Icma.az
close
up
RU
Ana olan 13 yaşlı qızın ailəsi həbs edilməlidir Rayon deputatından REAKSİYA

Ana olan 13 yaşlı qızın ailəsi həbs edilməlidir Rayon deputatından REAKSİYA

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən dünyaya uşaq gətirməsi barədə xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.

Nişan məclisindən qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.

Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.

Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada bildirilib ki, Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb. Qız öz valideynlərinin himayəsinə təhvil verilib.

Hadisə mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Modern.az hadisə ilə bağlı Ağcabədi rayonun deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin fikirlərini öyrənib. 

Millət vəkili qeyd edib ki, ona hadisə ilə bağlı birbaşa müraciət olunmayıb. Bu haqda müvafiq qurumlar aidiyyatı üzrə işlər görəcək. Hadisə araşdırılacaq və günahkarlar kimlərsə, sözsüz ki, cəzalandırılmalıdır. 

“Bu kimi hallar qətiyyən xoşagələn deyil və qanuna ziddir. 13 yaşlı birinin ailə həyatı qurması, ata və ananın səhlənkarlığı və dövlətə xəyanəti hesab edirəm. 13 yaşlı biri ailə sahibi ola bilməz, dünyaya gətirdiyi uşaq da normal olmaz. O qız təhsil almalı, oxumalı, dünya görüşü formalaşmalı idi. Digər tərəfdən həmin qızla evlənən adam da xəyanətkardır. Onun şəxsi məsuliyyəti yoxdur, mənim nəzərimdə həmin adam cinayətkardır. Hüququn ali olduğu, təbliğatların aparıldığı belə bir dövrdə bu cür işlər görən birini heç cür müdafiə etmək düzgün deyil. 13 yaşlı qızın özünə qayğı, diqqət lazımdır. O qızın özü elə uşaqdır. Bu cür qızla evlənmək vəhşilik, insanlığa sığmayan hadisədir” – deyə o bildirib. 

T. Rzayev vurğulayıb ki, bu cür hallar tək Ağcabədidə baş vermir, digər rayonlarda da oxşar hadisələrin şahidi ola bilərilk: “Bu hamımızın düşünməli olduğu problemdir. Biz bunlara göz yumaraq balalarımızı oda atmış olarıq. Onların həyatı, gələcəyi var. O cəmiyyət içində olmalı, ona fayda verməlidir. Yoxsa gözü açılan kimi qız uşağını ərə vermək onun sağlamlığına ziyandan tutmuş, uzun illər əziyyət çəkəcəyinin göstəricisidir. Çünki həmin qız ana, qadın olmağa, ailə idarə etməyə, uşaq tərbiyə etməyə hazır deyil. Ailənin uşaqdan imtinası, xəbərləri yoxmuş kimi davranmaq ana-atanın məsuliyyətdən qaçmaq üçün etdiyi hərəkətdir, amma onlar ağır məsuliyyətə cəlb olunmalı, həbs edilməlidir”. 

Deputat Ağcabədidə əvvəllər 16-17 yaşlı qızlar ailə həyatı qurduğunu, lakin ilk dəfədir ki, 13 yaşlı qızın başına belə hadisə gəldiyini də bildirib.

“Cənub zonasında bu kimi hadisələrə daha çox rast gəlinir.13 – 14 yaşında uşaqların hələ şüuru formalaşmayıb. O yaşda qızlar özünü yeni-yeni tanıyır, amma onu qoruyan, yönləndirən ailəsi, ətrafı, məktəbidir. Ola bilər o uşaqdır, amma anası, məktəbi, qohumları uşaqla danışmalı, onu başa salmalıdır. Hər bir insanda bu hisslər oyana bilir. Amma bu regionun deyil bütün Azərbaycanı düşündürməli olduğu problemdir. Biz bir millət, xalqıq. Hər birimiz balalarımızın gələcəyini düşünməliyik”- sonda deputat qeyd edib.  
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Mart 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri