübadiləsinin aparılması ilə davam edib. Tədbir iştirakçıları xarici ölkələrdə Azərbaycan dilinin inkişafına göstərilən dəstəyə görə dövlətimizə minnətdarlıq ediblər.

Qeyd edək ki, hazırda dünyanın 24 ölkəsində 90-dan çox həftəsonu Azərbaycan məktəbi var. Bu məktəblərdən 32-si Azərbaycan Evlərinin nəzdində fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir. Soydaşlarımız, eləcə də ölkəmizə dost münasibəti bəsləyən xaricilər Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Fevral 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri