Icma.az
close
up
RU
Zeynəb Aslan: Novruz Türk dünyasını birləşdirən ortaq mənəvi dəyərdir

Zeynəb Aslan: Novruz Türk dünyasını birləşdirən ortaq mənəvi dəyərdir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 mart, AZƏRTAC

Baharın ilk nəfəsi, torpağın oyanışı və insan qəlbində yenilənən ümidlər… Minilliklərin yaddaşını bu günə daşıyan Novruz yalnız bir bayram deyil, həm də ortaq köklərin, birlik və həmrəyliyin rəmzidir.

Novruz bayramı ərəfəsində Türk xalqlarının nümayəndələri AZƏRTAC-a baharın gəlişini, yenilənmə ruhunu və ortaq mədəni dəyərləri özündə yaşadan bu qədim bayramın mənəvi əhəmiyyətindən danışıblar.

Ankara Hacı Bayram Vəli Universitetinin Ədəbiyyat fakültəsinin Müasir türk ləhcələri və ədəbiyyatları bölməsinin müəllimi Zeynəb Aslan Novruzun Türk dünyasının ortaq yaddaşında və mədəni həyatında tutduğu xüsusi yerdən bəhs edib.

Onun sözlərinə görə, Türkiyədə Novruz deyildikdə ilk yada düşən ənənələrdən biri tonqal qalamaq və onun üzərindən tullanmaqdır. Bu mərasim zamanı arzu tutulur, inanılır ki, od insanı mənfi enerjidən və nəzərdən təmizləyir. Bu ənənə türk mifologiyasında odun qoruyucu və saflaşdırıcı gücü ilə bağlıdır.

Zeynəb Aslan qeyd edib ki, bəzi bölgələrdə Ərgənəkon dastanını simvolizə edən dəmir döymə mərasimləri də keçirilir ki, bu da zəhmətin, gücün və yeni başlanğıcların rəmzi sayılır.

“Novruz axşamları insanlar açıq havada toplaşır, tonqal ətrafında mahnılar oxuyur, oyunlar oynayır və birlikdə vaxt keçirirlər. Bu baxımdan Novruz yalnız bayram deyil, həm də ictimai birlik və paylaşım günüdür”, - deyə o əlavə edib.

Zeynəb Aslan Novruzu Türk dünyasında insanları birləşdirən, barış, yenilənmə və bolluq rəmzi olan qədim və əhəmiyyətli bayram kimi dəyərləndirir: “Novruzu türk mədəniyyətinin qədim köklərini bu günə daşıyan, keçmişlə bu günü birləşdirən dəyər kimi çox sevirəm. Balkanlardan Türküstana, Sibir türklərinə qədər bütün Türk dünyasında bahar bayramının yaşadılması bu bayramın nə qədər dərin məna daşıdığını göstərir. Novruz eyni zamanda, qışın yorğunluğundan sonra təbiətin oyanışını və insanın daxilən yenilənməsini simvolizə edir”.

Zeynəb Aslan, həmçinin Türk dünyasında iştirak etdiyi Novruz tədbirləri arasında Qazaxıstandakı təcrübəsinin xüsusi yer tutduğunu vurğulayıb: “Bu ölkədə Novruz yalnız üç günlük rəsmi bayram deyil, demək olar ki, bir ay boyunca böyük coşqu ilə qeyd olunur. Əl-Fərabi adına Qazax Milli Universitetində qurulan tematik guşələr, açılan süfrələr, milli geyimlər və rəqs proqramları bayramın zənginliyini əks etdirir”.

Zeynəb Aslan qeyd edib ki, Novruz bayramı 12 Heyvanlı Türk təqviminə görə yeni ilin başlanğıcı hesab edilir. Bu baxımdan bayram yalnız mövsüm dəyişikliyi deyil, həm də ortaq tarixi yaddaşın, mədəni davamlılığın və türk kimliyinin güclü ifadəsidir.

“Novruzun əsas simvolları olan od, su, torpaq və təbiətin oyanışı Türk dünyasının qədim mifoloji və mənəvi düşüncəsini əks etdirir. Bu səbəbdən Novruz yalnız bayram deyil, həm də ortaq mədəni irsimizi yaşadan canlı bir dəyərdir”, - deyə o əlavə edib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Anadolu da daxil olmaqla geniş bir coğrafiyada Novruzun fərqli formalarda, lakin oxşar məna ilə qeyd olunması türk xalqları arasında güclü mədəni birliyin göstəricisidir. Novruzu yaşatmaq isə yalnız keçmişi qorumaq deyil, gələcəyə ortaq mirası ötürmək deməkdir. Bu baxımdan, Novruz türk dünyasını birləşdirən ən mühüm ortaq dəyərlərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Müxbir - Günel Alıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Mart 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri