Icma.az
close
up
RU
Xalqın milli kimliyi Ana dili

Xalqın milli kimliyi Ana dili

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev: "Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir"

Zəngin tarixi köklərə malik Azərbaycan dili – ana dilimiz xalqımızın varlığını, kimliyini sübut edən amilllərdəndir. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən, onu tanıdan, təbii ki, ana dilidir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Dil hər bir millətin varlığını ifadə edən, maddi, mənəvi irsini qoruyan və inkişaf etdirən vasitədir. Milli şüurun və milli kimliyimizin formalaşmasında rolu olan dilimiz zaman-zaman qorunub-saxlanılmış və bu günümüzə qədər gəlib çatmışdır.

Dilin saflığı, onun qorunması yolunda Azərbaycan xalqı illər uzunu mübarizə və mücadilə aparıb. Azərbaycan dili milli müstəqilliyin, suverenliyin, istiqlalın, Azərbaycan ideologiyasının əsaslarından biri olduğundan, varlığımızı sübut edən bu məfhum müasir günümüzə qədər təkmilləşərək, xalqa təqdim olunub. Ulu Öndər Heydər Əliyev deyirdi: "Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərabycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik".

Dil xalqın tarixi, mədəniyyəti, bu günü və gələcəyidir. Dil mədəniyyətdir, dil ünsiyyətdir. Dil xalqın varlığıdır. Dil xalqın tarixi, mədəniyyəti, bu günü və gələcəyidir. Dilin saflığı, onun qorunması yolunda illər uzunu mübarizə və mücadilə aparılıb. Dünyada ən gözəl, ən məlahətli, ən şirin nemət dildir. Ən çətin zamanlarda belə dil qorunub. Gözəl bir ifadə var: nə qədər ki, əsarət altına alınmış xalq öz dilini dərindən bilir, o sanki öz zindanının açarını əlində saxlayır... Demək, dili bilmək, onun saflığını qorumaq xalqın varlığını yaşatmaqdır. Dünya təcrübəsi göstərir ki, bir xalqın xalq olması üçün dilinin varlığı mütləqdir.

ANA DİLİMİZ TARİXİN MÜXTƏLİF DÖNƏMLƏRİNDƏ

Bəli, Azərbaycan xalqı xoşbəxt bir xalqdır ki, əsrlərə söykənən dilini qoruyub saxlaya bilmişdir. Bu əsasda formalaşdırılan milli-mənəvi dəyərlər sistemi zaman-zaman qorunub-saxlanılmış, bu günümüzə qədər gəlib çatmışdır. Bildiyimiz kimi, bizim ana dilimiz bu günə kimi, çox ziddiyyətli yollar keçsə də, öz zənginliyini və saflığını qoruyub-saxlamışdır. Tarixin dönəminə nəzər salsaq görərik ki, Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsarət altında olmuş və bu baxımdan da, dilimizə ərəb-fars mənşəli sözlər daxil olmuşdur. Ərəb əlifbası dəyişdirildikdən sonra latın qrafikasına keçsək də, bu, uzun sürməyən bir proses oldu. Bildiyimiz kimi, 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən, latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən etibarən, Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi.

Xüsusi olaraq vurğulayaq ki, 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Belə ki, Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", - deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. 1978-ci ilin IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndərin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir."

LATIN QRAFİKALI AZƏRBAYCAN ƏLİFBASI

Sovet imperiyasının buxovlarından xilas olan Azərbaycanda 1990-cı ildən yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açdı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.

Ulu Öndərin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

AZƏRBAYCAN, VƏTƏN, TORPAQ SÖZLƏRİNİ İFADƏ ETDİYİMİZ DİL

Dövət başçısının yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Dövlətimizin başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Prezident İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Prezident İlham Əliyev tərəfindən bir-birinin ardınca imzalanan sərəncamları Azərbaycan dilinin inkişafında öz sözünü deyib. Bu gün müstəqil bir ölkənin vətəndaşı olaraq, Ana dilimizi qorumaq borcumuzdur. Bu dil bizim ana laylamızın dilidir. Azərbaycanın dilidir. Milyonlarla insanımızın danışdığı dildir. Sevgimizin dilidir ki, dilimizdən, qəlbimizdən axıb gələn müqəddəs kəlamları - Azərbaycan, Vətən, Torpaq sözlərini bu dillə ifadə edirik. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, bu dili sevsin. Azərbaycan dili bu gün planetimizin 70-dək ölkəsində yaşayıb-yaradan 50 milyondan artıq bir xalqın dili kimi formalaşıb. Prezident İlham Əliyevin biddirdiyi kimi, "Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir"

Azərbaycan dili milli müstəqilliyin, suverenliyin, istiqlalın, Azərbaycan ideologiyasının əsaslarından biri olduğundan, varlığımızı sübut edən bu məfhum müasir günümüzə qədər təkmilləşərək, xalqa təqdim olunub. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub-möhkəmləndirmişdir. Ona görə də, xalqımıza ulu babalardan miras qalan bu, ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı və daim qayğı ilə əhatə etməlidir.

Hər bir sahədə çalışan insan dilin qayda-qanunlarına əməl etməyə vətəndaş olaraq borcludur. Dilin qorunması, işlənməsi, yad ünsürlərdən mühafizəsi, danışıq dilində sözlərin tələffüzü və digər məsələlər vacib hesab olunur. Dilin təmizliyi uğrunda mübarizə aparan və milli dilin inkişafına ömürlərini həsr edən simaların və şəxsiyyətlərin qarşısında məsuliyyətliyik. Bu gün çox təəssüf hissi ilə qeyd etməliyik ki, dilimizə yad olan sözlərlə tez-tez rastlaşırıq. Milli mətbuatımızda da belədir. Jurnalistin əsas materialı sözdür. Söz fikrin gerçəkliyinin ifadəçisidir. Mətbuatda informasiya dil və söz vasitəsilə çatdırılır. Əlbəttə ki, jurnalist peşəkarlığının əsas elementlərindən biri dildən istifadə ilə bağlıdır. Danışıq dilində, informasiyanın çatdırılmasında fikrin aydın və lakonik şəkildə çatdırılması, yeri gələndə, nitqdə hiss-həyəcan və emosiyanın duyulması, bəzən kəskinliyin, sərtliyin görünməsi - bütün bunlar jurnalist üçün vacib hesab edilən amillərdir. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günüdür. Hər kəs Azərbaycan dilini qorumalı və onun müqəddəsliyini dərk edərək varlığı qədər sevməlidir və buna borcludur.

Bu gün Azərbaycan dili hərtərəfli inkişaf edir və sevindirici haldır ki, dünyanın ən mötəbər tribunalarından eşidilir. Ana dilimiz Azərbaycan dilidir və bu dili vətənini, xalqını sevən hər bir azərbaycanlı bilməlidir. Ulu Öndər gənclərə tövsiyə edərək deyirdi: "Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan."

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see214

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see132

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri