Icma.az
close
up
RU
Analitik düşüncənin milli koordinat nöqtəsi

Analitik düşüncənin milli koordinat nöqtəsi

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əzizlərim, təbiətdə hər nə varsa dəyişir, təkrarlanır. Məsələn, bu günlərdə payız çıxmamış qışın sərt soyuğunu, qarını, şaxtasını qarşıladıq. İndi bu qışabənzər payız öz yerini elə qışla əvəzləyəcək. Ancaq elə məqamlar var ki, onların təkrarı olmur. Məhz orijinal qalırlar. Məsələn, bu yaxınlarda müəllimlərimizdən biri tələbəyə müsahibə verib. Sonda məlum olub ki, müsahibin səsi diktofona yazılmayıb. Və yaxud baş tutan tədbirin sonu hamı pərişan olub: sən demə gedişat kameranın videoyaddaşına köçürülməyib. Eləcə də auditoriyalarda keçirilən dərslər. Hər dərs sözün bütün mənalarında əvəzsizdir. Və sadalanacaq bir çox məqamlar var ki, onlar ikinci dəfə təkrarlanmır. Öz qalır. Özəl qalır. Elə bizim “JK-010A” qrupuna Gülnarə Sadıqovanın pandemiya dönəmində onlayn tədris etdiyi dərslər kimi. Hər biri yaddaşdır... Bu günlərdə başqa bir tarix yaşanır. Demək olar ki, Bakı Dövlət Universiteti də daxil olmaqla bütün tədris ocaqlarında payız semestri yekunlaşmaq üzrədir. Qarşıda yeni ilin gəlişilə bərabər, həm də tələbələri qış imtahan sessiyası gözləyir. Bu mənada müəllimlər dərslərin tədrisində, tələbələr də öhdələrinə düşən tapşırıqların mənimsənilməsində daha səmərəli, həmçinin gərgin planda çalışırlar. Buna baxmayaraq ötən noyabr ayında Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetində istifadəyə verilən xüsusi auditoriyasında canlılıq hiss olunur. “Breyn Rinq” intellektual oyununu xatırladan geniş və işıqlı media otağında dəyirmi masaların ətrafında tələbələr əyləşiblər. İki məqam diqqətimi çəkir. Birincisi, tələbələrin eyni masa arxasında əyləşməsi onların sevdikləri janra olan münasibətindən qaynaqlanır. Yusif Məmmədxanlı və eyni masa arxasında əyləşən tələbələr düşünürəm ki, daha çox günün nəbzini tutan yazılar, siyasi yanaşmalar, analizəbənzər və tənqidi fikirlərlə fərqlənirlər. Onların cərgəsində, amma auditoriyanın ən sonunda bir masa da var ki, orada cəm olan tələbələr daha çox “İnternet Jurnalistikası”ına marağı olan Türkan Kərimli, Türkanə Məşədiyeva və digərləridir. Onlarla bir masa ətrafında yan-yana əyləşən tələbələr — Ayhan Ağarzayev, Mahmud Əskərli və başqaları bu yaxınlarda artıq ikinci nömrəsinin təqdimatına hazırlaşdıqları “Günəbaxan” jurnalının yaradıcı heyətidir.

Auditoriyanın qapısı önündə bir masa da var ki, orada cəm olan tələbələr bədii publisistikaya çox həvəslidirlər. Artıq dərsin yarısıdır. Onların önündə ötən əsrin əvvəllərində dərc olunan bir çox qəzetləri görmək mümkündür. Hətta tələbələrdən biri ünvanlanan suala doğru cavab verdiyi üçün professor Cahangir Məmmədlinin “Jurnalistikanın müasir inkişaf meylləri” adlı dərs vəsaitini qazandı. İkinci məqam da tələbələrə “Analitik Jurnalistika” fənnini tədris edən Gülnarə Sadıqova ilə bağlıdır. Onlayn, yaxud əyani tədrisin gedişindən asılı olmayaraq, Gülnarə Sadıqovanın pedaqoji fəaliyyətinin özündə ehtiva etdiyi əsas məsələ anlam və öyrətmək əzmidir. Bu, tələbələri mühakimə etməyən sırf insani keyfiyyətlərdir. Tələbəni mühakimə etməyən müəllimimiz həm də bizlərə “mühakimə yürütmək vacibdir” söyləyir. Və gedişatı tədrisin, əsas da tələbə jurnalistin vəzifələrindən biri kimi görür. Arada “... Şükür Allaha, öz fikriniz, mühakiməniz var”, deyə Mirzə Cəlilsayağı auditoriyaya səslənir. Görünən də odur ki, həqiqətən də mühakimə yürütmək, tutarlı sual vermək, dərin düşünüb-daşınmaq fikri əməliyyatların inkişafından asılıdır. Düşünsək ki, Gülnarə Sadıqovanın tədris etdiyi fənnin adı “Analitik Jurnalistika”dır, o zaman sadaladığımız keyfiyyətlərin tələbələr üçün gərəkli olduğunu görmüş olarıq. Fənnin tədrisi təkcə yazı qabiliyyətini inkişaf etdirilməsinə, jurnalistikaya aid janrların öyrənilməsinə deyil, həmçinin tələbənin analiz, müqayisə, fərziyyə irəli sürmə, məntiqi bacarıqlar və başqa məqamları özündə inkişaf etdirməsinə hesablanıb. Mənim hesabımda isə qəlbimə yığdığım, düşüncəmə hopdurduğum qədər mənəvi qazanc var. Və həmişə də hesab edirəm ki, atalarımızın “ağac kökü üstə bitər” misalı Jurnalistika fakültəsinin dünəni və bu gününə ekvivalentdir. Bu mənada tələbə tədris olunan fənni əxz edərkən, həm də dünəni qavrayır, yaşadır. Çünki tədris zamanı fakültənin sütunları, qurucuları olan müəllimlərimizin elmi bilikləri də tədris zamanı istifadə olunur. Buna görə də “Analitik Jurnalistika” fənnində tələbələrin semestr boyu əxz etdikləri biliklərin kökləri deyərdim ki, dərinə işləyib. 

Artıq tələbələr analitik jurnalist kimi xəbər-analiz formatında media mətnləri ortaya qoyurlar. Tələbələrin mövzu üzərində apardıqları diskussiya maraq doğurur. Amma çox zaman fikirlər kağıza köçürülmür. Bu da “yel qanadlı” sözlərin havada qalmasına gətirib çıxarır. Ancaq tələbələrin düşüncəsində şəxsi fikirlərdən daha çox analitik jurnalistikanın özəyini təşkil edən səbəb-nəticə ortaya qoyulur. Məsələnin görünən, yəni aşkar və görünməyən, yəni gizli tərəfləri arasındakı əlaqə tapılır. Tələbələrin şərhləri müzakirəsinə yönəlmiş mövzulara istər-istəməz diqqəti yönəldir. Axı analitik düşüncə sağlam şərhə bağlıdır. Tələbələrin şərh metodlarından istifadə etməsi diqqətdən yayınmır. Onlar daha çox fəlsəfədə əsas müddəanın inkarı kimi qəbul olunan, ədəbiyyatda açıq şəkildə ifadə olunan kontrastdan — antiteza metodundan istifadə edirlər. Ümumiyyətlə, Azərbaycan jurnalistikası müstəqillik mübarizəsində formalaşdığı üçün, şərh çox zaman xəbərin önündə olub. Ötən əsrin əvvəllərində dərc olunan qəzet nümunələrinə nəzər yetirən tələbələr bu məqamların da şahidi oldular. Həmçinin analitik qəzetlərdə şərhə xüsusi yer verildiyini də gördülər... 

Görünən odur ki, “Analitik Jurnalistika”nın ümdə vəzifəsi əhəmiyyətli ictimai məsələlər haqqında araşdırma aparmaq, həmçinin problemləri ictimaiyyətə dolğun çatdırmaqdır. Jurnalistika nəzəriyyəsindən öyrənmişik ki, xəbəri ən azı üç (3) mənbədən araşdırmaq lazımdır. “Analitik Jurnalistika” fənnində tələbələr bu məsələyə daha həssas yanaşaraq bildirdilər ki, informasiya müharibəsi şəraitində xəbər nəinki üç, hətta daha çox mənbədən araşdırılmalıdır. Beləcə “Analitik Jurnalistika” fənni bizlərə bir daha xatırlatma edir: “Hər yazılana, deyilənə inanma, mütləq araşdır, etibarlı mənbələrə müraciət et”.

Əsgər İsmayılov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://adalet.az
archiveBu xəbər 31 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri