Icma.az
close
up
RU
Anadangəlmə hipotireoz vaxtında təyin olunmazsa ağır nəticələr qaçılmazdır...

Anadangəlmə hipotireoz vaxtında təyin olunmazsa ağır nəticələr qaçılmazdır...

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Hipotireoz (HT) - qalxanabənzər vəzin hormonlarının sekresiyasının zəifləməsi və ya vəzin funksiyasının tam itirilməsi ilə gedən xəstəlikdir.

Hipotireozun aşağıdakı formaları var:

- Birincili hipotireoz – qalxanabənzər vəzin patologiyası ilə baglı

- İkincili hipotireoz – hipofizin patologiyası ilə baglı

- Üçüncülü hipotireoz – hipotalamusun patologiyası ilə baglı

- Tireoid hormonlara həssaslığın zəifləməsi və ya olmaması

Genezinə görə:

- Anadangəlmə

- Qazanılma

95% hallarda birincili, 5% hallarda ikincili və üçüncülü hipotireoza təsadüf olunur.

Səbəbləri çox müxtəlifdir:

Birləşmiş Ştatlarda Haşimoto tireoiditi adlanan autoimmun xəstəlik qalxanvari vəz tərəfindən sintez olunan tireoid hormonların səviyyəsinin enməsinin əsas səbəbidir. Hipotireozun yaranmasına səbəb olan digər mühüm faktor yod çatışmazlığıdır.

Bundan başqa, qalxanvari vəzin inkişaf qüsuru, radioaktiv yodun qəbulu, tireotoksik preparatların qəbulu, hamilə qadınlarda yodidlərin, tireostatinlərin, litium, brom preparatlarının qəbulu, tireotrop hormona qarşı irsi rezistentlik, hipofizin anadangəlmə total çatışmazlığı, travması, iltihabı, şişi, hipotalamusun travması, iltihabı, şişi və s., müəyyən mikroelementlərin defisiti (xüsusən də dəmir), D vitamininin metabolik pozulması, qlütenə qarşı həssaslıq/dözümsüzlük (seliakiya),  metabolik asidoz da (qidada heyvani zülalların artıqlığı səbəbindən) hipotireozun inkişafına səbəb ola bilər.

Bütün hüceyrələrin aktiv metabolizmi üçün qalxanvari vəzin hormonları vacibdir. Ona görə onun çatışmazlığı zamanı bütün orqan və sistemlərin fəaliyyəti zəifləyir. Bu zaman daha çox rast gəlinən simptomlar: soyuğa qarşı dözümsüzlük, iştahanın zəifləməsi, səbəbsiz şişkinlik, çəki artımı, daim yorğunluq və yuxusuzluq, konsentrasiyanın pozulması, tərləmənin azalması və dəridə quruluq, saçların tökülməsi, qəbizlik, əzələ ağrıları, zəiflik, əhval-ruhiyyənin dəyişməsi (depressiya), görmə və eşitmənin zəifləməsi, nitqin dəyişilməsi, yaddaş pozulmaları və dismenoreyadır.

Digər zədələnmiş sistemlər:

Ürək-damar sistemi - (ürəyin yığılma qabiliyyətinin zəifləməsi, ürək ölçülərinin böyüməsi, perikardial mayenin əmələ gəlməsi, ürək atımının və nəbzin azalması, diastolik təzyiqin artması və sistolik təzyiqin enməsi);

Mədə-bağırsaq traktı (peristaltikanın dəyişməsi, turşuluğun azalması və müvafiq həzm pozulmaları);

Reproduktiv sistem (cinsi yetişkənliyin gecikməsi, ovulyasiyanın olmaması, sonsuzluq və menstruasiyanın pozulması, kişilərdə cinsi zəiflik, impotensiya, spermatogenezin pozulması) və digər sistemlər (xolesterin səviyyəsinin yüksəlməsi, anemiya, insulinə qarşı rezistentlik və s.).

Hipotireoz əsasən böyüklərin endokrin patologiyası kimi tanınır. Amma bilməyimiz vacibdir ki, anadangəlmə hipotireoz da geniş yayılıb. 

Anadangəlmə hipotireoz yenidoğulmuşlar arasında 1:3500-4000 nisbətində rast gəlinir. Bu, böyük rəqəm sayılır. Anadangəlmə hipotireoza gec diaqnoz qoyub, müalicəyə gec başlayanda ciddi əqli geriliyə səbəb olur. Halbuki vaxtında müalicəyə başlanan pasientlər öz yaşıdlarından nə əqli, nə fiziki cəhətdən geri qalmır. Odur ki, bu məsələyə ciddi yanaşılmalıdır. Bəzi ölkələrdə xəstəliyi erkən aşkar etmək üçün yenidoğulmuşlarda skrininq test aparılır.  

Anadangəlmə hipotireoz zamanı döldə tireoid hormonların çatışmazlığı beynin differensiasiyasının  pozulmasına, neyronların sayının artmamasına, sinir liflərinin azalmasına və sinir liflərinin mielinizasiyasının pozulmasına gətirib çıxarır. Müalicə gec başlandıqda (4-6 həftəlikdən sonra) bu dəyişikliklər geridönməz olur.                                                                              

Hipotireozun klinikası onun uşaqda yaranma dövründən, dərəcəsindən, müddətindən asılıdır. Uşaqlarda ön planda fiziki, əqli və cinsi inkişafın ləngiməsi aşkar olunur. Xəstəlik nə qədər erkən başlanırsa, bu əlamətlər bir o qədər kəskin olur.

Çox vaxt valideyn uşaqda xəstəliyin bəzi əlamətlərini gördükdə bunu yenidoğulmuşlarda tez-tez rast gəlinən digər nevroloji, dəri və mədə-bağırsaq problemləri ilə əlaqələndirir. Nəticədə isə anadangəlmə hipotireoz diaqnozunun qoyulması gecikir.

Buna görə də yenidogulma dövründə aşağıdakı əlamətlərə diqqətli olmaq lazımdır. Anadangəlmə hipotireoza, adətən, qızlarda daha tez-tez rast gəlinir. Bir sıra erkən əlamətlərə əsasən bu diaqnozu qoymaq olar. Beləki, bu uşaqlar anadan artıq çəki ilə doğulurlar; yenidoğulma dövründə  fizioloji  sarılıq  uzun müddət sürür; iştaha zəif, udma aktı çətin olur, çəkilərini az artırırlar, qəbizliyə meyilli olurlar, yuxululuq, əzginlik qeydə alınır. Qarın böyük olur, göbək yırtığı, səs tembri aşağı olur. Bu əlamətləri görən kimi mütləq pediatra müraciət etmək lazımdır.

Hamiləliyin ilk 12 həftəsində döl, demək olar ki, ananın qalxanvari vəzisindən asılıdır, daha sonralar isə öz hormonları ifraz olunmağa başlayır. Buna görə qadınlar (xüsusən hipotireozu olan) hamiləliyi planlayan zaman və ya hamilə olduqlarını bilən kimi həkimlə məsləhətləşməli, qalxanvari vəz hormonlarının səviyyəsinin normal saxlanmasına nail olmalıdır.

Hipotireoz zamanı müalicə əsasən əvəzləyici hormonal terapiyadan ibarətdir. Fərqli yanaşma təqdim edən  Biotənzimləyici terapiyada biotənzimləyici preparatlar hipotalamus-hipofiz-qalxanvari vəz arasındakı əlaqəni tənzimləyir və orqanın funksiyasının bərpasına kömək edir.   

Hər anınızı saglam yaşamaq arzusu ilə...

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az, www.btk.az

http://saglamolun.az/index.php/ozel-klinikalar/983-bioloji-tebabet-klinikasi.html

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri