Icma.az
close
up
RU
Analitik: Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq

Analitik: Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paşinyan normallaşmadan danışır, amma ərazi iddialarından imtina etmir


Ermənistan sülh müqaviləsinə hazır olduğunu bəyan etdi – Azərbaycan tərəfi ehtiyatlıdır


"Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması nəinki mümkün, həm də realdır". Bu sözləri Ermənistan Bbaş naziri Nikol Paşinyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumu zamanı deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti sülh gündəmini həyata keçirməkdə qərarlıdır: “Biz bu yola tam sadiqik və bütün regionda vəziyyəti dəyişdirəcək və xalqlarımızın gələcəyinə təsir edəcək sülh müqaviləsi və onu müşayiət edən sənədlərin imzalanması məqsədilə Azərbaycanla danışıqları davam etdirməyə hazırıq”. Paşinyan vurğulayıb ki, Ermənistan sülhün lehinə addımlar atmağa hazırdır. O, hətta mümkün təxribatlar qarşısında belə iki ölkə arasında yeni müharibənin olmayacağına əminliyini ifadə edib: “Bizim yolumuz sülhdür. Ermənistanın məqsədi qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sabit və aydın münasibətlər qurmaqdır”. Baş nazir əlavə edib ki, əgər Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiq etməzsə, Ermənistanın əsas qanununa dəyişiklik edilməsi təşəbbüsü ilə şəxsən çıxış edəcək. O vurğulayıb ki, dəyişikliklərin məqsədi ictimaiyyətə təqdim olunacaq: "Məqsəd uzunmüddətli və davamlı sülhə nail olmaqdır. Sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan qanunlarına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm, çünki hesab edirəm ki, sülh bağlamaq fürsətini əldən vermək olmaz". Paşinyan qeyd edib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana konkret təkliflər verib: "Müzakirələr davam edir və Azərbaycanın qərb rayonlarından Naxçıvana daşımaların təşkili (yolların açılması) ilə bağlı Azərbaycana konkret təkliflər verilib". İrəvan hökumətinin başçısı deyib ki, Azərbaycan və Türkiyə ilə yollar açılanda Şimalla Cənub, Qərblə Şərqi birləşdirməyə yeni imkan yaranacaq. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin sözlərinə münasibət bildirib. A.Hacızadə vurğulayıb ki, Nikol Paşinyanın təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, İrəvanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur. Bundan əlavə, Minsk qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır: "Minsk qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib. Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır". Ayxan Hacızadə qeyd edib ki, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz. 


Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, erməniləri çox yaxşı tanıyan xalq olaraq fərqindəyik ki, Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq. Ekspert vurğulayıb ki, əslində, indi də bunun asan olmadığı görünür:

seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri