Icma.az
close
up
RU
Ana südünə bərabər sayılan KEÇİ SÜDÜ Hansı yaşda uşaqlara VERİLMƏMƏLİDİR?

Ana südünə bərabər sayılan KEÇİ SÜDÜ Hansı yaşda uşaqlara VERİLMƏMƏLİDİR?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Keçi südü, inək südündən fərqli olaraq, daha kiçik yağı molekullarına malikdir ki, bu da mədə-bağırsaq sistemində daha asan həzm olunur. Ana südünə bərabər olan keçi südünün faydaları çoxdur.
Həkimlər yenicə ana olmuş südü olmayan qadınlara uşaq qidalarından  da əvvəl keçi südündən istifadəni məsləhət görürlər. Mütəxəssislər hesab edir ki, keçi südü sağlam yağlar baxımından olduqca zəngindir. Bu, sümük sağlamlığını dəstəkləmək, immunitet sistemini gücləndirmək və ümumi enerji səviyyəsini artırmaq üçün faydalıdır.
 

MÖVZU İLƏ BAĞLI:
Həkimlərin süni qida BİZNESİ – Körpələr ana südündən niyə məhrum EDİLİR?


Həqiqətənmi belədir?
Bizim.Media-ya açıqlama verən pediatr Aytən Ziyadova qeyd edib ki, keçi südü bəzi xüsusiyyətlərinə görə ana südünə nisbətən daha yaxın hesab edilsə də, ana südünü tam əvəz edə bilməz:
“Ana südü yenidoğulanlar və körpələr üçün ən ideal qida mənbəyidir. Keçi südü, xüsusilə bəzi həssaslıq hallarında və ya xüsusi ehtiyaclar zamanı nəzərdən keçirilə bilər”.
Pediatr keçi südünü digər südlərdən fərqləndirən amilləri də qeyd edib. O, ilk olaraq südün  həzmə uyğunluğunu və  digər xüsusiyyətlərini vurğulayıb:
“Keçi südünün protein və yağ tərkibi inək südünə nisbətən daha kiçik yağ globullarına və zəif allergik proteinə malikdir. Bu, həzm sisteminin daha rahat işləməsinə kömək edir.
Laktoza miqdarı inək südündən bir qədər azdır. Buna görə də laktoza həssaslığı olan bəzi insanlar keçi südünü daha asan həzm edə bilər.
Keçi südündə beta-kazein zülalı üstünlük təşkil edir ki, bu da onu həzm baxımından ana südünə daha yaxın edir.
Alfa-s1-kazein səviyyəsi aşağıdır, buna görə də keçi südü inək südünə nisbətən daha az allergikdir.
Keçi südü kalsium, maqnezium, fosfor, sink və A vitamini ilə zəngindir.
Bəzi amin turşuları və yağ turşularının miqdarı yüksəkdir, bu da körpənin inkişafı üçün faydalı ola bilər.
Keçi südü bağırsaq sağlamlığını dəstəkləyən təbii oligosaxaridlərlə zəngindir. Bu, ana südündəki oligosaxaridlərə bənzəyir”.
Aytən Ziyadova deyir ki, keçi südündəki bəzi zülallar inək südünə qarşı allergiyası olan uşaqlar üçün daha uyğun ola bilər. Ancaq bu hər uşağa aid deyil.
“Keçi südündə orta zəncirli yağ turşuları yüksəkdir, bu da enerji mənbəyi kimi daha tez metabolizə edilir”.
Müsahibimiz keçi südünün müsbət xüsusiyyətləriylə yanaşı, çatışmazlıqlarını qeyd etməyi də unutmayıb:
“Bəzi hallarda uşaqda keçi südünə qarşı da allergiya yaranır”.
“Keçi südündə fol turşusu (B9 vitamini) səviyyəsi çox aşağıdır. Bu səbəbdən uzunmüddətli keçi südü istifadəsi folat çatışmazlığına və anemiyaya səbəb ola bilər.
Körpələr üçün nəzərdə tutulan keçi südü məhsulları əlavə fol turşusu ilə zənginləşdirilir. Ancaq dəmir miqdarı azdır, bu da dəmir çatışmazlığına səbəb ola bilər.
Bu süd heç vaxt xüsusilə də ilk altı ay ərzində  ana südünün əvəzi kimi istifadə edilməməlidir.  Körpə formulaları hazırlanarkən ana südünün balanslı tərkibi nəzərə alınır.
Keçi südü inək südünə həssaslıq olan bəzi uşaqlar üçün daha yaxşı alternativ olsa da, bəzi hallarda keçi südünə qarşı da allergiya yaranır”.
Müsahibimiz sonda valideynlərə keçi südünün istifadəsiylə bağlı bir neçə tövsiyə də verib:
“İlk altı ayda yalnız ana südü məsləhət görülür. Ana südü yetərsiz olduqda və ya mümkün olmadıqda, həkim məsləhəti ilə xüsusi olaraq körpələr üçün hazırlanmış keçi südü əsaslı formulalar istifadə edilə bilər.
Saf keçi südü yalnız 1 yaşdan yuxarı uşaqlara və məhdud miqdarda verilməlidir. Fol turşusu və dəmir çatışmazlığının qarşısını almaq üçün əlavə qidalar ilə balanslaşdırılmış qidalanma təmin edilməlidir. Onun istifadəsi xüsusi ehtiyaclar və ya həssaslıq hallarına görə pediatrın məsləhəti ilə müəyyən edilməlidir. Ana südü mövcud olduqda həmişə birinci seçimdir”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Noyabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri