Icma.az
close
up
RU
Ana dili hər bir xalqın milli mənəvi sərvətidir

Ana dili hər bir xalqın milli mənəvi sərvətidir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunmasından 47 il ötür. Bu müddət ərzində ana dilimizə qayğı dəfələrlə müəyyən tarixi sənədlərdə öz əksini tapıb.

Azərbaycan Demokratik Respublikası ilhaq edildikdən sonra SSRİ yaradıldı, müttəfiq respublikalarda da dövlət dili rus dili müəyyənləşdirildi. Bu, öz əksini Konstitusiyada da tapmışdı. Respublikalarda milli dilin fəallığı nəzərəçarpacaq dərəcədə sıxışdırılmağa başladı. Belə bir vaxtda milli dilə həssaslıqla yanaşmaq, onun cəmiyyətdə işləkliyi qayğısına qalmaq böyük cəsarət tələb edirdi. Bu haqda fikir səsləndirənlər ciddi təqib edilirdi. Bu sahə elm üzünə də qapanmışdı. Həmin vaxtlarda Azərbaycan KP MK-nın birinci katibi böyük tarixi şəxsiyyət Heydər Əliyev idi. O, belə bir mühüm problemin həlli üçün cəsarətli bir təşəbbüs göstərdi: 1978-ci il aprel ayının 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi də əlavə edildi. Bu da böyük tarixi şəxsiyyətin Azərbaycanımıza, xalqımıza misilsiz xidmətlərindən biri oldu. Böyük tarixi şəxsiyyət digər dövlət rəmzləri kimi ana dilini də olduqca müqəddəs bilirdi, ziyalıları, ümumən xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edirdi, deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir, bu hüquq hər bir vəətəndaşa öz ana dilində təhsil almaq imkanı yaradır.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 5-də keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirmişdir: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili kimi təsbit edilmişdir.
Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf mərhələsində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Müstəqil Azərbaycan dövlətinin dil siyasət¬nin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olan bu tarixi Fərman dövlət dilinə ehtiramın ifadəsi idi.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili kimi işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dilinə münasibətinin dövlət siyasəti səviyyəsində mühafizəkarıdır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev qeyd etmişdir: “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin dil siyasətini dövlətin siyasi kursunu tərkib hissələrindən birinə çevirib.

Səbinə Xasayeva
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri