Icma.az
close
up
RU
Anadangəlmə hipotireoz vaxtında təyin olunmazsa... Ağır nəticələr

Anadangəlmə hipotireoz vaxtında təyin olunmazsa... Ağır nəticələr

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hipotireoz (HT) qalxanabənzər vəzin hormonlarının sekresiyasının zəifləməsi və ya vəzin funksiyasının tam itirilməsi ilə gedən xəstəlikdir.

Hipotireozun aşağıdakı formaları var:

- I-li hipotireoz - qalxanabənzər vəzin patologiyası ilə baglı

- II-li  hipotireoz - hipofizin patologiyası ilə baglı

- III-lü hipotireoz - hipotalamusun patologiyası ilə baglı

- Tireoid hormonlara həssaslığın zəifləməsi və ya olmaması

Genezinə görə:

- Anadangəlmə

- Qazanılma

95% hallarda birincili, 5% hallarda ikincili və üçüncülü hipotireoz təsadüf olunur.

Səbəblər

Haşimoto tireoiditi adlanan autoimmun xəstəlik qalxanvari vəz tərəfindən sintez olunan tireoid hormonların səviyyəsinin enməsinin əsas səbəbidir.

Hipotireozun yaranmasına səbəb olan digər mühüm faktor yodun müvafiq səviyyədə olmamasıdır. Bundan başqa qalxanvari vəzin inkişaf qüsuru, radioaktiv yodun qəbulu, tireotoksik preparatların qəbulu, hamilə qadınlarda yodidlərin, tireostatinlərin, litium, brom preparatlarının qəbulu, tireotrop hormona qarşı irsi rezistentlik, hipofizin anadangəlmə total çatışmazlığı, travması, iltihabı, şişi, hipotalamusun travması, iltihabı, müəyyən mikroelementlərin defisiti, qlütenə qarşı dözümsüzlük (seliakiya) və s.hipotireozun inkişafına səbəb ola bilər.

Simptomlar

Qalxanvari vəzin hormonları bütün hüceyrələrin aktiv fəaliyyəti üçün vacibdir. Ona görə onun çatışmazlığı zamanı bütün orqan və sistemlərin fəaliyyəti zəifləyir.

Bu zaman daha çox rast gəlinən simptomlar: soyuğa qarşı dözümsüzlük, iştahanın zəifləməsi, səbəbsiz şişkinlik, çəki artımı, daim yorğunluq və yuxusuzluq, konsentrasiyanın pozulması, tərləmənin azalması və dəridə quruluq, saçların tökülməsi, qəbizlik, əzələ ağrıları, zəiflik , əhval-ruhiyyənin dəyişməsi (depressiya), görmə və eşitmənin zəifləməsi, nitqin dəyişilməsi, yaddaş pozulmaları və dismenoreyadır.

Digər sistemlər tərəfindən:

Ürək-damar sistemi: ürəyin yığılma qabiliyyətinin zəifləməsi, ürək ölçülərinin böyüməsi, perikardial mayenin əmələ gəlməsi, nəbzin azalması, diastolik təzyiqin artması və sistolik təzyiqin enməsi;

Mədə-bağırsaq traktı: peristaltikanın dəyişməsi, turşuluğun azalması və buna müvafiq həzm pozulmaları;

Reproduktiv system: cinsi yetkinliyin gecikməsi, ovulyasiyanın olmaması, sonsuzluq və menstruasiyanın pozulması, kişilərdə cinsi zəiflik, impotensiya, spermatogenezin pozulması) və digər sistemlər (xolesterin səviyyəsinin yüksəlməsi, anemiyanın inkişafı, insulinə qarşı rezistentlik və s.) aiddir.

Hipotireoz əsasən böyüklərin endokrin patologiyası kimi tanınır. Amma bilməyimiz vacibdir ki, anadangəlmə hipotireoz da geniş yayılıb. 

Anadangəlmə hipotireoz yenidoğulmuşlar arasında 1:3500-4000 nisbətində rast gəlinir. Bu isə böyük rəqəm sayılır. Anadangəlmə hipotireoza gec diaqnoz qoyub, müalicəyə gec başlayanda ciddi əqli geriliyə səbəb olur. Halbuki vaxtında müalicəyə başlanan pasiyentlər öz yaşıdlarından nə əqli, nə fiziki cəhətdən geri qalmır. Odur ki, bu məsələyə ciddi yanaşılmalıdır. Bəzi ölkələrdə xəstəliyi erkən aşkar etmək üçün yenidoğulmuşlarda skrininq test aparılır. 

Anadangəlmə hipotireoz zamanı döldə tireoid hormonların çatışmazlığı beynin differensasiyasının pozulmasına, neyronların sayının artmamasına, sinir liflərinin azalmasına və sinir liflərinin mielinizasiyasının pozulmasına gətirib çıxarır. Müalicə gec başlandıqda (4-6 həftəlik yaş dövründə) bu dəyişikliklər geridönməz olur.                          

Hipotireozun klinikası onun uşaqda yaranma dövründən, dərəcəsindən, müddətindən asılıdır. Uşaqlarda ön planda fiziki, əqli və cinsi inkişafın ləngiməsi aşkar olunur. Xəstəlik nə qədər erkən başlanırsa, bu əlamətlər bir daha kəskin olur.

Çox vaxt valideyn uşaqda xəstəliyin bəzi əlamətlərini gördükdə bunu yenidoğulmuşlarda tez-tez rast gəlinən digər nevroloji, dəri və mədə-bağırsaq problemləri ilə əlaqələndirir. Nəticədə isə anadangəlmə hipotireoz diaqnozunun qoyulması gecikir.

Buna görə də yenidoğulma dövründə aşağıdakı əlamətlərə diqqətli olmaq lazımdır. Anadangəlmə hipotireoz, adətən, qızlarda daha tez-tez rast gəlir. Bir sıra erkən əlamətlərə əsasən bu diaqnozu qoymaq olar. Belə ki, bu uşaqlar anadan artıq çəki ilə doğulurlar. Onlarda yenidoğulma dövründə fizioloji sarılıq uzun müddət davam edir, iştaha zəif, udma aktı çətin olur, çəkilərini az artırırlar, qəbizliyə meyilli olurlar, yuxululuq, əzginlik qeydə alınır. Qarın böyük olur, tez-tez göbək yırtığı müşahidə olunur, səs tembri aşağı olur. Bu əlamətləri görən kimi mütləq pediatra müraciət etmək lazımdır.

Hamiləliyin ilk 12 həftəsində döl demək olar ki, ananın qalxanvari vəzisindən asılıdır, daha sonralar isə öz hormonları ifraz olunmağa başlayır. Buna görə qadınlar (xüsusən hipotireozu olan) hamiləlik planlayan zaman və ya hamilə olduqlarını bilən kimi həkimlə məsləhətləşməli, qalxanvari vəz hormonlarının səviyyəsinin normal saxlanmasına nail olmalıdır.

Hipotireoz zamanı müalicə demək olar ki, əvəzləyici hormon terapiyadan ibarətdir. Bu xəstəlikdə biotənzimləyici terapiyanın rolu biotənzimləyici preparatlardan istifadə edərək orqanın funksiyasının bərpasına təsir göstərməkdir.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri