Icma.az
close
up
RU
Ana dilimiz dövlətçiliyimizin və azadlıq ruhumuzun simvoludur ŞƏRH

Ana dilimiz dövlətçiliyimizin və azadlıq ruhumuzun simvoludur ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan dili bizim millət olaraq keçmişimizə, bu günümüzə və sabahımıza açılan mənəvi körpüdür. Bu dil əsrlərin sınağından keçmiş, bəzən qadağalarla üz-üzə qalmış, lakin heç vaxt sarsılmamışdır. Bu gün Azərbaycan dili öz doğma torpağında dövlət dili statusuna sahibdirsə, bu, hər şeydən öncə xalqın iradəsi və Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndərin dil siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başlamışdır. Sovet imperiyasının əsarətə aldığı bütün xalqları öz idelogiyasına, vahid dilinə tabe etdirmək üçün ən sərt formada göstərdiyi təzyiqlər dönəmində Azərbaycan dili məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Nəinki dövlət qurumlarında ana dilimizdə danışılmırdı, hətta televiziya, film və bu kimi təbliğat vasitələrində də imperiya dili ön planda qərarlaşmışdı. Belə bir vəziyyətdə Azərbaycan dilini nəinki diriltmək, hətta onu fonetik baxımdan yaşatmaq möcüzə sayıla bilərdi. Böyük Heydər Əliyev tarix üçün bu möcüzədən də artığını etdi. Ümummilli Lider sübut etdi ki, dil təkcə ictimai hadisə yox, həm də millətin varlığının təsdiqidir. O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən Dahi Lider ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə münasibətdə yalnız tarixi ədaləti bərpa etməklə kifayətlənmədi. Onun dil siyasəti genişmiqyaslı, strateji yanaşmaya əsaslanırdı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili” olaraq təsbit edilməsi, milli dövlətin hüquqi və ideoloji simasını formalaşdırdı. Bu, həm də dilin rəsmi-mənəvi statusunun bütün sahələrdə təminatı üçün hüquqi zəmin yaratdı. Ardınca 2001-ci ildə imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun, dilin yalnız hüquqi statusunu deyil, onun praktik tətbiqinin təmin olunmasını da dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. Bu sənədlər Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması üçün real idarəetmə mexanizmləri yaradırdı.

Ulu Öndər bu addımlarla göstərdi ki, dilin qorunması təkcə mədəniyyət deyil, milli təhlükəsizlik, milli kimlik və birlik məsələsidir. Ulu Öndər deyirdi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu sadə, lakin olduqca dərin fikir Azərbaycan dövlətinin dil siyasətinin fəlsəfəsini açıq şəkildə ifadə edir. Azərbaycan dili bu gün yalnız ölkə daxilində deyil, bütün dünyada yaşayan milyonlarla soydaşımız üçün milli birliyin, mənəvi vəhdətin dayağıdır. Ana dilimiz nəinki klassik ədəbiyyatımızın və musiqimizin daşıyıcısıdır, həm də çağdaş Azərbaycanın informasiya məkanında, elmdə, texnologiyada, hüquqda və digər sahələrdə öz gücünü sübut etmişdir. Qeyd olunanlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyev dahi dövlət adamı, fövqəl siyasi zəkaya malik lider olmaqla yanaşı, həm də milli ruhun keşiyində duran ideoloq idi. Bu gün Azərbaycan dilinə sahib çıxmaq - dövlətçiliyimizə, müstəqilliyimizə və gələcəyimizə sahib çıxmaq deməkdir. Çünki biz bir xalq olaraq nə qədər güclü, nə qədər müasir və inkişaf etmiş olsaq da, öz ana dilimizi yaşatmadan heç bir halda bütöv ola bilmərik

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri