Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

Ana südünə bərabər sayılan KEÇİ SÜDÜ Hansı yaşda VERİLMƏMƏLİDİR?

Ana südünə bərabər sayılan KEÇİ SÜDÜ Hansı yaşda VERİLMƏMƏLİDİR?

News24 saytına istinadən Icma.az xəbər verir.

Keçi südü, inək südündən fərqli olaraq, daha kiçik yağı molekullarına malikdir ki, bu da mədə-bağırsaq sistemində daha asan həzm olunur. Ana südünə bərabər olan keçi südünün faydaları çoxdur.

Həkimlər yenicə ana olmuş südü olmayan qadınlara uşaq qidalarından  da əvvəl keçi südündən istifadəni məsləhət görürlər. Mütəxəssislər hesab edir ki, keçi südü sağlam yağlar baxımından olduqca zəngindir. Bu, sümük sağlamlığını dəstəkləmək, immunitet sistemini gücləndirmək və ümumi enerji səviyyəsini artırmaq üçün faydalıdır.

Həqiqətənmi belədir?

News24.az xəbər verir ki, Bizim.Media-ya açıqlama verən pediatr Aytən Ziyadova qeyd edib ki, keçi südü bəzi xüsusiyyətlərinə görə ana südünə nisbətən daha yaxın hesab edilsə də, ana südünü tam əvəz edə bilməz:

“Ana südü yenidoğulanlar və körpələr üçün ən ideal qida mənbəyidir. Keçi südü, xüsusilə bəzi həssaslıq hallarında və ya xüsusi ehtiyaclar zamanı nəzərdən keçirilə bilər”.

Pediatr keçi südünü digər südlərdən fərqləndirən amilləri də qeyd edib. O, ilk olaraq südün  həzmə uyğunluğunu və  digər xüsusiyyətlərini vurğulayıb:

“Keçi südünün protein və yağ tərkibi inək südünə nisbətən daha kiçik yağ globullarına və zəif allergik proteinə malikdir. Bu, həzm sisteminin daha rahat işləməsinə kömək edir.

Laktoza miqdarı inək südündən bir qədər azdır. Buna görə də laktoza həssaslığı olan bəzi insanlar keçi südünü daha asan həzm edə bilər.

Keçi südündə beta-kazein zülalı üstünlük təşkil edir ki, bu da onu həzm baxımından ana südünə daha yaxın edir.

Alfa-s1-kazein səviyyəsi aşağıdır, buna görə də keçi südü inək südünə nisbətən daha az allergikdir.

Keçi südü kalsium, maqnezium, fosfor, sink və A vitamini ilə zəngindir.

Bəzi amin turşuları və yağ turşularının miqdarı yüksəkdir, bu da körpənin inkişafı üçün faydalı ola bilər.

Keçi südü bağırsaq sağlamlığını dəstəkləyən təbii oligosaxaridlərlə zəngindir. Bu, ana südündəki oligosaxaridlərə bənzəyir”.

Aytən Ziyadova deyir ki, keçi südündəki bəzi zülallar inək südünə qarşı allergiyası olan uşaqlar üçün daha uyğun ola bilər. Ancaq bu hər uşağa aid deyil.

“Keçi südündə orta zəncirli yağ turşuları yüksəkdir, bu da enerji mənbəyi kimi daha tez metabolizə edilir”.

Müsahibimiz keçi südünün müsbət xüsusiyyətləriylə yanaşı, çatışmazlıqlarını qeyd etməyi də unutmayıb:

“Bəzi hallarda uşaqda keçi südünə qarşı da allergiya yaranır”.

“Keçi südündə fol turşusu (B9 vitamini) səviyyəsi çox aşağıdır. Bu səbəbdən uzunmüddətli keçi südü istifadəsi folat çatışmazlığına və anemiyaya səbəb ola bilər.

Körpələr üçün nəzərdə tutulan keçi südü məhsulları əlavə fol turşusu ilə zənginləşdirilir. Ancaq dəmir miqdarı azdır, bu da dəmir çatışmazlığına səbəb ola bilər.

Bu süd heç vaxt xüsusilə də ilk altı ay ərzində  ana südünün əvəzi kimi istifadə edilməməlidir.  Körpə formulaları hazırlanarkən ana südünün balanslı tərkibi nəzərə alınır.

Keçi südü inək südünə həssaslıq olan bəzi uşaqlar üçün daha yaxşı alternativ olsa da, bəzi hallarda keçi südünə qarşı da allergiya yaranır”.

Müsahibimiz sonda valideynlərə keçi südünün istifadəsiylə bağlı bir neçə tövsiyə də verib:

“İlk altı ayda yalnız ana südü məsləhət görülür. Ana südü yetərsiz olduqda və ya mümkün olmadıqda, həkim məsləhəti ilə xüsusi olaraq körpələr üçün hazırlanmış keçi südü əsaslı formulalar istifadə edilə bilər.

Saf keçi südü yalnız 1 yaşdan yuxarı uşaqlara və məhdud miqdarda verilməlidir. Fol turşusu və dəmir çatışmazlığının qarşısını almaq üçün əlavə qidalar ilə balanslaşdırılmış qidalanma təmin edilməlidir. Onun istifadəsi xüsusi ehtiyaclar və ya həssaslıq hallarına görə pediatrın məsləhəti ilə müəyyən edilməlidir. Ana südü mövcud olduqda həmişə birinci seçimdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri